Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində noyabr ayında qərarlar qəbul edilmişdir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər

Kabinetində noyabr ayında qərarlar qəbul edilmişdir

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin  2019-cu il 1 noyabr tarixli 158 nömrəli Qərarı ilə “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Nizamnaməsi”i təsdiq edilmişdir. Adı çəkilən Qərara əsasən Xəstəxana Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindədir və Şahbuz rayonunun əhalisinə çoxprofilli stasionar və ambulator tibbi yardım göstərən laborator müalicə və profilaktika təyinatlı diaqnostik müəssisədir.

Nazirlər Kabinetinin 2019-cu il 26 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşlarının viza tələbindən azad edilməsi haqqında” Qərarı qəbul edilmişdir. Qərara əsasən Naxçıvan Muxtar Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşları 2019-cu il dekabrın 1-dən giriş və tranzit viza tələbindən azad edilmişdir.

Eləcə də “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli 72 nömrəli Qərarında dəyişiklik edilmişdir.

 

 

 

Joomla 1.5