"Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında"

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I

"Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 sentyabr tarixli 77 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il   4 avqust tarixli 273 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 sentyabr tarixli 77 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissəsində "texnikaya" sözündən sonra ", suvarma sistemləri dəstinə və avadanlığına" sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

"3-1. 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilsin.".

3. 4-cü hissədə "2-ci və 3-cü hissələrində" sözləri "2-ci, 3-cü və 3-1-ci hissələrində" sözləri ilə əvəz edilsin, həmin hissədə "texnikasının" sözündən sonra ", suvarma sistemləri dəstinin və avadanlığının" sözləri və "texnika" sözündən sonra ", suvarma sistemləri dəsti və avadanlığı" sözləri əlavə edilsin.

4. Həmin qərarla təsdiq edilmiş "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları" üzrə:

4.1. adında "texnikaya" sözündən sonra ", suvarma sistemləri dəstinə və avadanlığına" sözləri əlavə edilsin;

4.2. 1.1-ci bənddə "(bundan sonra - kənd təsərrüfatı texnikası)" sözlərindən sonra ", Cəmiyyət tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinin və avadanlığının" sözləri əlavə edilsin;

4.3. 2-ci hissənin adında, 2.1-ci, 2.2-ci və 2.9-cu bəndlərdə "kənd təsərrüfatı texnikası" sözlərindən sonra ", suvarma sistemləri dəsti və avadanlığı" sözləri əlavə edilsin;

4.4. aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:

"2.7-1. Qanunvericiliyə uyğun olaraq 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə Xüsusi Komissiya müvafiq qərar qəbul edir və həmin qərar bu Qaydaların 2.7-ci bəndinə əsasən protokollaşdırılır.";

4.5. 2.9-cu bənddə "onun" sözü "onların" sözü ilə əvəz edilsin və həmin bəndə "həmin texnikanın" sözlərindən sonra ", eləcə də suvarma sistemləri dəstinin və avadanlığının" sözləri əlavə edilsin.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:       Ə.Baxşıyev

«25»  avqust  2015-ci il

№ 60

Joomla 1.5