Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2008 «Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı»nın təsdiq edilməsi haqqında

«Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı»nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin
keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon
və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi
binaların siyahısı»nın təsdiq edilməsi haqqında

«Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 24 iyun tarixli 787 nömrəli Fərmanının 1.3-cü bəndinin və «Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                    Ə.Baxşıyev


07 oktyabr 2008-ci il
№  88

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2008-ci il 07
oktyabr tarixli 88 nömrəli qərarı ilə
təsdiq edilmişdir

«Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların

SIYAHISI

1. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları:
Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin inzibati binası;
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binası;
Naxçıvan Sərhəd Diviziyasının inzibati binası;
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin inzibati binası;
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binası;
Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin inzibati binası;
705 saylı Hərbi Hissənin inzibati binası;
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin inzibati binası;
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin inzibati binası;
Azərbaycan Respublikası Xarici Işlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı Idarəsinin inzibati binası.
2. Naxçıvan Muxtar Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binaları.

Joomla 1.5