Naxçıvan Muxtar Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2008 Naxçıvan Muxtar Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Naxçıvan Muxtar Respublikasında damazlıqla bağlı bəzi

normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının          2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının  1.4-cü, 1.5-ci və 1.6-cı bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında”  2008-ci il 31 iyul tarixli 175 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Naxçıvan Muxtar Respublikasında damazlıq heyvanların dövlət reyestrinin və dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması Qaydaları”, “Cins heyvanlar üçün hazırlanan pasportun (şəhadətnamənin) forması, tərtib edilməsi Qaydası və ona daxil edilən məlumatlar” və “Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, sertifikatların növləri və verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliynə, Dövlət Baytarlıq Xidmətinə, rayon icra hakimiyyətlərinə və aid təşkilatlara  tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                         Ə.Baxşıyev

05  sentyabr 2008-ci il

№  80

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 05

sentyabr tarixli 80 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Damazlıq heyvanların dövlət reyestrinin və dövlət

damazlıq kitabının tərtib edilməsi və aparılması

Q A Y D A L A R I

1. Ümumi müddəa

Bu qaydalar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516–III Q nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.4-cü bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 31 iyul tarixli 175 nömrəli qərarının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında damazlıq heyvanların dövlət reyestrinin və dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir.

2. Damazlıq heyvanların dövlət reyestrinin aparılması

2.1. Damazlıq heyvanların dövlət reyestri damazlıq heyvan cinslərinin və cinsdaxili qrupların heyvan növləri üzrə mərkəzləşdirilmiş damazlıq uçotu sistemidir.

2.2. Damazlıq heyvan növləri üzrə mövcud yerli cinslər və zooloji qruplar rayonlaşdırılır və dövlət damazlıq reyestrinə daxil edilir.

2.3. Damazlıq heyvanların və heyvan qruplarının identikləşdirilməsini həyata keçirmək, mənşəyini, təsərrüfat əhəmiyyətini və istifadə təyinatını müəyyən etmək üçün onların dövlət qeydiyyatı aparılır.

2.4. Damazlıq heyvanların dövlət reyestri Naxçıvan Muxtar Respublikası ərazisində məhsuldarlığına və damazlıq keyfiyyətlərinin kompleks əlamətlərinə görə qiymətləndirilərək yetişdirilən, dövlət damazlıq kitabında qeydiyyata alınmış və damazlıq pasportu (şəhadətnaməsi) verilmiş damazlıq heyvanların uçotunu təmin etmək məqsədi ilə aparılır.

2.5. Damazlıq heyvanların dövlət reyestri Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.

2.6. Damazlıq heyvanların dövlət reyestrinə heyvan növləri üzrə mövcud cinslərin və cinsdaxili qrupların, həmçinin seleksiya nailiyyəti hesab edilən damazlıq ehtiyatının Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilən məlumatları (cinsin adı, reyestrə daxil edildiyi il, müəllif, ərizəçi, cinsin məhsuldarlıq istiqaməti) daxil edilir.

2.7. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi damazlıq heyvandarlıq subyektlərindən aldığı məlumatlara uyğun olaraq heyvanların hər bir növü və cinsi üzrə dövlət reyestrini tərtib edir.

2.8. Damazlıq heyvanların dövlət reyestri üçün tələb olunan məlumatların damazlıq heyvandarlıq subyektləri tərəfindən Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməsi məcburidir.

2.9. Dövlət reyestr kitabı kağız və elektron variantda tərtib edilir.

2.10. Dövlət reyestri vərəqləri nömrələnmiş, qaytanla bəndlənmiş, qaytanın ucları üzərinə silikat yapışqanla kənd təsərrüfatı nazirinin müavinin imzası və Nazirliyin möhürü olan vərəq yapışdırmaqla və ya surqucla möhürlənməklə, təsdiq olunmuş jurnalda aparılır.

2.11. Dövlət reyestr kitabında yol verilmiş səhvlər yeni qeydlər etməklə aradan qaldırılır. Bu halda qüvvəsini itirməli olan qeydin üstündən xətt çəkilir və bu qaydalara uyğun yeni qeydlər edilir. Yeni qeyddə qüvvəsini itirmiş yazıya istinad edilməlidir.

