"Naxçıvan Muxtar Respublikası ərazisində yeyinti məhsullarına verilən uyğunluq sertifikatının formasının və uyğunluq sertifikatının verilməsi Qaydası"

ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I

"Naxçıvan Muxtar Respublikası ərazisində yeyinti məhsullarına

verilən uyğunluq sertifikatının formasının və uyğunluq sertifikatının verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Naxçıvan Muxtar Respublikası ərazisində yeyinti məhsullarına verilən uyğunluq sertifikatının forması" və "Naxçıvan Muxtar Respublikası ərazisində yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:   Ə.Baxşıyev

«20»  oktyabr  2015-ci il

№ 72

Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin 2015-ci il «20» oktyabr
tarixli 72 nömrəli qərarı ilə təsdiq
edilmişdir

 

 


Milli

uyğunluq

nişanının

təsviri

 

 

UYĞUNLUQ SERTİFİKATININ FORMASI

AZS MİLLİ SERTİFİKATLAŞDIRMA SİSTEMİ

Azərbaycan Respublikası

Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma,

Metrologiya və Patent üzrə Dövlət Komitəsi

 

 

 

 

 

 

 

 

 

Sertifikatlaşdırma üzrə orqanın adı və ünvanı:____________________________

_________________________________________________________________

 






 

UYĞUNLUQ SERTİFİKATI


 

B №_________________________

blankın nömrəsi

 

Sertifikat № AZ031 ____________

Verilmə tarixi _________________

Qüvvədə olma müddəti _________


 

 

 

 

 

 

 

 

 

Bu sertifikatla təsdiq edilir ki,__________________________________________________________________

məhsulun istehsal olunduğu ölkənin və istehsalçı müəssisənin adı

________________________________________________________________

 

____________________________________________________istehsal edilmiş

 

Müvafiq qaydada identifikasiya olunmuş________________________________

məhsulun adı, tipi, markası və s.

____________________________________________________________________

normativ sənədin adı və nömrəsi

 

tələblərinə uyğundur. Məhsulun kodu:

Sertifikat verilib:___________________________________________________

sifarişçinin adı

 

Ünvan____________________________________________________________

sifarişçinin ünvanı

Sertifikatın verilməsi üçün əsas:_______________________________________

təqdim olunmuş sənədlər toplusu

____________________________________________________________________

____________________________________________________________________

____________________________________________________________________

__________________________________________

 

 

Bu sertifikatın sahibi sertifikatda göstərilən məhsulları AZS Milli Uyğunluq nişanı ilə nişanlamaq

hüququna_____________________________________

malikdir/ malik deyildir

M.Y.

_____________________                   __________________________________

imza                                             sertifikatı verən orqanın rəhbəri

 

 

Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin 2015-ci il «20» oktyabr
tarixli 72 nömrəli qərarı ilə təsdiq
edilmişdir

 

Naxçıvan Muxtar Respublikası ərazisində yeyinti məhsullarına

uyğunluq sertifikatının verilməsi

QAYDASI

I. Ümumi müddəalar

1.1. Bu Qayda yeyinti məhsullarına uyğunluq sertifikatının (bundan sonra - sertifikat) verilməsini tənzimləyir.

1.2. Bu Qayda mülkiyyət formasından asılı olmayaraq, AZS Milli Sertifikatlaşdırma Sistemində (bundan sonra - Sistem) akkreditə edilmiş yeyinti məhsullarının sertifikatlaşdırılması üzrə orqanlar, həmçinin Sistemin üzvləri, iştirakçıları və sahibkarlıq fəaliyyətinin subyektləri olan (o cümlədən xarici) idarə, müəssisə və təşkilatlar üçün məcburidir.

1.3. Yeyinti məhsullarının sertifikatlaşdırılması bu Qaydaya və müvafiq normativ sənədlərə uyğun həyata keçirilir.

1.4. Sertifikatlaşdırma qüvvədə olan və insan həyatı və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinə dair normativ sənədlərin məcburi tələblərinə, qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu göstərilməyən idxal olunan məhsul üçün isə qüvvədə olan sanitariya-gigiyena normalarının tələblərinə uyğunluğu baxımından aparılır.

 

II. Yeyinti məhsullarının sertifikatlaşdırılması qaydası

2.1. Yeyinti məhsullarının sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə müvafiq orqana sifariş verir.

Sifarişdə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı və hüquqi ünvanı;

fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir).

