Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən 2019-cu ilin mart ayı ərzində bir sıra qərarlar qəbul edilmişdir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

tərəfindən 2019-cu ilin mart ayı ərzində

bir sıra qərarlar qəbul edilmişdir

Belə ki Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olmağa yol verilməyən xəstəliklərin Siyahısı”ı təsdiq edilmiş və  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilmişdir.

Bundan başqa, Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasının inzibati ərazilərində icbari tibbi sığorta zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri”i eləcə də “Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti” publik hüquqi şəxsin Nizamnaməsi”i təsdiq olunmuşdur.

Həmçinin Nazirlər Kabinetinin 2019-cu il 19 mart tarixli 29 nömrəli Qərarı ilə “Dövlət büdcəsindən maliyyələşən bir sırа təşkilatların işçilərinin aylıq vəzifə mааşlаrı sxemlərinin təsdiq edilməsi hаqqındа” Nахçıvаn Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 aprel tarixli 56 nömrəli Qərarında dəyişikliklər də edilmişdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 19 mart tarixli 29 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin  2013-cü il 12 sentyabr tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nda bir sıra dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.

Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Joomla 1.5