"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında"

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında  dəyişikliklər edilməsi barədə

"Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 may tarixli 152-IV FR nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın 3.1.24-cü yarımbəndi ləğv edilsin;

2. Həmin qərarla təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı" üzrə:

2.1. 18-ci hissə ləğv edilsin;

2.2. 27-ci hissənin adında "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti" sözləri "Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi" sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 27.20-ci - 27.27-ci bəndlər əlavə edilsin:

27.20.

Torpaq kadastr məlumatları barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

27.21.

Torpaq kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün müraciətin və sənədlərin qəbulu

27.22.

Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya, mühəndis-geodeziya işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu

27.23.

Müxtəliftəyinatlı xəritə və atlasların tərtibatı və nəşri üçün müraciətin və sənədlərin qəbulu

27.24.

Yerquruluşu işlərinin, torpaq və geobotaniki tədqiqatların aparılması, bonitirovka xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu

27.25.

Torpaq kadastr xəritələrinin və CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulu

27.26.

Ərazi vahidlərinin, inzibati ərazi vahidlərinin və sahə inzibati ərazi vahidlərinin xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu

27.27.

Bələdiyyələrin xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:    Ə.Baxşıyev

«27»  noyabr  2015-ci il

№ 84

Joomla 1.5