Sifarişlə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

a) seriya şəklində istehsal olunan məhsullar üçün:

normativ sənədlər (zərurət olduqda);

keyfiyyəti idarəetmə sisteminin sertifikatının surəti (olduqda);

istehsalçının apardığı sınaqların protokolları;

qanunvericilikdə nəzərdə tutulduğu halda xüsusi razılığın surəti;

dövlət rüsumunun ödənilməsi barədə sənəd

b) partiya şəklində istehsal olunan məhsullar üçün:

müqavilənin (kontraktın) surəti;

sınaq protokolları (olduqda);

istehsalçının məhsula verdiyi keyfiyyət sertifikatının surəti (olduqda);

dövlət rüsumunun ödənilməsi barədə sənəd

2.2. Sifarişçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin tələb olunmasına yol verilmir.

2.3. Məhsulun sertifikatlaşdırılması qaydası aşağıdakılardır:

təqdim edilmiş sənədlərin təhlili;

sertifikatlaşdırma sxeminin seçilməsi, məhsulun sınaqlarının aparılacağı akkreditə edilmiş laboratoriyanın (mərkəzin) seçilməsi;

sifariş üzrə qərarın qəbul edilməsi;

məhsuldan nümunə seçilməsi və məhsulun eyniləşdirilməsi;

məhsul nümunələrinin sınaqları;

sınaqların nəticələrinə görə uyğunluq sertifikatının verilməsi və ya onun verilməsindən imtina barədə qərarın qəbul edilməsi.

2.4. Sertifikatlaşdırma üzrə bir neçə akkreditə edilmiş orqan olduqda, sifarişçi sifarişi öz seçiminə görə həmin orqanlardan hər hansı birinə göndərə bilər, belə orqan olmadıqda isə sifariş Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilir və sifariş daxil olduğu gündən qeydə alınır.

2.5. Sənədlərin təhlili müsbət nəticələndikdə, sertifikatlaşdırma üzrə orqan 10 (on) gün müddətində məhsulun sertifikatlaşdırılmasının əsas şərtlərini əks etdirən qərar qəbul edir.

2.6. Sənədlərin təhlili mənfi nəticələndikdə, sifarişə hansı sənədlərin əlavə edilməsi və ya hansı düzəlişlərin edilməsi barədə sifarişçiyə 10 (on) gün müddətində məlumat verilir.

2.7. Sertifikatlaşdırma sınaqlarının aparılması üçün məhsul nümunələrini konkret məhsul növünün sertifikatlaşdırılması üzrə akkreditə olunmuş sertifikatlaşdırma üzrə orqan, belə orqan olmadıqda isə sifarişçinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndəsi seçir.

Sertifikatlaşdırılmasına sifariş verilmiş məhsulun sertifikatlaşdırılması zamanı nümunələr sifarişçi tərəfindən təqdim edilmiş məhsuldan seçilir.

2.8. Sertifikatlaşdırma sınaqlarının aparılması üçün təqdim edilmiş məhsul nümunəsinin kütləsi nümunənin seçilməsinə dair normativ sənədə müvafiq olaraq müəyyən edilir.

Sınaq məqsədi ilə seçilmiş nümunələr müvafiq qaydada möhürlənir və ya damğalanır.

Nümunənin seçilməsinin düzgünlüyünə görə məsuliyyəti nümunəni seçmiş orqan daşıyır.

2.9. Məhsulun üzərində onun istehsal edildiyi tarix, saxlanma və ya yararlılıq müddəti göstərilmədikdə, məhsulun yararlılıq müddəti bitdikdə, nümunələr seçilmir, məhsul sertifikatlaşdırılmaya qəbul edilmir və bu barədə sifarişçiyə yazılı məlumat verilir. Naxçıvan Muxtar Respublikasına idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun yararlılıq müddətinin sonunadək verilir.

2.10. İstehlak qabının üzərindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində olmalıdır. Mətn və yazılar xarici dillərdə təkrarlana bilər.

2.11. Eyniləşdirilmənin nəticələri mənfi olduqda, məhsul sınaqlara buraxılmır və məhsulun sertifikatlaşdırılmasından imtina sertifikatlaşdırma işlərini aparan orqanın qərarı ilə rəsmiləşdirilir və sifarişçiyə göndərilir. Sertifikatlaşdırma üzrə işlər yalnız aşkar olunmuş pozuntular aradan qaldırıldıqdan və sifariş təkrar verildikdən sonra aparıla bilər.