2.12. Dövlət reyestr kitabının elektron variantı forma və məzmun etibarilə kağız daşıyıcılardan fərqlənmir. Dövlət reyestr kitabının elektron variantı vahid proqram–texniki təlimat əsasında tərtib edilir.

2.13. Dövlət reyestr kitabı tərtib edildikdə, aşağıdakılar təmin olunmalıdır:

2.13.1. reyestr nömrələrinin say ardıcıllığına əməl edilməsi;

2.13.2. reyestrə daxil edilən damazlıq heyvanların adının və digər məlumatların təqdim edilmiş sənədlər əsasında düzgün yazılması;

2.13.3. reyestrdə əks etdirilən məlumatların dəqiq verilməsi.

2.14. Dövlət reyestr kitabında qeydlər aydın və yığcam şəkildə yazılmalıdır.

2.15. Dövlət reyestr kitabı Azərbaycan dilində tərtib edilir. Xarici adlar Azərbaycan dilinin tələffüz qaydalarına uyğun şəkildə Azərbaycan əlifbası ilə yazılmalıdır.

2.16. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur.

3. Dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması

3.1. Naxçıvan Muxtar Respublikasında damazlıq heyvanların dövlət qeydiyyatı damazlıq heyvanların dövlət damazlıq kitabına yazılması yolu ilə həyata keçirilir.

3.2. Dövlət damazlıq kitabı damazlıq heyvanların mənşəyinin eksteryer, döllük və məhsuldarlıq keyfiyyətlərinin, digər seleksiya əhəmiyyətli əlamətlərinin heyvan cinsləri üzrə qeydiyyat sənədidir.

3.3. Dövlət damazlıq kitabında hüquqi və fiziki şəxslərə məxsus müəyyən cinsə aid yüksək məhsuldar və damazlıq pasportu (şəhadətnaməsi) olan hər bir damazlıq heyvan haqqında məcmu məlumatlar verilir.

3.4. Damazlıq heyvanların dövlət damazlıq kitabı Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılır və hər bir heyvan növü və cinsi üzrə damazlıq heyvandarlıq subyektlərindən aldığı məlumatlar daxil edilir.

3.5. Dövlət damazlıq kitabına yazılan heyvan barədə məlumat aşağıdakı tələblərə uyğun olmalıdır:

3.5.1. dövlət nişanlanma sisteminə və damazlıq heyvanların identifikasiyasına uyğun nömrəsinin olması;

3.5.2. istifadəsinə icazə verilmiş, seleksiya nailiyyəti kimi dövlət reyestrinə daxil edilmiş, təmizcinsli olması və hansı cinsə aid olması;

3.5.3. rəsmi təsdiq edilmiş mənşəyə malik olması (anası, atası);

3.5.4. yaxın qohumlarının (atasının, anasının) identifikasiya nömrəsinin olması;

3.5.5. damazlıq və məhsuldarlıq keyfiyyətinə görə hesabatlarda göstəricilərin və eyni zamanda damazlıq ehtiyatının geniş təkrar  istehsalının qiymətləndirilməsinin düzgün olması.

3.6. Xarici ölkələrdən gətirilərək, muxtar respublikamızda seleksiya proseslərində istifadə edilən heyvanlar (heyvan toxumu, rüşeym və s.) dövlət damazlıq kitabına qeydiyyata alındıqda, ixrac edən ölkənin rəsmi damazlıq heyvandarlıq təşkilatı tərəfindən damazlıq sertifikatı təqdim edilməlidir. Belə halda heyvanın yenidən identifikasiyalaşdırılmasına yol verilmir.

3.7. Damazlıq heyvanların dövlət reyestrinin aparılması üçün lazımı sənədlərin hazırlanması və dövlət damazlıq kitablarının çap edilməsi müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

3.8. Dövlət damazlıq kitabının nəşrindən sonra 5 il müddətindən gec olmayaraq, növbəti cildi hazırlanıb nəşr edilir. Ara müddətlərdə qeydiyyata götürülən damazlıq heyvanların kataloqu hazırlanır.

