Nazirlər Kabinetində iyul ayı ərzində yeni qərarlar qəbul edilmişdir

ÇapE-poçt

Nazirlər Kabinetində iyul ayı ərzində yeni qərarlar qəbul edilmişdir

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 iyul tarixli 85 nömrəli Qərarı ilə “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qərara əsasən muxtar respublikada peşə hazırlığına cəlb olunduğu dövrdə işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydaları müəyyən edilir.

Bundan başqa Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 sentyabr tarixli 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda dəyişiklik edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 iyul tarixli 92 nömrəli Qərarı ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik səpininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin  2007-ci il 23 fevral tarixli 25 nömrəli və “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 26 noyabr tarixli 98 nömrəli Qərarı”nda da dəyişikliklər edilmişdir.

Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Kəngərli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nizamnaməsi təsdiq edilmişdir. Qeyd edək ki, xəstəxananın fəaliyyətinin əsas məqsədi Kəngərli rayonunda çoxprofilli ixtisaslaşdırılmış stasionar və ambulator tibbi yardım göstərməkdən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 iyul tarixli 95 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilmişdir.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 yanvar tarixli 17 nömrəli və “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 yanvar tarixli 20 nömrəli qərarlarında da dəyişikliklər olunmuşdur. Sonuncu Qərara əsasən sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyindən daxil olan məlumat əsasında aparılır. Qanuna uyğun olaraq qeydiyyata alınmış sığortaedənlər işsizlikdən sığorta haqlarının hesablanmasını və uçotunu aparmalıdırlar. Sığortaedənlər hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, bu barədə hesabatı Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formada həmin Nazirliyə təqdim etməlidirlər.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 iyul tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və “Naxçıvan Muxtar Respublikasında fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 24 nömrəli Qərarında da dəyişikliklər edilmişdir.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

 

Joomla 1.5