Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi və Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi və Nazirlər Kabinetinin  yanında  İcbari Tibbi  Sığorta üzrə  Dövlət Agentliyinin  əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi və Nazirlər Kabinetinin  yanında  İcbari Tibbi  Sığorta üzrə  Dövlət Agentliyinin  əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər.

Muzeyin bələdçisi məlumat verərək  bildirib ki,  Azərbaycanın görkəmli  filosof  -şairi və dramaturqu Hüseyn Cavidin  ev muzeyi  onun  anadan olmasının  100 illiyi münasibətilə  ümummilli lider Heydər Əliyevin imzaladığı  1981- ci il  21 iyul tarixli  qərara əsasən  yaradılmışdır.  Muzeyin fonunda  9 mindən yuxarı  eksponat qorunub saxlanılır ki,  hazırda  bu eksponatların  500-ə yaxını  ekspozisiyada nümayiş etdirilir.  Muzeydə ədibin  həyat və fəaliyyətini  əks etdirən  fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində  şairin  avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin  afişa və proqramları, müxtəlif  xatirə  və ev əşyaları, şairin  oğlu Ərtoğrol Cavidin  və qızı Turan xanımın  əsərləri, Hüseyn Cavid haqqında  müxtəlif dövrlərdə nəşr olunmuş kitablar  görkəmli ədibin həyat və yaradıclığı barədə təssürat yaradır.

Muzeyi ziyarət zamanı kollektivə bildirilib ki, böyük ədibin xatirəsinin əbədiləşdirilməsində, onun  zəngin irsinin  qorunub saxlanılmasında ümummilli lider Heydər  Əliyevin əvəzsiz rolu, misilsiz xidmətləri olub. 1982-ci ilin noyabr ayında romantik şairin  nəşinin uzaq Sibirdən doğma yurduna-Naxçıvana gətirilməsində ulu öndər Heydər Əliyevin təşəbbüsü və böyük qayğısı Hüseyn Cavid  yaradıcılığına, o cümlədən, Azərbaycan ədəbiyyatına göstərdiyi diqqətin  növbəti göstəricisi və nümunəsidir. 1996-cı ildə dahi rəhbərin  himayəsi ilə  muxtar respublikanın  paytaxt şəhərində görkəmli dramaturqun məzarı  üzərində əzəmətli məqbərə  ucaldılıb.

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi və Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Naxçıvan şəhərindəki Xatirə Muzeyində olmuşlar

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi və Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Naxçıvan şəhərindəki Xatirə Muzeyində olmuşlar

26 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi və Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Xatirə Muzeyində olmuşlar.

Muzeyin bələdçisi Leyla Məmmədova muzey haqqında məlumat verərək bildirmişdir ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1997-ci ildə yaradılıb və Şəhidlər Muzeyi adı ilə fəaliyyət göstərib. 8 avqust 2000-ci ildə isə muzeyin adı dəyişdirilərək Xatirə Muzeyi adlandırılıb. Qeyd olunmuşdur ki, Xatirə Muzeyi azərbaycanlılara qarşı 1905-1907, 1918-1920-ci illərdə baş verən kütləvi soyqırımın aktlarının, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il xocalı faciələrini özündə əks etdirən eksponatlarla zəngindir.

Əməkdaşlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə ümummilli liderimiz Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı imzaladığı fərmanların surətləri, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablarla da tanış olmuşlar.

Həmçinin, muzeydə ermənilərin Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə törətdikləri vəhşilikləri əks etdirən sənədlərə eləcə də hadisələri tarixi faktlarla əks etdirən qiymətli kitablara da baxmışlar.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Mətbuat xidməti

 
 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi və Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Qarabağlar Türbə Kompleksində olmuşlar

ÇapE-poçt

qarabaglar turbe kompleksi ile ilgili görsel sonucu27 iyul 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi və Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Qarabağlar Türbə Kompleksini ziyarət etmişlər.

Kompleksin bələdçisi əməkdaşlara məlumat verərək bildirmişdir ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksin əsasını Naxçıvan memarlıq məktəbinin incilərindən olan Qarabağlar türbəsi təşkil edir. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiq edir.

Komplekslə tanışlıq zamanı məlumat verilmişdir ki, kompleksin xanəgah hissəsində eksponatlar nümayiş etdirilir. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri eksponatlar arasında yer alıb. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda, toxuculuq nümunələri xalqımızın məişət mədəniyyəti haqqında ətraflı məlumat verir. Buradakı təndirlərin yaranma tarixi kompleksin yaranma tarixi ilə eyni vaxta düşüb, xalqımızın həmin dövr üçün əsas məşğuliyyətini, adət-ənənələrini və yaşayış tərzini özündə əks etdirir.

Əməkdaşların diqqətinə o da çatdırılmışdır ki, ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixinə və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar da nümayiş etdirilir.

 

 
 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi və Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Cəmşid Naxçıvanskinin ev muzeyini ziyarət ediblər

ÇapE-poçt

 

27 aprel 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi və Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Cəmşid Naxçıvanskinin ev muzeyini ziyarət ediblər.

Tanışlıq zamanı məlumat verilib ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar 8 avqust 1981-ci il tarixli qərar imzalayıb. Qərarla əlaqədar olaraq 22 oktyabr 1982-ci il tarixdə Naxçıvan şəhərində generalın ev muzeyi fəaliyyətə başlayıb. Muzey ekspozisiyası 3 böyük zal və 1 otaqdan ibarətdir. Birinci böyük zal 12 bölmədən ibarət olub, Cəmşid Naxçıvanskinin həyatı və hərb yolunu əks etdirir. Burada generalın uşaqlıq illərinə, aldığı ilk hərbi təhsil illərinə, Birinci Dünya Müharibəsində döyüş yoluna, 1921-1931-ci illərdə Azərbaycan dağatıcı diviziyasına komandirliyi dövrünə aid, M.V.Frunze adına hərbi akademiyada oxuduğu illərə, habelə akademiyada hərbi pedoqoji fəaliyyəti dövrünə dair sənədlər və fotoşəkillər nümayiş etdirilir. İkinci və üçüncü zallar memorial otaqlar kimi qorunub saxlanılır, otaqlardan biri generalın iş otağı kimi nümayiş etdirilir. Burada onun şəxsi əşyaları, oxuduğu kitablar, istifadə etdiyi əşyalar mühafizə olunur.

Muzeydə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan otaq fəaliyyət göstərir. Otaqda ulu öndərin 1974, 1984, 1985-ci illərdə Bakıda Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbdə olarkən çəkilmiş fotoşəkilləri, 1990-cı ildə  generalın anadan olmasının 95 illik yubileyində iştirakına aid fotoşəkillər muzeyin açılışına aid fotolar öz əksini tapıb.

 
 
Joomla 1.5