Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2008 «Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı» və «Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı ...

«Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı» və «Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı ...

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı» və «Naxçıvan Muxtar Respublikasının Fövqəladə
Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan
nəqliyyat vasitələrinin Siyahısı»nın təsdiq edilməsi
haqqında

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 2 iyun tarixli 619-III QD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 783 nömrəli Fərmanının  1.3-cü bəndinin icrasını təmin etmək və «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı» və «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli qərarından irəli gələn məsələləri həll etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı» təsdiq edilsin (əlavə olunur).
2. «Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı» təsdiq edilsin (əlavə olunur).
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                    Ə.Baxşıyev
21  avqust 2008-ci il
№  73

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin   2008-ci il
21 avqust  tarixli 73 nömrəli
qərarı ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin
S I Y A H I S I

Bütün tipli, markalı, modelli traktorlar, onların qoşquları, tarla işlərində istifadə edilən asma-qoşma kənd təsərrüfatı mexanizmləri;
küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan aqrar-sənaye kompleksindən, meşə və ekologiya sahələrində, su-meliorasiya təsərrüfatlarında, kənd-tarla arası yolların çəkilişində və digər kənd təsərrüfatı üçün xidmət sahələrində istifadə edilən digər özüyeriyən texnikalar, ekskavatorlar, buldozerlər və tırtıllı mexaniki nəqliyyat vasitələri;
plantaj şum aparmaq, sahələri hamarlamaq, çəltik səpini, tarlanın hazırlanması üçün silos və senaj quyularının qazılması, yaşıl kütlənin tapdanması və basdırılması üçün buldozerlər və ekskavatorlar;
mineral və üzvü gübrələrin yığılması və yüklənməsi üçün yükləyicilər;
kənd təsərrüfatı məhsulları emalı sənayesi sahəsində yükləmə və boşaltma işlərində istifadə edilən avtoyükləyicilər və digər markalı texnikalar;
fermer təsərrüfatında suvarma xətlərinin çəkilişində istifadə edilən, taxıl yığımından əvvəl isə həmin xətlərin doldurulması üçün ekskavator və buldozerlər;
suvarma kanallarının çəkilişi, təmizlənməsi işlərində istifadə edilən bütün markalı skreyperlər, buldozerlər;
tarlalararası yolların çəkilməsi və təmiri üçün qreyderlər və digər texnikalar.

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2008-ci il
21 avqust tarixli 73 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin
S I Y A H I S I

Şassi üzərində quraşdırılmış payavuran qurğu
Yol freyzeri
Yol üçün bordyurdöşəyən nəqliyyat vasitəsi
Asfalt döşəyən nəqliyyat vasitəsi
Qalaqlayıcı nəqliyyat vasitəsi
Xüsusi texnoloji xidmət üçün nəqliyyat vasitəsi
Qazma işləri üçün nasos aqreqatları
Təkərli kompressorlar
Boru düzən nəqliyyat vasitəsi
Özüdolduran mexanizmlər
Qreyderlər
Skreperlər
Katok (vərdənə)
Traktor bazasında quraşdırılmış kran
Təkərli mexanizmlər
Təkərli qaynaq aqreqatları
Təkərli generatorlar
Qat təmizləyən traktorlar
Yolnişanlayıcı nəqliyyat vasitələri
Ekskavatorlar
Buldozerlər
Yükləyicilər
Qəza-bərpa nəqliyyat vasitəsi
Elektromühərriklə işləyən nəqliyyat vasitələri
Qoşqu və yarımqoşqulu mexanizmlər

Joomla 1.5