Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2008 «Naxçıvan Muxtar Respublikası üzrə 2008-ci ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı»nın və «2008-ci ildə ilk dəfə işaxtaranların və işsiz vətəndaşların ...

«Naxçıvan Muxtar Respublikası üzrə 2008-ci ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı»nın və «2008-ci ildə ilk dəfə işaxtaranların və işsiz vətəndaşların ...

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Naxçıvan  Muxtar  Respublikası  üzrə  2008-ci  ildə  əlillərin  sosial  müdafiəsi  ilə  bağlı  tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı»nın və «2008-ci ildə  ilk dəfə  işaxtaranların  və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı»nın təsdiq
edilməsi haqqında

«Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında» Naxçıvan Muxtar Respublikası Ali Məclisi Qərarının icrasının təmin edilməsi haqqında» Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 08 yanvar tarixli 107-III FR nömrəli Fərmanının 1-ci bəndinin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Naxçıvan Muxtar Respublikası üzrə 2008-ci ildə əlillərin  sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı» təsdiq edilsin (əlavə olunur).
2. «Naxçıvan Muxtar Respublikası üzrə 2008-ci ildə  ilk dəfə  işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı» təsdiq edilsin (əlavə olunur.)
3. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin   Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu bu qərardan irəli gələn məsələləri həll etsinlər.
4. Bu qərar 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                    Ə.Baxşıyev


11  mart  2008-ci il
№  30

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2008-ci il 11
mart tarixli 30 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikası üzrə 2008-ci ildə

əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin

DÖVLƏT PROQRAMI

1. Giriş

Son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasının iqtisadi həyatında mühüm nailiyyətlər əldə edilmişdir. Ölkənin iqtisadiyyatında həyata keçirilən köklü islahatlar, dünya iqtisadi məkanına sürətli inteqrasiya, davamlı makroiqtisadi sabitlik və iqtisadi artımın təmin olunması əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün möhkəm zəmin yaratmışdır. Ölkədə reallaşdırılan iqtisadi strategiya indiyə qədər həyata keçirilən iqtisadi kursun varisliyini özündə saxlamaqla, inkişaf prosesində daha yüksək dinamizmə və sosial konsensusa nail olmaq, ölkə vətəndaşlarının, xüsusilə sosial müdafiəyə daha çox ehtiyacı olan ayrı-ayrı əhali qruplarının, aztəminatlı insanların,  o cümlədən əlillərin zəruri təlabatlarını ödəmək məqsədini özündə cəmləşdirmişdir.

2008-ci ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək Dövlət Proqramı «Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrə, «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezdentinin 2003-cü il 24 noyabr tarixli 4 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» və Naxçıvan Muxtar Respublikasının regional inkişaf proqramının (2005-2008-ci illər) təsdiq edilməsi haqqında» Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 iyun tarixli 198-01/S nömrəli sərəncamına əsaslanaraq hazırlanmışdır.

Dövlət Proqramı BMT-nin Baş Məclisinin qəbul etdiyi    Əlillərin Hüquq Bəyannaməsinin əsas müddəalarından, Azərbaycan Hökumətinin Avropa Sosial Xartiyasının ratifikasiyası ilə bağlı öhdəliklərindən, «Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarından, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamlarından,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn  vəzifələri əhatə edir.

Bu Dövlət Proqramının əsas məqsədi əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin – əlillərin tibbi, sosial, peşə reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsini və son nəticədə cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarətdir.

Dövlət Proqramı məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası üçün   onların  müalicəsinə maliyyə yardımının göstərilməsi, dərman preparatları ilə təmin edilməsi, xarici ölkələrdə və respublika daxilində reabilitasiyasına şəraitin yaradılması, mövcud reabilitasiya sisteminin inkişafı;

əlillik problemi ilə bağlı informasiya təminatının təşkili,   seminar və konfransların keçirilməsi,  istedadlı əlillərin aşkar edilməsi, asudə vaxtlarının təşkili, əlilləri bədən tərbiyəsi və  idmana cəlb etməklə, onların beynəlxalq yarışlarda iştirakına şəraitin yaradılması;

əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə əlillərə yardımların göstərilməsi, onların problemlərinə cəmiyyətin diqqətinin cəlb edilməsi və əlil uşaqların təhsili ilə bağlı texniki yardımın göstərilməsi;

əlillərin və şəhid ailələrinin mənzil problemlərinin həllinə   kömək göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı keçirilən tədbirlərdən keyfiyyət zəmanəti kimi saxlanılmış məbləğin ödənilməsi.

2008-cı ildə əlillərin sosial müdafiəsi ilə bağlı

T Ə D B I R L Ə R

Tədbirin adı

Ayrılmış vəsaitin

məbləği

(min manatla)

Maliyyə mənbəyi

1

2

3

4

I.Əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası

53,00

1

Əlilləri Bərpa Mərkəzində fərdi reabilitasiya proqramları üzrə dərman təchizatı

 

3,00

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına

2

Əlillərin xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması

 

30,00

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına

3

Respublika daxilində əlillərin müalicəsinə köməklik göstərilməsi

 

20,00

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına

 

II. Əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkili

9,00

 

1

Əlillərin asudə vaxtının təşkili məqsədi ilə onların istirahət zonalarına göndərilməsi

7,00

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına

2

Əlillərin stolüstü idman oyunları üzrə yarışların, bədii yaradıcılıq baxış müsabiqəsinin, rəsm əsərləri və əl işlərinin sərgisinin  keçirilməsi

