"Naxçıvan Muxtar Respublikasında bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası"

ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I

"Naxçıvan Muxtar Respublikasında bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin

keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi barədə

"Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan Respubikası Nazirlər Kabinetinin    2015-ci il 13 oktyabr tarixli 324 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Naxçıvan Muxtar Respublikasında bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).


Naxçıvan Muxtar Respublikasının

Baş naziri:     Ə.Baxşıyev

«13»  noyabr  2015-ci il

№ 77

Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin 2015-ci il «13» noyabr
tarixli 77 nömrəli qərarı ilə təsdiq
edilmişdir

 

 

Naxçıvan Muxtar Respublikasında bələdiyyə qulluğuna müsabiqənin

elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və

nəticələrinin qiymətləndirilməsi

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikasında bələdiyyə qulluğuna qəbul üçün müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydasını müəyyən edir.

1.2. Müsabiqə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlı olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.

1.3. On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.

2. Müsabiqənin elan edilməsi

2.1. Bələdiyyə orqanlarında vakant vəzifələr üzrə bələdiyyə qulluğuna qəbul üçün bələdiyyənin müsabiqə komissiyası (bundan sonra - müsabiqə komissiyası) müsabiqə elan edir. Elan bələdiyyənin rəsmi internet saytında (olduğu halda) və digər kütləvi informasiya vasitələrində verilir, habelə bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir. Elanda sənədlərin qəbul edildiyi yer, sənədləri qəbul edən şəxsin soyadı, adı, atasının adı və əlaqə telefonları, vakant vəzifələrin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələblər, o cümlədən bələdiyyə qulluğunda işləmək üçün lazım olan şərtlər göstərilir.

3. Sənədlərin qəbulu

3.1. Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq  üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30 (otuz) gün müddətində bələdiyyənin icra aparatına aşağıdakı sənədləri təqdim etməlidir:

3.1.1. vahid forma üzrə ərizə (1 nömrəli əlavə);

3.1.2. kadrlar uçotunun şəxsi vərəqəsi;

3.1.3. tərcümeyi-hal;

3.1.4. təhsil haqqında sənədin surəti;

3.1.5. şəxsiyyət vəsiqəsinin surəti;

3.1.6. əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

3.1.7. sağlamlıq barədə arayış;

3.1.8. hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış;

3.1.9. 3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

3.2. Müsabiqədə iştirak etmək istəyən şəxs tərəfindən təqdim edilmiş sənədlər bu Qaydanın 3.1.1-ci - 3.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, natamam olduqda və ya onlarda yanlış məlumatlar aşkar edildikdə, həmin şəxsə sənədləri təqdim etdiyi gündən        5 (beş) iş günü müddətində məlumat verilir. Müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə ilə bağlı sənədlərin qəbulu başa çatanadək həmin çatışmazlıqları aradan qaldırdıqda, müsabiqədə iştirak hüququnu əldə edir.

4. Müsabiqənin keçirilməsi

4.1. Sənədlərin qəbulu başa çatdıqdan sonra 30 (otuz) gün müddətində  müsabiqə komissiyası tərəfindən müsabiqə keçirilir.

4.2. Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün     5 (beş) nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət müsabiqə komissiyası yaradılır. Müsabiqə keçirilən gün müsabiqə başlamazdan əvvəl müsabiqəyə buraxılan namizədlərin siyahısı və şəxsi işləri müsabiqə komissiyasına təqdim edilir. Müsabiqə komissiyasının sədri siyahıda göstərilmiş namizədləri elan edir.

4.3. Müsabiqə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq münasibətində olduqda və yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən hallar mövcud olduqda, özü-özünə etiraz etməlidir. Eyni qaydada namizəd belə əsaslar olduqda, müsabiqə başlamazdan əvvəl müsabiqə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.

4.4. Müsabiqə müsabiqə komissiyası tərəfindən namizədlərə sualların, tapşırıqların verilməsi və namizədlərin həmin sualları cavablandırması, tapşırıqları həll etməsi və müsahibənin keçirilməsi yolu ilə həyata keçirilir. Suallar konkret, aydın olmaqla namizədin nəzəri biliklərinin, tapşırıqlar isə onların həlli üçün qısa zaman tələb olunmaqla praktiki vərdişlərinin, bacarığının müəyyən edilməsi üçün verilir. 5 sual və tapşırıq müsabiqə komissiyası tərəfindən əvvəlcədən müəyyən edilir və müsabiqə günü namizədlər tərəfindən yazılı formada cavablandırılaraq müsabiqə komissiyasına təqdim edilir. Eyni vəzifəyə müraciət edən namizədlərə eyni sual və tapşırıqlar verilir.

4.5. Müsahibə hər bir namizədlə fərdi qaydada həyata keçirilir və ən azı 15 dəqiqə aparılır. Müsahibə zamanı hər namizədin iddiasında olduğu vəzifənin tələblərinə uyğunluğunu, bilik səviyyəsini və ümumi dünyagörüşünü müəyyən etmək üçün suallar verilir.

4.6. Namizəd müsabiqə zamanı aşağıdakı tələblərə riayət etməlidir:

4.6.1. müsabiqə komissiyasının üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;

4.6.2. müsabiqənin keçirildiyi otaqda rabitə vasitələrindən istifadə etməmək.

