Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2010 «Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Qaydaları»nın və «Əyar damğalarının növləri və quruluşu»nun təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən 
zərgərlik və digər məişət məmulatlarının əyarlanması və
damğalanması Qaydaları»nın və «Əyar damğalarının
növləri və quruluşu»nun təsdiq edilməsi haqqında

«Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Qaydaları»nın və «Əyar damğalarının növləri və quruluşu»nun təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 9 iyul tarixli 153 nömrəli qərarından irəli gələn vəzifələrin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Qaydaları»nın və «Əyar damğalarının növləri və quruluşu» təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının 
Baş naziri:         Ə.Baxşıyev


02 aprel 2010-ju il
№ 38

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 02
aprel tarixli 38 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən 
zərgərlik və digər məişət məmulatlarının əyarlanması və
damğalanması Qaydaları

1. Bu Qaydalar «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikasının Qanununa və «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanına əsasən hazırlanmışdır və qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması qaydalarını müəyyən edir. 
2. Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş, habelə muxtar respublika ərazisinə xaricdən satış məqsədi ilə gətirilmiş qiymətli metallardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Əyar Şöbəsi, (bundan sonra - Əyar Şöbəsi) tərəfindən həyata keçirilir.
3. Qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən bədii təsvir üsullarını, qiymətli, yarımqiymətli bəzək daşlarını, təbii və süni mənşəli materialları tətbiq etməklə hazırlanmış zərgərlik, məişət məmulatları, əşyaları dövlət əyar damğası ilə damğalanmalıdır.
4. Metr ölçü sistemi tətbiq olunana qədər karat və misqal ölçü sistemləri ilə damğalanmış qiymətli metallardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının yenidən damğalanması zərurəti yaranarsa, onların damğalanması bu Qaydalara uyğun aparılacaqdır.
5. Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanmasına görə qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.
6. Naxçıvan Muxtar Respublikasında qiymətli metallardan hazırlanmış məhsullar, o cümlədən zərgərlik və digər məişət məmulatları əyarlanmaq və damğalanmaq üçün onların istehsalçıları tərəfindən, xaricdən satış üçün muxtar respublika ərazisinə gətirilən məmulatlar isə onları gətirən sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən təqdim olunmalıdır. Bu məqsədlə həmin şəxslər Əyar Şöbəsinə ərizə ilə müraciət etməlidirlər.
7. Əyar Şöbəsi müraciətə bir ay ərzində baxır. 
8. Naxçıvan Muxtar Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş və ya satış məqsədi ilə muxtar respublika ərazisinə gətirilmiş qiymətli metallardan hazırlanmış məhsullar, o cümlədən zərgərlik və digər məişət məmulatları əyarlanmaq və damğalanmaq üçün təqdim edilərkən, belə məmulatların əyarı ərizədə göstərilən əyardan aşağı olduqda, həmin məmulatlar (xarici ölkədən gətirilmiş məmulatın üzərində olan əyar damğası və yaxud həkk olunmuş rəqəmlər silinməklə) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilmiş əyara uyğun əyarla damğalanır.
Vətəndaşlar tərəfindən belə məmulatlar təqdim edildikdə, həmin məmulatların üzərindəki damğa izləri təmizlənməklə, qanunla müəyyən edilmiş əyara uyğun əyar damğası ilə damğalanır.
9. Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarı qanunla müəyyən edilmiş minimal əyardan aşağı olarsa, həmin məmulatlar qiymətli metallardan olan məmulatlar sayılmır və damğalanmır.
10. Əsas hissəsi qızıl tərkibli sarı ərintilərdən hazırlanmış məmulatların üzərində daşların bərkidilməsi üçün qızıl tərkibli ağ ərintilərdən istifadə edildikdə, qızıl tərkibli ağ ərintinin əyar damğası əsas hissəyə vurulmuş əyar damğasının yanında əlavə olaraq vurulmalıdır.
11. Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının səthinə başqa qiymətli metal çəkilə bilər, lakin bu zaman məmulatlar əsas metalın əyarına uyğun damğalanmalıdır.
12. Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının istehsalında istifadə olunan lehimlər həmin metallardan hazırlanmalıdır. Qızıl, platin və palladiumdan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının istehsalında istifadə olunan lehimlərin əyarı həmin məmulatların əyarına uyğun olmalıdır.
13. Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş qiymətli metallardan hazırlanmış məhsullar, o cümlədən zərgərlik və digər məişət məmulatları əyarlanmaq və damğalanmaq üçün daşlar bərkidilmədən təqdim edilməlidir.
14. Aşağıda adları çəkilən əşyalar dövlət əyar damğası ilə damğalanmadan azad edilirlər:
statusu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş və tərkibində qiymətli metal olan dövlət mükafatları;
emissiya olunmuş yubiley sikkələri;
tarixi və arxeoloji əhəmiyyətə malik qiymətli metallardan olan məmulatlar;
qiymətli metallardan hazırlanmış Azərbaycan Respublikasının və başqa dövlətlərin sikkələri;
silahların, vazların, boşqabların, mücrülərin, dini ibadət və ona oxşar əşyaların üzərində işlənmiş qiymətli metallardan naxışlar;
qiymətli metallardan olan külçələr;
elm, istehsalat, təbabət və başqa xüsusi məqsədlər üçün qiymətli metallardan hazırlanmış cihazlar, laboratoriya qabları və digər məmulatlar.

Joomla 1.5