Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində dekabr ayında bir sıra qərarlar qəbul edilmişdir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində dekabr ayında bir sıra qərarlar qəbul edilmişdir

Belə ki, 2019-cu il 7  dekabr tarixli 166 nömrəli Qərarla “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin kollegiyasının üzvlərinin sayı və tərkibi”, “Şərur yallılarının reyestri”nə daxil edilməsi nəzərdə tutulan yallılara dair məlumatlar haqqında Qərarlar qəbul edilmişdir.

“Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinə, məhsul istehsalına, toxum və ting satışına görə verilən subsidiya əmsallarının təsdiq edilməsi haqqında” 26 dekabr tarixli        176 nömrəli Qərara əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların ödənilməsi məqsədi ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Komissiyası tərəfindən hər il Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla hər bir bitki, toxum və ting üzrə kvotanın miqdarı təsdiq edilmişdir.

Bundan başqa, 19 dekabr tarixində “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli 11 nömrəli Qərarında, eləcə də, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin      26 dekabr tarixli 177 nömrəli Qərarı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına  ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsinin təmin edilməsi ilə bağlı bəzi normativ hüquqi aktların  təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 noyabr tarixli 109 nömrəli Qərarında dəyişikliklər edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə də dəyişikliklər edilmişdir.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

 

Joomla 1.5