Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2010 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş «Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi Qaydaları»nın Naxçıvan Muxtar Respublikasında icrasının təmin edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş «Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi Qaydaları»nın Naxçıvan Muxtar Respublikasında icrasının təmin edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş «Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi Qaydaları»nın Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş «Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi Qaydaları»nın Naxçıvan Muxtar Respublikasında icrası təmin edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Daxili Işlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi bu Qaydalara uyğun olaraq Naxçıvan şəhəri və digər yaşayış məntəqələri daxilində, həmçinin yaşayış məntəqələrindən kənarda olan avtomobil yollarında yol göstəricilərinin 2011-ci ilin iyun ayınadək quraşdırılmasını təmin etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikasının
Baş naziri:         Ə.Baxşıyev


11 may 2010-ju il
№ 54

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 11
may tarixli 54 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi
QAYDALARI

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Avtomobil yolları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanına əlavə edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 171 nömrəli Fərmanının 2-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır və avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi qaydalarını müəyyən edir. 
1.2. Bu Qaydalarda «yol göstəriciləri» dedikdə, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 4 saylı əlavəsi- «Yol nişanları»nın V qrupuna (məlumatverici-göstərici nişanlar) aid 5.20.1-5.27, 5.31, 5.32.1-5.32.3, 5.38 və 5.39 nömrəli yol nişanları nəzərdə tutulur.