2.12. Məhsul nümunələrinin sınaqları məhsulu sertifikatlaşdıran orqan tərəfindən akkreditə olunmuş sınaq laboratoriyalarında (mərkəzlərində) aparılır. Texniki səlahiyyətliliyə akkreditə olunmuş sınaq laboratoriyasında sınaqlar sertifikatlaşdırmanı aparan orqanın nümayəndəsinin iştirakı ilə həyata keçirilir. Bu halda sınaqların obyektivliyinə görə məsuliyyəti sınaq laboratoriyası (mərkəzi) ilə yanaşı, sertifikatlaşdırma üzrə orqan da daşıyır.

2.13. Məhsul növü üzrə akkreditə olunmuş sınaq laboratoriyası olmadıqda, sertifikatlaşdırmanı aparan orqan Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yazılı razılığı ilə sınaqların nəticələrinin obyektivliyini təmin edən sınaqların aparılmasının mümkünlüyünü, yerini və şərtini müəyyən edir. Bu halda sınaqlar sertifikatlaşdırma üzrə orqanın nümayəndəsinin iştirakı ilə aparılmalıdır.

2.14. Sertifikatlaşdırma sınaqlarının nəticələri bir göstərici üzrə mənfi olduqda, sınaqlar dayandırılır və bu barədə sifarişçiyə sertifikatın verilməsindən imtinanın səbəblərini göstərməklə, sifarişin daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı məlumat verilir, nəticələr müsbət olduqda isə sifarişçiyə uyğunluq sertifikatı verilir. Sınaqların nəticəsindən asılı olmayaraq, sınaq protokolu sertifikatlaşdırma üzrə orqana və sifarişçiyə təqdim edilir.

2.15. Sertifikatın surətinin bir nüsxəsi sertifikatlaşdırma üzrə digər sənədlərlə birlikdə sertifikatlaşdırmanı aparan orqanda saxlanılır. Sertifikatın surətinin ikinci nüsxəsi sertifikatın verildiyi gündən sonra 5 (beş) gün müddətində Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilir.

2.16. Uyğunluq sertifikatı sifarişin daxil olduğu tarixdən bir ay müddətində sifarişçiyə verilir və Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dövlət reyestrində qeydə alınır.

2.17. Məhsulun sertifikatlaşdırılması üzrə xidmətlərə görə dövlət rüsumu ödənilir.

2.18. Sertifikatın alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.

2.19. Uyğunluq sertifikatı xüsusi blanklarda tərtib edilir və mühafizə olunur. Bu sertifikat ciddi hesabat blankıdır və sertifikatlaşdırma üzrə orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiqlənir.

2.20. Sertifikat Azərbaycan dilində tərtib edilir. İxrac olunan məhsullar üçün isə qarşılıqlı razılaşma ilə digər dillərdə tərtib edilə bilər.

2.21. Məhsul partiyasına verilən uyğunluq sertifikatında məhsulun istehsal olunduğu tarix və partiyanın miqdarı barədə məlumat göstərilir.

2.22. Attestasiya olunmuş istehsalatda uyğunluq sertifikatının qüvvədə olma müddəti iki il, attestasiya olunmamış istehsalatda isə bir ildir.

Məhsul partiyasına verilən uyğunluq sertifikatının qüvvədə olma müddəti hər konkret halda məhsulun saxlanma şəraiti, yararlılıq müddəti nəzərə alınmaqla, sertifikatlaşdırmanı aparan orqan tərəfindən, lakin bir ildən artıq olmayaraq müəyyən edilir.

2.23.    Məhsulun tərkibində və ya onun istehsal texnologiyasında məhsula dair normativ sənədlərlə müəyyən edilmiş məhsulun keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğuna təsir göstərə biləcək dəyişikliklər edildikdə, sifarişçi bu barədə yazılı şəkildə sertifikatlaşdırmanı aparmış orqana məlumat verməlidir.

2.24. Verilmiş uyğunluq sertifikatına əlavə və dəyişikliklər sifarişçinin müraciəti əsasında sertifikatlaşdırma üzrə orqanın qərarı ilə edilir.