3.9. Damazlıq heyvandarlığın idarə edilməsi ilə məşğul olan yerli təşkilatlar tərəfindən dövlət damazlıq kitabına daxil edilmək üçün məlumatlar (1 yanvar vəziyyətinə) aprel ayının 1-dək Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməlidir.

3.10. Dövlət damazlıq kitabına yazmaq üçün verilən məlumatların düzgünlüyünə və vaxtında təqdim edilməsinə cavabdeh təşkilatlar məsuliyyət daşıyırlar.

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 05

sentyabr tarixli 80 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Cins heyvanlar üçün hazırlanan pasportun (şəhadətnamənin) forması, tərtib edilməsi Qaydası və ona daxil edilən məlumatlar

1. Ümumi müddəa

Bu Qayda və ona daxil olan məlumatlar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516–III Q nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Naxçıvan  Muxtar Respublikasında cins heyvanlara pasportların (şəhadətnamələrin) tərtib edilməsi qaydasını tənzimləyir, onun formasını və ona daxil edilən məlumatları müəyyən edir.

2. Cins heyvanlar üçün hazırlanan pasportların (şəhadətnamələrin) forması

2.1. Cins heyvanların damazlıq pasportu (şəhadətnaməsi) heyvanların mənşəyini, məhsuldarlığını, təkrar istehsala yararlılığını və digər damazlıq keyfiyyətlərini təsdiq edən və identikləşdirmə zamanı istifadə olunan əsas sənəddir.

2.2. Cins heyvanlara verilən pasportların (şəhadətnamələrin) forması Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanaraq nəşr olunur (forma əlavə olunur)

3. Cins heyvanlar üçün pasportların (şəhadətnamələrin) tərtib edilməsi və ona daxil olan məlumatlar

3.1. Damazlıq pasportu (şəhadətnaməsi) cins heyvanların məhsuldarlıq və damazlıq keyfiyyətlərinin kompleks əlamətlər üzrə qiymətləndirilməsi və dövlət qeydiyyatına alınması əsasında verilir.

3.2. Cins heyvana pasportun (şəhadətnamənin) tərtibi Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.

3.3. Cins heyvanın pasportu (şəhadətnaməsi) Azərbaycan və ingilis dillərində beynəlxalq standartların tələblərinə uyğun tərtib edilir.

3.4. Cins heyvanın pasportunda (şəhadətnaməsində) aşağıdakı məlumatlar olmalıdır:

3.4.1. rayonun, qəsəbə və kəndin, təsərrüfatın adı (rəqəmli kodlarla);

3.4.2. heyvanın ləqəbi;

3.4.3. heyvanın cinsi;

3.4.4. heyvanın cinsiyyəti;

3.4.5. heyvanın növü;

3.4.6. heyvanın doğum tarixi və yeri;

3.4.7. heyvanın yaşı;

3.4.8. heyvanın diri çəkisi;

3.4.9. heyvan yetişdirən sahibkarın soyadı, adı, ünvanı və imzası;

3.4.10. heyvan satanın soyadı, adı, ünvanı və satılması tarixi;

3.4.11. heyvan alanın soyadı, adı, ünvanı və alınması tarixi;

3.4.12. heyvanın anasının və atasının fərdi nömrəsi;

3.4.13. heyvanın məhsuldarlıq istiqaməti;

3.4.14. heyvanın sinfi;

3.4.15. heyvanın şəcərə cədvəli;

3.4.16. heyvanın dövlət damazlıq kitabındakı qeydiyyat nömrəsi;

3.4.17. pasportu (şəhadətnaməni) hazırlayan səlahiyyətli təşkilatın adı, möhürü və pasport verən məsul şəxsin imzası;

3.4.18. pasportun (şəhadətnamənin) verildiyi tarix.

3.5. Hər bir cins heyvana bir dəfə pasport (şəhadətnamə) tərtib olunur. Cins heyvanın pasportu (şəhadətnaməsi) itmiş və ya korlanmışdırsa, heyvan sahibi 15 gün müddətində yazılı formada Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə məlumat verməli və dublikat pasportun (şəhadətnamənin) alınması üçün müraciət etməlidir.

