"İl ərzində 90 gündən çox olmayan müddətdə Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı"nın təsdiq edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I

"İl ərzində 90 gündən çox olmayan müddətdə Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə olan əcnəbilərə və

vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı"nın

təsdiq edilməsi barədə


"İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 dekabr tarixli 387 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"İl ərzində 90 gündən çox olmayan müddətdə Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:         Ə.Baxşıyev

«9» yanvar 2015-ci il

№ 1

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2015-ci il      
9 yanvar tarixli 1 nömrəli qərarı ilə
təsdiq edilmişdir

İl ərzində 90 gündən çox olmayan müddətdə Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı

olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan

fəaliyyət sahələrinin

S İ Y A H I S I

1. Mədənçıxarma sənayesi

2. Emal sənayesi

3. Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat

4. İnformasiya və rabitə

5. Maliyyə və sığorta

6. Təhsil

7. Nəqliyyat

8. Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi.

 

 






Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir

Joomla 1.5