 

III. Xarici uyğunluq sertifikatlarının tanınması

3.1. Naxçıvan Muxtar Respublikasında istifadə olunan məhsula başqa ölkələrin sertifikatlaşdırma üzrə orqanlarının verdikləri sertifikatların tanınması haqqında qərarı sifarişçinin müraciəti əsasında konkret məhsulun sertifikatlaşdırılması üzrə orqanın təklifi ilə Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qəbul edir.

Məhsula verilmiş xarici uyğunluq sertifikatının (bundan sonra - xarici sertifikatın) tanınması halları aşağıdakılardan ibarətdir:

sifarişin təqdim edilməsi;

daxil olmuş sənədlərin təhlili;

məhsulun eyniləşdirilməsi və orqanoleptik göstəricilərə nəzarət (fiziki-kimyəvi və mikrobioloji göstəricilərə nəzarətin zəruriliyi sertifikatlaşdırma üzrə orqan tərəfindən müəyyən edilir);

xarici sertifikatın tanınmasının mümkünlüyü və ya tanınmadan imtina barədə sifarişin daxil olduğu tarixdən 5 gün müddətində qərarın qəbul edilməsi;

xarici sertifikat əsasında uyğunluq sertifikatının tərtib edilməsi və onun qeydiyyatı.

3.2. Xarici sertifikatın tanınması üçün əsas şərt idxal olunan məhsula dair normativ sənəddə qanunvericilik aktları ilə nəzərdə tutulmuş təhlükəsizlik və digər tələblərin tam və düzgün əks etdirilməsi və məhsulun eyniləşdirilməsinin müsbət nəticələridir.

3.3. MDB iştirakçısı olan dövlətlərin uyğunluq sertifikatlarının tanınması PMQ 36-2001-də müəyyən edilmiş qaydada aparılır.

3.4. Xarici dövlətlərin uyğunluq sertifikatlarının tanınması üçün sifarişçi, sertifikatlaşdırma üzrə orqana sertifikatın tanınmasına sifarişi, uyğunluq sertifikatının əslini və ya onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surətini təqdim edir.

3.5. Xarici dildə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir.

3.6. Xarici uyğunluq sertifikatlarının tanınmasını aparan orqan məhsulun əlavə sınaqlarının aparılması və ya istehsalatın sabitliyinin yoxlanılması barədə qərar qəbul edə bilər.

IV. Yeyinti məhsullarına verilən uyğunluq sertifikatının ləğv edilməsi

4.1. Yeyinti məhsullarına sertifikat verən orqan sertifikatı yalnız aşağıdakı hallarda ləğv edir:

4.1.1. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

4.1.2. sertifikat sahibi tərəfindən normativ sənədlərin tələblərinə əməl edilmədikdə;

4.1.3. yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi zamanı qanunvericilik aktlarının və normativ sənədlərin tələblərinin pozulması nəticəsində insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran hallar aşkar edildikdə;

4.1.4. məhkəmənin müvafiq qərarı olduqda;

4.1.5. hüquqi şəxs ləğv edildikdə;

4.1.6. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

4.2. Yeyinti məhsullarına sertifikat verən orqan sertifikatın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 3 (üç) gün müddətində yazılı surətdə sertifikat sahibinə məlumat göndərir.

4.3. Yeyinti məhsullarına sertifikat verən orqan bu Qaydanın 4.1.2-ci və 4.1.3-cü yarımbəndlərinə uyğun olaraq, sertifikatın ləğv olunması barədə kütləvi informasiya vasitələri ilə məlumat yayır.

V. Yeyinti məhsullarına sertifikat verən orqanın vəzifəli şəxslərinin və

sifarişçilərin məsuliyyəti

5.1. Yeyinti məhsullarına sertifikat verən orqanın vəzifəli şəxsləri sertifikatlaşdırma qaydalarını pozduqda, qüvvədə olan qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

5.2. Sifarişçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatın düzgünlüyünə, habelə saxta sənədlərin təqdim edilməsinə görə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

5.3. Yeyinti məhsullarına sertifikat verən orqanın qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən müəyyən edilmiş qaydada aidiyyəti dövlət orqanına və ya məhkəməyə şikayət verilə bilər.

 

 

 

 

 

 

 

 

 

 


 


Joomla 1.5