3.6. Cins heyvanın alınması və satılması nəticəsində təsərrüfat dəyişdirilərkən alıcı və satıcı şəxs cins heyvana aid pasportun (şəhadətnamənin) sahibkara aid olan müvafiq hissəsini kəsib özündə saxlayaraq, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə məlumat verməlidir.

3.7. Cins heyvan öldükdə, onun pasportu (şəhadətnaməsi) heyvanın sahibi tərəfindən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qaytarılır və Dövlət Damazlıq Kitabında müvafiq qeyd aparılır.

3.8. Damazlıq ehtiyatlarının məhsuldarlıq və damazlıq keyfiyyətlərini təsdiq edən pasportun (şəhadətnamənin) hazırlanmasına, saxlanılmasına, uçotuna və verilməsinə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzarət edir.

3.9. Damazlıq heyvandarlıq təsərrüfatlarının istehsal etdikləri damazlıq ehtiyatları dövriyyəyə cəlb edildikdə, onların təkrar istehsala yararlılığını və digər damazlıq keyfiyyətlərini təsdiq edən pasport (şəhadətnamə) Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə vaxtında təqdim edilməlidir.

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 05

sentyabr tarixli 80 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Damazlıq heyvanın pasportu

(şəhadətnaməsi)

Ləqəbi

Diri çəkisi

Yaşı

Sinfi

Məhsuldarlıq istiqaməti

 

Damazlıq heyvanın pasportu (şəhadətnaməsi)

 

Təsərrüfatın adı və qeydiyyat №-si                   Heyvanın №-si

Adı

Cinsiyyəti

Növü

Cinsi

Doğum tarixi

Anasının №-si

Atasının №-si

 

 

 

 

 

 

 

Təsərrüfatın №-i

Rayonun adı

Daxilolma tarixi

Çıxma tarixi

Təsərrüfatın №-i

Rayonun adı

Daxilolma tarixi

Çıxma tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ölüm yaxud məcburi kəsim tarixi

Yardım və sığorta ödəmə tarixi

Peyvənd edilmə tarixi

 

Satış / kəsim

Alış / kəsim

 

Təsərrüfatın və heyvanın №-si, sahibkarın adı, soyadı, atasının adı, ünvanı, telefon nömrəsi, emal sexinin adı, kəsim tarixi

Təsərrüfatın və heyvanın №-si, sahibkarın adı, soyadı, atasının adı, ünvanı, telefon nömrəsi, emal sexinin adı, kəsim tarixi

 

 

Tarix, imza

 

Tarix, imaza

 

Təsdiq edən orqan

Tarix, möhür, səlahiyyətli şəxsin adı, soyadı, ünvanı və imzası

 

Heyvan satılarkən alıcıda qalan hissə

 

 

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

 

Təsərrüfatın adı və qeydiyyat №-si                   Heyvanın №-si

 

Adı

Cinsiyyəti

Növü

Cinsi

Doğum tarixi

Anasının №-si

Atasının №-si

 

 

 

 

 

 

 

Satış / kəsim

Alış / kəsim

 

Təsərrüfatın və heyvanın №-si, sahibkarın adı, soyadı, atasının adı, ünvanı, telefon nömrəsi, emal sexinin adı, kəsim tarixi

Təsərrüfatın və heyvanın №-si, sahibkarın adı, soyadı, atasının adı, ünvanı, telefon nömrəsi, emal sexinin adı, kəsim tarixi

 

 

Tarix, imza

 

Tarix, imaza

 

Təsdiq edən orqan

Tarix, möhür, səlahiyyətli şəxsin adı, soyadı, ünvanı və imzası

 

Heyvan satılarkən alıcıda qalan hissə

 

 

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

 

Təsərrüfatın adı və qeydiyyat №-si                   Heyvanın №-si

 

Adı

Cinsiyyəti

Növü

Cinsi

Doğum tarixi

Anasının №-si

Atasının №-si

 

 

 

 

 

 

 

Satış / kəsim

Alış / kəsim

 

Təsərrüfatın və heyvanın №-si, sahibkarın adı, soyadı, atasının adı, ünvanı, telefon nömrəsi, emal sexinin adı, kəsim tarixi

