"Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası"

"Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası"

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I

"Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi

Qaydası"nın təsdiq edilməsi barədə

"Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri: Ə.Baxşıyev

«28»  dekabr  2015-ci il

№ 95

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2015-ci il
«28» dekabr tarixli 95 nömrəli
qərarı ilə təsdiq edilmişdir

 

Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində

qrant vermək hüququnun əldə edilməsi

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin (qeyri-kommersiya xarici hüquqi şəxsləri istisna olmaqla) Naxçıvan Muxtar Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (dövlət qeydiyyatının həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) tərəfindən (bundan sonra - xarici donorlar) Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını tənzimləyir.

1.2. Bu Qaydada xarici donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin bağlanması, habelə onlarda istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.

1.3. Qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanıla bilməz.

2. Qrant vermək hüququnun əldə edilməsi üçün təqdim olunan sənədlər

2.1. Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir.

2.2. Qrant vermək hüququnun əldə edilməsi üçün Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (bundan sonra – Nazirlik) qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.

2.3. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Nazirliyin rəyinin əldə edilməsi üçün xarici donor tərəfindən Nazirliyə bu Qaydanın əlavəsində göstərilmiş formada təqdim edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.3.1. xarici donorla resipiyent arasında bağlanılması nəzərdə tutulan qrant müqaviləsinin məqsədini, məbləğini, nəzərdə tutulmuş resipiyenti, icra müddətini, sub-qrantlara (olduğu halda) dair tələblərini əks etdirən qrant müqaviləsinin (qərarının) layihəsi, müqavilə üzrə tərtib edilən sənədlər (layihə, proqram, smeta xərcləri);

2.3.2. qrantın maliyyə-iqtisadi əsaslandırılması;

2.3.3. xarici donorun təsis edilməsi haqqında qərarın, nizamnaməsinin (əsasnaməsinin) və ya qeydiyyatını təsdiq edən sənədin (qeydiyyat şəhadətnaməsinin və s.) surəti;

2.3.4. xarici donorun nümayəndəsinin müvafiq ərizəni imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə.

2.4. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədlər xarici dildə tərtib edildikdə, onların notariat qaydasında təsdiq olunmuş tərcüməsi də əlavə edilir. Xarici ölkədə tərtib olunmuş sənədlər və ya məlumatlar həmçinin leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.

 

3. Qrant vermək hüququnun əldə edilməsi barədə

müraciətlərə baxılması qaydası

3.1. Nazirlik tərəfindən xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə müraciətlərinə ərizə daxil olduğu gündən 15 gün müddətində baxılır. Bu Qaydanın 2-ci hissəsində göstərilən sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədə-müvafiqliyinə dair rəyin verilməsi müddəti 15 günədək uzadılır. Müraciətə baxılan zaman qrantın predmeti ilə bağlı aidiyyəti dövlət orqanları münasibət bildirə bilərlər.

3.2. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Nazirliyin rəyində onun məqsədəmüvafiq hesab edilməsi və ya edilməməsi əsaslandırılmalıdır.

3.3. Qrantın yönəldildiyi sahənin ehtiyaclarının dövlət tərəfindən ödənilməsi qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmaması üçün əsasdır.

3.4. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən aşağıdakı hallarda imtina edilir:

3.4.1. bu Qaydanın 2.3-cü bəndində göstərilmiş ərizə, sənədlər və məlumatlar təqdim edilmədikdə və ya natamam təqdim edildikdə, habelə 2.4-cü bəndinin tələbləri pozulduqda;

3.4.2. qrantın verilməsi məqsədi və onun maliyyə-iqtisadi əsaslandırılması qeyri-dəqiq göstərildikdə.

3.5. Nazirlik hər il birinci yarımillik üzrə avqust ayının 10-dək və ikinci yarımillik üzrə növbəti ilin fevral ayının 10-dək qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair təqdim etdiyi rəylər barədə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinə aşağıdakılar barədə məlumatları təqdim edir:

3.5.1. müraciət edən xarici donorun adı, mənsub olduğu ölkə və onun adından müraciət etmiş şəxs barədə məlumatları;

3.5.2. qrantın məqsədi, məbləği və icra müddəti barədə məlumatları;

3.5.3. müqavilə üzrə nəzərdə tutulmuş resipiyent barədə məlumatı;

3.5.4. qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda, bunun əsaslandırılması.

 

4. Qrant vermək hüququnun əldə edilməsi

4.1. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunması barədə Nazirliyin rəyini almış xarici donorlar qrant vermək hüququnu əldə etmiş hesab olunurlar.

4.2. Qrant vermək hüququnu əldə etmiş xarici donorların bağladığı qrant müqavilələrinin (verdiyi qərarların) qeydiyyatı qanunvericiliyə əsasən həyata keçirilir.

 

"Xarici donorlar tərəfindən Naxçıvan
Muxtar Respublikasının ərazisində qrant
vermək hüququnun əldə edilməsi
Qaydası"na əlavə


Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin

əldə edilməsi barədə ərizənin forması

(qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə

dair rəyi verən orqanın adı)

(müraciət edən təşkilatın adı, təşkilati-hüquqi forması)

(müraciət edən təşkilatın qeydiyyat tarixi, nömrəsi, VÖEN-i, bank rekvizitləri, hüquqi ünvanı)

(qanuni təmsilçinin soyadı, adı, atasının adı, işlədiyi yer və vəzifəsi, ünvanı, şəxsiyyətini təsdiq edən sənədinin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqanın adı, dövlət reyestrindən çıxarışının nömrəsi, tarixi)

tərəfindən



Ə R İ Z Ə

Xarici donor qismində çıxış edən

(hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi, qeydiyyata almış orqan)

və qrant müqaviləsi üzrə nəzərdə tutulan resipiyent qismində çıxış edən

(hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi, qeydiyyata almış orqan)

arasında

(müqavilənin adı)

 

qrant müqaviləsinin bağlanılması (qərarın verilməsi) nəzərdə tutulmuşdur.

Qrantın məqsədi

_________________________________________________________

məbləği və ya başqa maddi formada əşya barədə məlumat

______

(rəqəmlə və sözlə, valyuta göstərilməklə)

icra müddəti

(başlandığı və bitdiyi müddət)

Xarici donorun qrant vermək üçün maliyyələşdirmə mənbəyi və əvvəllər maliyyələşdirdiyi sahələr

Qoşma (ərizəyə əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)

(əlavə edilən sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir)

 

Göstərilənləri nəzərə alaraq, qeyd olunmuş qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsini xahiş edirik.

Müraciəti imzalamış şəxsin

soyadı, adı, atasının adı, vəzifəsi və imzası______________________

(təşkilatın möhürü ilə təsdiq edilir)

Tarix____________

Əlaqə telefonları (faks nömrəsi, elektron poçt ünvanı)

________________________________________________________










 

Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin

əldə edilməsi barədə ərizənin forması

(qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə

dair rəyi verən orqanın adı)

(müraciət edən təşkilatın adı, təşkilati-hüquqi forması)

(müraciət edən təşkilatın qeydiyyat tarixi, nömrəsi, VÖEN-i, bank rekvizitləri, hüquqi ünvanı)

(qanuni təmsilçinin soyadı, adı, atasının adı, işlədiyi yer və vəzifəsi, ünvanı, şəxsiyyətini təsdiq edən sənədinin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqanın adı, dövlət reyestrindən çıxarışının nömrəsi, tarixi)

tərəfindən

Joomla 1.5