Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2009 Naxçıvan şəhər Bulqan əsas məktəbinin ləğv edilərək Qaraçuq orta məktəbinə birləşdirilməsi haqqında

Naxçıvan şəhər Bulqan əsas məktəbinin ləğv edilərək Qaraçuq orta məktəbinə birləşdirilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Naxçıvan şəhər Bulqan əsas məktəbinin 
ləğv edilərək Qaraçuq orta məktəbinə
birləşdirilməsi haqqında

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi 2009-cu il 02 iyul tarixli 3/108 nömrəli məktubla müraciət edərək Naxçıvan şəhərinin Bulqan əsas məktəb binasının köhnə, yararsız vəziyyətdə olduğunu, inventar və avadanlıqların müasir tələblərə cavab vermədiyini, şagird və müəllim kontingentinin azlığını nəzərə alaraq həmin yaşayış massivinin yaxınlığında yerləşən Qaraçuq orta məktəbinin 620 şagird yerlik olmaqla hər cür şəraiti və pedaqoji kadr təminatı imkan verdiyindən, Bulqan əsas məktəbinin ləğv edilərək şagird və müəllim kontingenti ilə birlikdə Qaraçuq orta məktəbinə birləşdirilməsini xahiş etmişdir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2009-cu il 02 iyul tarixli 3/108 nömrəli və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 2009-cu il 07 iyul tarixli 02-36/11 nömrəli məktubları nəzərə alınsın.
2. Bulqan əsas məktəb binasının yararsız vəziyyətdə olduğunu, inventar-avadanlıqların müasir tələblərə cavab vermədiyini, şagird və müəllim kontingentinin azlığını nəzərə alaraq Bulqan əsas məktəbi ləğv edilərək Qaraçuq orta məktəbinə birləşdirilsin.
3. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Maliyyə Nazirliyi Naxçıvan Şəhər Icra Hakimiyyəti ilə birgə bu qərardan irəli gələn məsələləri həll etsinlər.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının
Baş naziri:         Ə.Baxşıyev


09 iyul 2009-cu il
№ 46

Joomla 1.5