5. Müsabiqə nəticələrinin qiymətləndirilməsi

5.1. Müsabiqə zamanı namizədin sual və tapşırıqları yerinə yetirməsi və müsahibə zamanı suallara verdiyi cavablar müsabiqə komissiyasının üzvləri tərəfindən ballarla qiymətləndirilir və "Namizədin müsabiqədə qiymətləndirilməsinə dair bal cədvəli" ilə rəsmiləşdirilərək müsabiqə komissiyasının sədrinə təqdim edilir (2 nömrəli əlavə). Namizədin sual və tapşırıqlara verdiyi yazılı cavabların hər biri  və müsahibə zamanı suallara verdiyi cavablar 5 ballıq sistem üzrə qiymətləndirilir. Müsabiqə komissiyasının üzvləri arasında namizədin cavabları ilə bağlı fikir mübadiləsi keçirilə bilər. Müsabiqə komissiyasının üzvlərinin verdiyi qiymətlər toplanılmaqla, müsabiqənin yekun nəticələri "Namizədin müsabiqədə qiymətləndirilməsinin yekun protokolu" ilə rəsmiləşdirilir (3 nömrəli əlavə).

5.2. Namizədlərin balları eyni olduqda, müvafiq ixtisas üzrə əmək stajı daha çox olan şəxslərə, şəhid ailələrinə, əlillərə, öhdəsində 16 yaşadək iki və daha çox uşağı olanlara və vakant vəzifənin tələblərinə uyğun elmi dərəcəsi və ya elmi adı  olanlara üstünlük verilir. Müsabiqənin nəticəsi üzrə qərar həmin iş günü müddətində elan olunur, bələdiyyənin rəsmi internet saytında (olduğu halda) və digər kütləvi informasiya vasitələrində verilir, habelə bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir. Müsabiqənin nəticəsinə uyğun olaraq, ən yüksək bal toplamış namizəd 10 (on) iş günü müddətində vakant iş yerinə təyin edilir.

5.3. Bu Qaydanın 3 nömrəli əlavəsinə əsasən hazırlanmış yekun protokol  2 (iki) il müddətində müsabiqə komissiyasında saxlanılır.

5.4. Namizədin tələbi əsasında ona 3 (üç) gün müddətində müsabiqənin nəticəsi üzrə topladığı bal haqqında təsdiq edilmiş formada arayış verilir.

5.5. Müsabiqənin nəticəsi ilə razı olmayan namizədlər həmin nəticələr elan olunduğu tarixdən 30 (otuz) gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyəyə və ya məhkəməyə şikayət verə bilərlər.

 

"Naxçıvan Muxtar Respublikasında bələdiyyə
qulluğuna müsabiqənin elan edilməsi,
sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və
nəticələrinin qiymətləndirilməsi Qaydası"na

1 nömrəli əlavə


_______________ bələdiyyəsinin sədri

 

________________________________

(soyadı və adı)

________________________________

(ərizəçinin yaşadığı ünvan)

 

________________ ünvanında yaşayan

 

________________________________

(ərizəçinin soyadı, adı, atasının adı) tərəfindən

 

Ə R İ Z Ə

 

_____________________________________________________vəzifəsinə

(vakant vəzifənin adı)

qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etməyim üçün sənədlərimin qəbul edilməsini xahiş edirəm.

 

İmza  _____________

 

"____" __________ 20____  il

 

"Naxçıvan Muxtar Respublikasında bələdiyyə
qulluğuna müsabiqənin elan edilməsi,
sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və
nəticələrinin qiymətləndirilməsi Qaydası"na

2 nömrəli əlavə


Namizədin müsabiqədə qiymətləndirilməsinə dair

bal cədvəli


Namizədin adı, soyadı və atasının adı

Bələdiyyənin adı

Vakant vəzifənin adı

Yazılı imtahanın nəticələri

Müsahibənin qiymətləndirilməsi

Sualların №-si

Ballar

(0-5 bal arası)

qiymətləndirmə meyarları

ballar

(0-5 bal arası)

1.

bilik səviyyəsi

2.

ümumi dünyagörüşü

3.

4.

5.

Cəmi:

Cəmi:

Ümumi                                        bal

 

 

 

 

 

 

____________________

Müsabiqə komissiyasının üzvünün adı və soyadı

imzası

tarix: gün/ay/il

"Naxçıvan Muxtar Respublikasında Bələdiyyə
qulluğuna müsabiqənin elan edilməsi,
sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və
nəticələrinin qiymətləndirilməsi Qaydası"na

3 nömrəli əlavə

Namizədin müsabiqədə qiymətləndirilməsinin

YEKUN PROTOKOLU

Namizədin soyadı, adı və atasının adı

Bələdiyyənin adı

Vakant vəzifənin adı

Yekun qiymətləndirmə balı

 


Müsabiqə komissiyasının üzvləri:

1. __________________________________    ___________________

(soyadı və adı)                                                     (imza)

2. __________________________________    ___________________

(soyadı və adı)                                                     (imza)

3. __________________________________    ___________________

(soyadı və adı)                                                     (imza)

4. __________________________________    ___________________

(soyadı və adı)                                                     (imza)

5. __________________________________    ___________________

(soyadı və adı)                                                     (imza)

 

____________________

Müsabiqə komissiyasının üzvünün adı və soyadı

imzası

tarix: gün/ay/il

 

 

 

 

 

 

 


 

Namizədin müsabiqədə qiymətləndirilməsinə dair

bal cədvəli

Namizədin adı, soyadı və atasının adı

Bələdiyyənin adı

Vakant vəzifənin adı

Yazılı imtahanın nəticələri

Müsahibənin qiymətləndirilməsi

Sualların №-si

Ballar

(0-5 bal arası)

qiymətləndirmə meyarları

ballar

(0-5 bal arası)

1.

bilik səviyyəsi

2.

ümumi dünyagörüşü

3.

4.

5.

Cəmi:

Cəmi:



 


Ümumi bal

Namizədin müsabiqədə qiymətləndirilməsinə dair

bal cədvəli

 

____________________

Müsabiqə komissiyasının üzvünün adı və soyadı

imzası

tarix: gün/ay/il

Joomla 1.5