«I, II və III məsuliyyət səviyyəli bina və qurğuların təsnifatının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı barədə
Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2008 «I, II və III məsuliyyət səviyyəli bina və qurğuların təsnifatının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı barədə

«I, II və III məsuliyyət səviyyəli bina və qurğuların təsnifatının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«I, II və III məsuliyyət səviyyəli bina və qurğuların
təsnifatının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il
16 sentyabr tarixli 214 nömrəli qərarı barədə

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli «I, II və III məsuliyyət səviyyəli bina və qurğuların təsnifatının təsdiq edilməsi haqqında» qərarı icra üçün rəhbərliyə alınsın.

2. «I, II və III məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı» təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                         Ə.Baxşıyev

25  sentyabr 2008-ci il

№  85

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 25

sentyabr tarixli 85 nömrəli qərarı ilə

təsdiq  edilmişdir

«I, II və III məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı
Bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu

1. Istismara yararsız olduğu halda, eləcə də dağılması zamanı müxtəlif miqyaslı iqtisadi, sosial və ekoloji nəticələrə səbəb olan bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu üçün üç səviyyə təyin olunur*:

I yüksək məsuliyyət səviyyəli;

II normal məsuliyyət səviyyəli;

III aşağı məsuliyyət səviyyəli.

I yüksək məsuliyyət səviyyəli bina və qurğular

Bina və qurğuların adı

1

Tutumu 10000 kub metr və daha çox olan neft, neft və kimya məhsullarının saxlandığı çənlər

2

Su və istilik elektrik stansiyaları, həcmi 10 milyon kub metr və daha çox olan su anbarı

3

Neft, neft və kimya məhsulları,qaz, su, çirkab suları nəql edən magistral boru kəmərləri

4

Üstüörtülü tribunalı idman qurğuları, konsert sərgi salonları, kinoteatrlar, teatrlar, muzeylər, dövlət arxivləri

5

Metropoliten tunelləri və stansiyaları

6

Uzunluğu 50 metr və daha çox olan körpülər və yol ötürücüləri

7

Hündürlüyü 100 metr və daha çox olan rabitə qurğuları

8

Hündürlüyü 100 metr və daha çox olan tüstü boruları

9

24 metr və daha çox aşırımı olan üstüörtülü sənaye və ictimai obyektlər

10

Nadir (unikal) bina və qurğular

*Bu təsnifat məsuliyyət səviyyəsinin uçotu digər normativ sənədlərlə müəyyənləşdirilən bina və qurğulara şamil olunmur.

II normal məsuliyyət səviyyəli bina və qurğular

Bina və qurğuların adı

1

I məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular

2

Yaşayış evləri (12 metr hündürlüyədək* yaşayış evləri istisna olmaqla)

3

Təhsil və səhiyyə obyektləri

4

Mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər

5

Istehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular

III aşağı məsuliyyət səviyyəli bina və qurğular

Bina və qurğuların adı

1

12 metr hündürlüyədək fərdi yaşayış evləri

2

Parniklər, istixanalar, yay paviliyonları, kiçik anbarlar və buna oxşar tikililər

 

* Binanın səkisinin ən aşağı və damının ən hündür nöqtələrinin səviyyələrinin fərqi

Joomla 1.5