2,00

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına

1

2

3

4

 

III.Əlillərə maddi və texniki yardımın təşkili

57,00

 

1

20 yanvar-Ümumxalq hüzn günü, 20-21 mart-Novruz bayramı, 26 aprel-Çernobıl qəzasının ildönümü, 15 sentyabr -Bilik günü, 3 dekabr-Beynəlxalq əlillər günü münasibəti ilə tədbirlərin keçirilməsi və əlillərə maddi yardımların göstərilməsi

39,50

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına

2

Əlil uşaqların təhsili ilə bağlı texniki yardımın göstərilməsi

2,50

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına

3

Əlillərin sosial məişət problemlərinin həlli ilə bağlı  yardımların göstərilməsi

15,00

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına

 

IV.Əlillər üçün mənzil tikintisi

500,00

 

1

Əlillər üçün  fərdi yaşayış evlərinin tikintisi

498,23

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına

2

2007-ci ildə kənd yerlərində tikilib istifadəyə verilmiş fərdi yaşayış evləri üzrə keyfiyyət zəmanəti kimi saxlanılmış məbləğin ödənilməsi

1,77

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına

 

V. Əlillərin Sosial Müdafiəsi Idarəsinin saxlanılması

200,00

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına

 

CƏMI

819,00

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2008-ci il 11
mart tarixli 30 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikası üzrə 2008-ci ildə ilk dəfə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi

ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin

DÖVLƏT PROQRAMI

1. Giriş

Dövlət Proqramının başlıca məqsədi son illərdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı sahəsində əldə edilmiş nailiyyətlərin nəticəsi olaraq vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinin keyfiyyətcə yeni mərhələyə qaldırılması ilə əlaqədar əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla, 2008-ci ildə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsidir.

Dövlət Proqramı hazırlanarkən «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)»nın, habelə rayonların sosial inkişafının sürətləndirilməsinə dair qəbul edilmiş tədbirlər planının,     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 iyun 2005-ci il tarixli 198-01/S nömrəli Sərəncamı ilə təsdiq olunmuş   «Naxçıvan Muxtar Respublikasının regional inkişaf proqramı  (2005-2008-ci illər)»nın, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşıldaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli 2167 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)»nın və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 may 2007-ci il tarixli 113-03/S nömrəli Sərəncamı ilə təsdiq olunmuş   «Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)»nın icrası ilə bağlı məşğulluq xidməti orqanları tərəfindən keçiriləcək tədbirlər nəzərə alınmışdır.

Bundan başqa Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 noyabr tarixli 132-03/S nömrəli Sərəncamı  ilə işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması sahəsində fəaliyyəti tənzimləmək məqsədilə «Regional Peşə Tədrisi Mərkəzi» yaradılmışdır.

Qeyd olunan tədbirlərin icrası ilə əlaqədar tərtib olunmuş proqnozlara əsasən 2008-ci ildə muxtar respublikanın əmək bazarında iştirak edəcək 53661 nəfərdən 4500 nəfərin məşğulluq xidməti orqanlarına müraciət edəcəyi gözlənilir.

Məşğulluq xidməti orqanlarına müraciət edəcək vətəndaşlardan 1965 nəfərin münasib işlə təmin olunması, 505 nəfərə işsiz statusu verilməsi və işsizliyə görə müavinət ödənilməsi, 160 nəfərin peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına, 220 nəfərin haqqı ödənilən ictimai işlərə cəlb olunması, 3690 nəfərin işaxtaran kimi qeydiyyata götürülməsi proqnozlaşdırılır.

Bu məqsədlə məşğulluq xidməti orqanları tərəfindən aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsinə üstünlük verilməklə, müraciət edən vətəndaşların münasib işlə təmin olunmaları, əmək bazarının real tələbləri əsasında peşə hazırlığı, yenidən hazırlığı   və ixtisaslarının artırılması və haqqı ödənilən ictimai işlərə cəlb edilməsi sahəsində fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur.

2008-ci ildə muxtar respublikanın şəhər və rayonlarında  əmək yarmarkalarının keçirilməsi, əmək birjalarının, peşəyönümü məsləhəti kabinetlərinin yaradılması işi davam etdiriləcəkdir.

Işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində vacib amillərdən biri də onların bu sahədə məlumat əldə etmək imkanlarının artırılmasıdır. Bu məqsədlə məşğulluq xidməti orqanları tərəfindən əhalinin məlumatlandırılması istiqamətində reklam-informasiya işinin genişləndirilməsi, eləcə də məşğulluq xidməti orqanlarının vahid informasiya sisteminin yaradılması nəzərdə tutulur.

Bununla yanaşı, işsizlik müavinətinin minimum məbləğinin respublika üzrə minimum əmək haqqı məbləğinə   uyğunlaşdırılması həyata keçiriləcəkdir.

2.  2008-ci ildə ilk dəfə işaxtaranların və işsiz

vətəndaşların sosial müdafiəsi ilə bağlı

T Ə D B I R L Ə R

Tədbirin adı

Ayrılmış vəsaitin

məbləği

(min manatla)

1

Işsizlik müavinətinin ödənilməsi

185,0

2

Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkili

16,0

3

Haqqı ödənilən ictimai işlərin təşkili

15,0

4

Işsizlər üçün yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması işlərinin həyata keçirilməsi, əmək yarmarkalarının keçirilməsi və sosial müdafiə ilə bağlı digər xərclər

7,0

5

Məşğulluq xidməti orqanlarının saxlanılması

385,0

 

Cəmi

608,0

Joomla 1.5