Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2010 Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 iyul tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları»nda dəyişiklik edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 
15 iyul tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları»nda dəyişiklik edilməsi barədə

«Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları»nda dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 162 nömrəli qərarından irəli gələn vəzifələrin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 iyul tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları»na 2 nömrəli əlavə – «Dövlət Taxıl Fondunda saxlanmağa qoyulan taxıl üçün tələblər»in XII bəndində «1 il» sözləri «8 ay» sözləri ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının 
Baş naziri:         Ə.Baxşıyev


15 sentyabr 2010-ju il
№ 80

Joomla 1.5