Təsərrüfatın və heyvanın №-si, sahibkarın adı, soyadı, atasının adı, ünvanı, telefon nömrəsi, emal sexinin adı, kəsim tarixi

 

 

Tarix, imza

 

Tarix, imaza

 

Heyvan bazarı (təsərrüfatın və heyvanın №-si)

Tarix, möhür, səlahiyyətli şəxsin adı, soyadı, ünvanı və imzası

 

Heyvan satılarkən bazarda qalan hissə

Qeydiyyat tarixi

 





















Şəcərə cədvəli

Ailə ____

Xətt_____

Anası

Atası

Anasının anası

Atasının anası

Anasının atası

Atasının atası

Anasının anasının anası

Atasının anasının anası

Anasının atasının anası

Atasının atasının anası

Anasının anasının atası

Atasının anasının atası

Anasının atasının atası

Atasının atasının atası









Damazlıq heyvanın pasportunın (şəhadətnaməsinin) kötüyü № ___

Cinsi                                                                                                                                    Anası

Ləqəbi                                                                                  Anasının ləqəbi, fərdi №______

Fərdi №-si                                                                                            Anasının DDK markası və №______

DDK markası və №-si                                                                                      Atası

Xətt, ailə ___________________                 Atasının DDK markası və №______

(ləqəbi, fərdi №, DDK markası, №)                                                      Atasının sinfi

 

Cinsiyyəti                                                                                            Satıldığı yerin ünvanı

Doğum yeri və tarixi                                                         Heyvanın satış tarixi

Yaşı                                                                                                     pasportun (şəhadətnamənin) verilmə

tarixi

Diri çəkisi, kq

Eksteryerə görə bal

Sinfi

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 05

sentyabr tarixli 80 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması,

sertifikatların növləri və verilməsi

Q A Y D A L A R I

1. Ümumi müddəa

Bu qaydalar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516–III Q nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 №-li Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Naxçıvan Muxtar Respublikasında damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, sertifikatların növləri və verilməsi qaydalarını müəyyən edir.

2. Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması

2.1. Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması damazlıq məhsulun, materialın müəyyən edilmiş normativlərə uyğun və genetik cəhətdən qüsursuz olmasının təsdiqi üçün həyata keçirilir. Sertifikatlaşmanın nəticələri əsasında verilən uyğunluq sertifikatı dövriyyəyə cəlb edilən cins heyvanın və digər damazlıq ehtiyatının damazlıq obyekti kimi tanınmasına, təkrar istehsala yararlığına və ondan yaxşılaşdırıcı kimi istifadə edilməsinə təminat verir.

Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması aşağıdakı məqsədlərlə həyata keçirilir:

2.1.1. heyvandarlıq məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün beynəlxalq iqtisadi, elmi–texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirak etmək imkanı yaratmaq;

2.1.2. istehsalçılara əldə etdikləri damazlıq ehtiyatlarının normativ sənədlərin tələblərinə uyğunluğuna dair zəmanət verilməsi.

2.2. Kənd təsərrüfatı heyvanlarının növ və cinslərindən alınmış dövlət reyestrinə seleksiya nailiyyəti kimi daxil edilmiş damazlıq heyvandarlıq subyektlərində istehsal olunmuş və xarici ölkələrdən idxal edilmiş damazlıq ehtiyatları (damazlıq heyvanlar, onların toxumları, yumurtaları, sürfələri, rüşeymləri) sertifikatlaşdırılmalıdır.

2.3. Naxçıvan Muxtar Respublikasında damazlıq ehtiyatlarının sertifikatlaşdırılmasını Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi müvafiq qaydada həyata keçirir.

