Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə...
Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2008 Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə...

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə...

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası»nın «Özəlləşdirilən idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamğı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli qərarı barədə

«Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası»nın və «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması» təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikasının Iqtisadi Inkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu aid orqanlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etsinlər.

4. Bu qərar 2008-ci il 5 avqust tarixdən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                         Ə.Baxşıyev

29  oktyabr 2008-ci il

№  92

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 29

oktyabr tarixli 92 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Özəlləşdirilən va idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc

əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi

Q A Y D A S I

1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları»nın II bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. Bu Qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 2003-cü il 27 sentyabr tarixindən bu Qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin və bu Qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.

2. Naxçıvan Muxtar Respublikasının Iqtisadi Inkişaf Nazirliyi tərəfindən bu Qaydanın 1-ci bəndində göstərilən müəssisələrin siyahısı (2003-cü il 27 sentyabr tarixindən bu Qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi göstərilməklə) Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir.

Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu həmin müəssisələrin təqdim etdiyi məlumatlarda göstərilən işçilərin adlı siyahısını (bu Qayda qüvvəyə minənədək Azərbaycan Respublikası Prezidentinin «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının tənzimlənməsi tədbirləri barədə» 2003- cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanının icrası ilə bağlı Iqtisadi Inkişaf Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuş siyahı üzrə) Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları müvafiq rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə göndərir. Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər.

Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur.

Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunduğu halda, komissiya bu barədə məlumatı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunmadığı halda, komissiya imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verir.

Komissiya tərəfindən hazırlanmış məlumatın düzgünlüyü Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanıla bilər.

3. Aylıq müavinət almaq istəyən şəxs yaşadığı ərazi üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə bu Qaydanın əlavəsində göstərilən formada ərizə ilə müraciət edir.

4. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisi aylıq müavinət almaq üçün ərizəsinə aşağıdakı sənədləri əlavə edir:

- şəxsiyyət vəsiqəsinin surətini;

- istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş aktı və yaxud işəgötürən tərəfındən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmünü (qətnaməni, qərarı);

- işçinin peşə əmək qabiliyyətinin itirilmə faizi barədə Tibbi-Sosial Ekspert Komissiyasının şəhadətnaməsini;

- aylıq ödəncin hansı tarixədək ödənilməsi barədə təqsirkar müəssisənin arayışını.

Həlak olmuş işçinin ailə üzvü və himayəsində olan digər şəxslər isə aylıq müavinət almaq üçün işçinin ölüm haqqında şəhadətnaməsini, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilən şəxs olmasını təsdiq edən sənədləri təqdim edir.

5. Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri aylıq müavinət təyinatı üçün tələb olunan sənədləri qəbul etdikdən sonra 3 iş günü müddətində aylıq müavinət təyin edilməsi barədə qərar qəbul edir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi ilə bağlı aylıq ödənc əvəzinə aylıq müavinət verilməsi üçün rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzi bu qərarla təsdiq edilmiş formaya uyğun olaraq zərərçəkənlə müqavilə bağlayır.

6. Ərizəçiyə aylıq müavinətin verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə, 5 gün müddətində yazılı məlumat verilir.

7. Naxçıvan Muxtar Respublikasının Iqtisadi Inkişaf Nazirliyi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar.

Həmin müəssisələr üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş və bu səbəbdən həlak olmuş işçilərin sayı Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2003-cü il 27 sentyabr tarixinədək ödənilən ödənclərin verilməsi barədə siyahıya və müvafiq rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Maliyyə Şöbəsi (idarəsi) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyinə əsasən nəzərə alınır.

8. Aylıq müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları»nın 5.1-ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir.

9. Aylıq müavinət 2003-cü il 1 oktyabr tarixindən 2008-ci il avqustun 5-dək olan müddət üçün birdəfəlik, bu Qayda qüvvəyə mindiyi tarixdən sonrakı müddət üçün isə aylıq ödənilir.

 

«Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası"na

əlavə

_______________ şəhər (rayon) Əhalinin Sosial

Müdafiəsi Mərkəzinin direktoru

Ə R I Z Ə

Mən _____________________________________________________

(adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi)

_____________________________________________müəssisəsində ________ tarixdə istehsalat qəzası (yaxud peşə xəstəliyi) nəticəsində peşə əmək qabiliyyətini itirmiş (_____ faiz), özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisəsinin istehsalat qəzası (yaxud peşə xəstəliyi) nəticəsində sağlamlığı pozulmuş işçisi kimi (və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvü və himayəsində olan digər şəxslər kimi) «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na və «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il                  4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları»na uyğun olaraq aylıq ödənc üzrə müəssisənin borclarının əvəzinə ________ tarixindən aylıq müavinətin təyin edilməsini xahiş edirəm.

İstehsalat qəzası, yaxud peşə xəstəliyi nəticəsində həlak olmuş işçinin ailə üzvlərinin və himayəsində olan digər şəxslərin sayı:____ nəfər

Imza: _________________

Tarix: _________________

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 29

oktyabr tarixli 92 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Özəlləşdirilən va idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc

əvəzinə aylıq müavinətin ödənilməsi barədə

MÜQAVILƏ  FORMASI

1. Bu Müqavilə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsində qanunvericiliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ________ şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər (zərərçəkən)

_________________________________________________________

(adı,soyadı, atasının adı)

_________________________________________________________

(vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi,

_________________________________________________________

verildiyi tarix və onu verən orqanın adı)

arasında «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları»nın 4.2-ci bəndinə uyğun olaraq bağlanılmışdır.

2. Bu Müqaviləyə əsasən ____ şəhər (rayon) Əhalinin Sosial Müdafiasi Mərkəzi ilə zərərçəkən arasında özəlləşdirilməsi barədə qərar

qəbul edilmiş və ya idarəetməyə verilmiş müəssisənin _________________________________________________________

(idarənin, müəssisənin, təşkilat adı)

istehsalat qəzası və ya peşə xəstəliyi ilə əlaqədar zərərçəkənə 2003-cü il oktyabrın 1-dən özəlləşdirilməsi başa çatan tarixədək (və ya idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək) dövr üçün yaranmış aylıq ödənclər üzrə borclarının əvəzinə müavinət ödənilməsi barədə razılıq əldə edilmişdir.

3. Bu Müqavilə üç nüsxədə tərtib edilir. Onlardan bir nüsxəsi zərərçəkənə verilir, bir nüsxəsi şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzində saxlanılır, digər nüsxəsi isə mərkəz tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ayda bir dəfə bağlanılmış müqavilələr barədə Naxçıvan Muxtar Respublikası Iqtisadi Inkişaf Nazirliyinə  məlumat təqdim edir.

Zərərçəkən

______  ______________________        Naxçıvan Muxtar Respublikası

(imza)           (adı, soyadı, atasının adı)                   Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyinin

Tarix                                                           ____________ şəhər (rayon)

 

Ünvanı:                                                               ƏSMM -nin direktoru

_____ ________________

(imza) (adı, soyadı, atasının adı)

möhür

Joomla 1.5