"Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş

"Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi

Qaydası"nda dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 203 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənd, 3-cü və 4-cü hissələr ləğv edilsin.

2.  2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi

2.1. Ehtiyat zonalarında yalnız müvəqqəti bina və qurğuların yerləşdirilməsinə yol verilir.

2.2. Ehtiyat zonalarında bina və qurğuların, həmçinin kommunikasiyaların  yerləşdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

2.3. Ehtiyat zonalarında yeni kommunikasiyaların (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələrinin və qurğularının) yerləşdirilməsinə və bu məqsəd üçün lazımi qurğuların tikintisinə, habelə yükgötürən konstruksiyaların gücləndirilməsinə sərf olunan bütün xərclər kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər tərəfindən ödənilir.”.


Naxçıvan Muxtar Respublikasının

Baş naziri: Ə.Baxşıyev

«03» iyul 2015-ci il

№ 47



Joomla 1.5