2. Yol göstəricilərinin yerləşdirilməsi

2.1. Yol göstəriciləri «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələblərinə uyğun olaraq və avtomobil yollarının texniki dərəcəsi, hərəkət sürəti, hərəkət zolaqlarının sayı və yolun tikildiyi coğrafi şərait (dağlıq, düzənlik, yaşayış məntəqəsi daxilində) nəzərə alınmaqla quraşdırılır. 
Yol göstəricilərinin standarta uyğun olmayan dayaqlarda quraşdırılması qadağandır.
2.2. 5.20.1 və 5.20.2 «istiqamətlərin ilkin göstəricisi» yol nişanları yaşayış məntəqələrinə və digər obyektlərə hərəkət istiqamətlərinin qabaqcadan göstərilməsi üçün quraşdırılır.
5.20.1 yol nişanı 3.11-3.15 qadağan yol nişanlarından biri quraşdı¬rılmış yol sahələrində kənardankeçmə marşrut sxemlərini göstərmək üçün də tətbiq olunmalıdır.Yaşayış məntəqələrindən kənarda 5.20.1 yol nişanı yolayrıcından və ya tormozlama zolağının başlanğıcından 300 metrdən, yaşayış məntəqələrində isə 50 metrdən az olmamaq şərtilə quraşdırılır.
Avtomagistrallarda «istiqamətlərin ilkin göstəricisi» yol nişanları yolayrıcından və ya tormozlama zolağının başlanğıcından 800 metrdən az olmayaraq quraşdırılır.
5.20.2 yol nişanı yolun hərəkət hissəsinin üstündə, bilavasitə tormoz-lama zolağının başlanğıcında, bu olmadıqda isə yaşayış məntəqələrindən kənarda yolayrıcından 100 metr, yaşayış məntəqələrində isə 50 metrdən az olmayan məsafədə quraşdırılır.
2.3. 5.20.3 «Hərəkət sxemi» yol nişanı yolayrıclarında ayrı-ayrı istıqamətlərdə hərəkətin qadağan olunduğunu və ya mürəkkəb qovşaqlarda icazə verilən hərəkət istiqamətlərini göstərmək məqsədi ilə quraşdırılır. Bu yol nişanı bilavasitə yolayrıcının əvvəlində yerləşdirilməlidir. Yol nişanının ilkin olaraq yaşayış məntəqələrində yolayrıcından 50-100 metr, yaşayış məntəqələrindən kənarda isə 150-300 metr məsafədə quraşdırılmasına icazə verilir.
2.4. 5.21.1 və 5.21.2 «Istiqamət göstəricisi» yol nişanları yaşayış məntəqələrinə və digər obyektlərə (hava limanı, dəniz limanı, dəmir yolu vağzalı, avtovağzal, mehmanxanalar, tibb müəssisələri, təhsil müəssisələri, idman obyektləri, dövlət orqanları və sair) hərəkət istiqamətlərinin göstərilməsi üçün quraşdırılır. 5.21.1 və 5.21.2 yol nişanları bilavasitə yolayrıclarının və ya yollardan çıxışların qarşısında yerləşdirilir. 5.21.1 və 5.21.2 yol nişanlarının hər iki istiqamətdə cəmi bir və ya iki hərəkət zolağı olan yolların çıxışlarında, kəsişən yolların hər birində hər iki istiqamətdə, ikidən çox zolağı olmayan yol qovşaqlarında isə yolayrıcılarının qarşısında yolun sol tərəfində yerləşdirilməsinə icazə verilir.
Yaşayış məntəqələrində istiqamətin ilkin göstəricisi kimi 5.20.1 və 5.20.2 yol nişanlarının əvəzinə 5.21.2 yol nişanının quraşdırılması müm-kündür.
2.5. 5.22 «Yaşayış məntəqəsinin başlanğıcı» və 5.23 «Yaşayış mən-təqəsinin qurtaracağı» yol nişanları yaşayış məntəqələrində hərəkətin xüsusi tələblərə riayət olunmasını tənzimləyir və müvafiq olaraq yaşayış məntəqəsinin başlanğıcını və ya qurtaracağını göstərmək məqsədi ilə istifadə olunur.
Hər iki istiqamətdə cəmi bir, iki və ya üç hərəkət zolağı olan yollarda 5.23 yol nişanının sol tərəfdə, qarşı hərəkət üçün nəzərdə tutulmuş 5.22 yol nişanının arxasında yerləşdirilməsinə icazə verilir.
2.6. 5.24 «Yaşayış məntəqəsinin başlanğıcı» və 5.25 «Yaşayış mən-təqəsinin qurtaracağı» yol nişanları hərəkət şəraitindən asılı olaraq, yaşayış məntəqələrində olan hərəkətin xüsusi tələblərinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilməyən yollarda yaşayış məntəqəsinin başlanğıcını və ya qurtaracağını bildirmək üçün istifadə olunur.
Hər iki istiqamətdə cəmi bir, iki və ya üç hərəkət zolağı olan yollarda 5.25 yol nişanının sol tərəfdə, qarşı istiqamətdən hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulan 5.24 yol nişanının arxa tərəfində quraş-dırılmasına icazə verilir.
2.7. 5.26 «Obyektin adı» yol nişanı yaşayış məntəqələri istisna ol-maqla, marşrut məntəqələrinin göstərilməsi üçün bilavasitə obyektlərin qarşısında yerləşdirilir.
2.8. 5.27 «Məsafələr göstəricisi» yol nişanı müvafiq marşrut üzrə yerləşən yaşayış məntəqələrinə qədər olan məsafənin göstərilməsi üçün istifadə olunur, şəhərlərin və başqa iri yaşayış məntəqələrinin çıxışlarında, yol sahələrində isə aralarında 40 km-dən az olması şərtilə yerləşdirilir.
Hər iki istiqamətdə cəmi bir, iki və ya üç hərəkət zolağı olan yollarda 5.27 yol nişanının sol tərəfdə, qarşı istiqamətdən hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulan 5.20.1 yol nişanının arxa tərəfində quraş-dırılmasına icazə verilir.
2.9. 5.31 «Kənardankeçmə sxemi» yol nişanı hərəkət üçün müvəqqəti bağlanmış yol sahəsində kənardankeçmə marşrutunun göstərilməsi üçün istifadə olunur. Bu yol nişanı yolayrıcından yaşayış məntəqələrindən kənarda 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr məsafədə quraşdırılır.
2.10. 5.32.1-5.32.3 «Kənardankeçmə sxemi» yol nişanları hərəkət üçün müvəqqəti bağlanmış yol sahələrində kənardankeçmə istiqamətinin göstərilməsi üçün istifadə olunur.
5.32.2 və 5.32.3 yol nişanları kənardankeçmənin başlanğıcında quraşdırılmalıdır. Əgər kənardankeçmə marşrutu mövcud olan yol şəbəkəsindən keçirsə, 5.32.1-5.32.3 nişanları marşrutda olan hər bir yolayrıcının qarşısında quraşdırılır.
2.11. 5.38 «Küçənin istiqaməti» yol nişanı yaşayış məntəqəsində müəyyən küçəyə hərəkət istiqamətini göstərir və bilavasitə yolayrıcının qarşısında quraşdırılır.
2.12. 5.39 «Kəsişmə yoluna xəbərdaredici və ya qadağanedici nişanlar» yol nişanı kəsişən yolda hərəkətin xüsusiyyətləri haqqında məlumat verir və hərəkəti tənzimləmək üçün quraşdırılır.

Joomla 1.5