«Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları»nın və «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti...
Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2009 «Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları»nın və «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti...

«Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları»nın və «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti...

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları»nın və «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 
15 fevral tarixli 32 nömrəli qərarı haqqında» Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 fevral tarixli
25 nömrəli qərarında qismən dəyişiklik edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Iqtisadi Inkişaf Nazirliyinin 2009-cu il 13 oktyabr tarixli 01/842 nömrəli və Dövlət Statistika Komitəsinin 2009-cu il 01 oktyabr tarixli 01/351 nömrəli məktublarını nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları»nın və «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı haqqında» Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş «Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Naxçıvan Muxtar Respublika Komissiyasının tərkibi» haqqındakı 4 nömrəli əlavəyə uyğun dəyişiklik edilərək təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının
Baş naziri:         Ə.Baxşıyev


17 oktyabr 2009-cu il
№ 79

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2009-cu il 17
oktyabr tarixli 79 nömrəli qərarı ilə
təsdiq edilmişdir

4 nömrəli əlavə

Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Naxçıvan Muxtar Respublika Komissiyasının tərkibi

Muxtar Respublika Komissiyasının sədri

- Naxçıvan Muxtar Respublikası Baş nazirinin
müavini-kənd təsərrüfatı naziri

Muxtar Respublika Komissiyasının üzvləri

- Naxçıvan Muxtar Respublikası Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin
müavini;
- «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar
Cəmiyyətinin direktoru;
- Naxçıvan Muxtar Respublikası Iqtisadi
Inkişaf Nazirliyinin iqtisadi inkişaf siyasəti
və proqnozlaşdırma şöbəsinin müdiri;
- Naxçıvan Muxtar Respublikası Maliyyə
Nazirliyinin milli iqtisadiyyatın maliyyəsi
şöbəsinin müdiri;
-Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsi sədrinin müavini;
- «Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin
Naxçıvan Muxtar Respublikası
Baş Idarəsinin rəisi.

Joomla 1.5