Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində yanvar ayı ərzində müəyyən qərarlar qəbul edilmişdir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində

yanvar ayı ərzində müəyyən qərarlar qəbul edilmişdir

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 yanvar tarixli 5 nömrəli Qərarı ilə “Aqrar Sığorta Fondunun Nizamnaməsi” təsdiq edilmişdir. Fondun yaradılmasında məqsəd  Nizamnamə ilə müəyyən edilmiş qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını, dayanıqlılığını və fasiləsiz fəaliyyətini, idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək, habelə idarəedici qurum ləğv edildikdə, yenisinin formalaşdırılmasını təmin etməkdən ibarətdir.

Həmin tarixdə “Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin Siyahısı”, “Aqrar sığorta predmetinin Tərkibi”nin və “Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin” təsdiq edilməsi haqqında Qərarlar qəbul edilmişdir.

Bundan başqa Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 9 nömrəli Qərarı ilə “Ordubad Rayon Uşaq Xəstəxanası” publik hüquqi şəxslərinin nizamnamələri təsdiq edilmişdir. Məlumat üçün qeyd edək ki, xəstəxana öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Nizamnaməni və digər normativ hüquqi aktları rəhbər tutur. Xəstəxananın fəaliyyətinin məqsədi xidmət göstərdiyi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsindən ibarətdir.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 9 sentyabr tarixli 86 nömrəli Qərarı  ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nda da dəyişiklik edilmişdir.

Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli 70 nömrəli Qərarında dəyişiklik edilmişdir.

Yanvarın 18-də  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Naxçıvan Muxtar Respublikasında gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 29 iyun tarixli 114 nömrəli Qərarında dəyişiklik olunmuşdur.

Həmin tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra  qərarlarında da dəyişikliklər edilməsi barədə Qərar qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 yanvar tarixli 22 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” təsdiq edilmişdir. Qərara əsasən İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısını və tariflərini  növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir.

“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nın təsdiq edilməsi  barədə Qərar qəbul edilmişdir.

 

Joomla 1.5