3. Damazlıq ehtiyatlarının sertifikatlaşdırılmasında iştirakçıların vəzifələri

3.1. Kənd təsərrüfatı heyvanlarının damazlıq ehtiyatlarının sertifikatlaşdırılması üzrə orqan aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. damazlıq ehtiyatlarının sertifikatlaşdırılmasında idarəetməni və prosedur qaydalarını təşkil etməklə koordinasiyasını təmin edir;

3.1.2. sertifikatlaşdırma fəaliyyəti barədə şikayətlərə baxır, sertifikatları ləğv edir və damazlıq ehtiyatlarının təkrar sınağını (ekspertizasını) təyin edir;

3.1.3. sertifikatlaşdırma işlərini təşkil edir, sertifikat verir və sertifikatlaşdırılmış damazlıq ehtiyatlarının reyestrini aparır;

3.1.4. sifarişçinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən damazlıq ehtiyatlar ölkə ərazisindən çıxarılarkən sertifikat verir;

3.1.5. öz səlahiyyətləri daxilində müraciət edən şəxslərə lazımi məlumatlar verir və sertifikatlaşdırma üçün normativ sənədlərin bazasını yaradır.

3.2. Sınaq laboratoriyaları damazlıq ehtiyatlarının sınağını keçirərək, sınaq protokolunu sertifikatlaşdırma orqanına təqdim edir.

3.3. Sertifikatlaşdırmaya aid olan damazlıq ehtiyatlarının satıcıları aşağıdakı şərtlərə əməl etməlidirlər:

3.3.1. damazlıq ehtiyatlarına sertifikat almaq üçün məhsulun (materialın) və sənədlərin vaxtında təqdim edilməsinə;

3.3.2. sertifikatlaşdırılmış damazlıq ehtiyatlarının istehsalının texnoloji prosesində sertifikatlaşdırmadan sonra damazlıq sənədlərində edilmiş dəyişikliklər barədə sertifikatlaşdırma orqanına məlumat verilməsinə.

4. Sertifikatların verilməsi və tətbiq edilməsi

4.1. Sertifikatlaşdırma orqanlarına müraciət edən şəxslərə uyğunluq sertifikatı verilir.

4.2. Damazlıq ehtiyatları damazlıq zavodlarına, reproduktorlara, fermalara, sınaq müəssisələrinə, süni mayalandırma və embrionların köçürülməsi mərkəzlərinə, genobanklara, immunogenetik ekspertiza və seleksiya məqsədi ilə heyvandarlıq məhsullarının ekspertizası laboratoriyalarına satılarkən uyğunluq sertifikatı verilir.

4.3. Uyğunluq sertifikatı hər heyvana 6 ay, heyvandan alınmış bir hissə toxuma və yaxud embriona isə 12 ay müddətinə verilir. Sertifikatda növ, cins, damazlıq ehtiyatlarının dərəcəsi, heyvanın nömrəsi, cinsiyyəti, doğulduğu tarix və yer, diri çəkisi, eksteryernin qiyməti, nəsil şəcərəsi, genetik nəzarətin göstəriciləri və mənşəyi göstərilir.

4.4. Satıcı tərəfindən təqdim edilən sənədlər şübhə doğurarsa, göstəricilərin yoxlanması üçün sınaq laboratoriyasına göndərilir və sınaq laboratoriyasının tələbi əsasında satıcı əlavə sənədlər təqdim edir.

4.5. Uyğunluq sertifikatının qüvvədə olduğu müddətdə satışın maksimum həddi və hissəsinin ölçüsü gösətirilir. Sertifikatın sertifikatlaşdırma orqanı tərəfindən möhürlə təsdiq edilmiş surəti satılan damazlıq ehtiyatının hər bir hissəsinə əlavə edilir.

4.6. Uyğunluq sertifikatı olan toxum hissəsinin verilməsi zamanı sertifikatın surəti verilmir. Lakin toxumu müşayiət edən sənədlərdə sertifikatın müddəti və nömrəsi göstərilir.

4.7. Naxçıvan Muxtar Respublikasının seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilmiş və istifadəsinə icazə verilmiş hər bir heyvan cinsinə (xətt, kross) sertifikat verilir.

4.8. Damazlıq heyvanın yaxşılaşdırıcı olmasını, toxumun və rüşeymin mənşəyini və təkrar istehsala yararlığını təsdiq edən müvafiq damazlıq pasportu (şəhadətnaməsi) və sertifikatı olduqda, reproduksiya məqsədi ilə istifadə edilir.

4.9. Damazlıq ehtiyatlarının uyğunluq sertifikatı Azərbaycan və ingilis dillərində beynəlxalq standartların tələblərinə uyğun tərtib edilir.

Joomla 1.5