«Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə» Naxçıvan MR Nazirlər Kabinetinin 2008-ci il 22 dekabr tarixli 105 nömrəli qərarına əlavə edilməsi
Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2010 «Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə» Naxçıvan MR Nazirlər Kabinetinin 2008-ci il 22 dekabr tarixli 105 nömrəli qərarına əlavə edilməsi

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə» Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 
2008-ci il 22 dekabr tarixli 105 nömrəli qərarına
əlavə edilməsi barədə

«Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli 136 nömrəli qərarının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 dekabr tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları»nın 3.6.1-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
«yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət Qəbul Komissiyasına təqdim edilə bilərlər;».
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının
Baş naziri:         Ə.Baxşıyev


21 iyul 2010-ju il
№ 72

Joomla 1.5