Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən 2019-cu ilin aprel ayı ərzində bir sıra qərarlar qəbul edilmişdi

ÇapE-poçt

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

tərəfindən 2019-cu ilin aprel ayı ərzində

bir sıra qərarlar qəbul edilmişdi


Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən 2019-cu ilin aprel ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilmişdir.

Belə ki, Nazirlər Kabinetinin 2019-cu il 1 aprel tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” və “İri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Qərar qəbul edilmişdir.

Bundan başqa “Naxçıvan Muxtar Respublikasında “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 15 sentyabr tarixli 85 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında”, həmçinin “Naxçıvan Muxtar Respublikasında fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 18 nömrəli Qərarında da dəyişikliklər olunmuşdur. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin təsdiq edilməsi barədə” 2015-ci il 14 yanvar tarixli 5 nömrəli və “Naxçıvan Muxtar Respublikasında peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” 2018-ci il 17 yanvar tarixli 10 nömrəli qərarlarında dəyişikliklər edilmişdir.

Əlavə olaraq bildirilir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”nın təsdiq edilməsi və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında” 2005-ci il 8 aprel tarixli 61 nömrəli və “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” 2008-ci il 7 oktyabr tarixli 89 nömrəli və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 noyabr tarixli 113 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun və qanunvericiliyə uyğun olaraq tətbiq edilən cərimələrdən daxil olan vəsaitin həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərarlarında da bir sıra dəyişikliklər edilmişdir. Nazirlər Kabinetinin 2019-cu il 18 aprel tarixli 46 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 sentyabr tarixli 77 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” qərarlar qəbul edilmişdir.

Nazirlər Kabinetinin 2019-cu il 29 aprel tarixli 52 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 avqust tarixli 79 nömrəli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq, direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilmişdir.

Eyni zamanda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ildə yerinə yetirəcəyi aqrotexniki xidmətlərin qiymətləri və yanacaq norması”nın təsdiq edilməsi haqqında, eləcə də Nazirlər Kabinetinin 2019-cu il 29 aprel tarixli 53 nömrəli qərarı ilə “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərar qəbul edilmişdir.

 

 

 

 

 

Joomla 1.5