Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2011 Naxçıvan Muxtar Respublikası ərazisində sudan istifadə və tullantı sularının axıdılması xidmətləri tariflərinin (qiymətlərinin) təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası ərazisində sudan istifadə və tullantı sularının axıdılması xidmətləri tariflərinin (qiymətlərinin) təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası ərazisində sudan istifadə 
və tullantı sularının axıdılması xidmətləri tariflərinin (qiymətlərinin) təsdiq edilməsi haqqında

«Azərbaycan Respublikası ərazisində 2011-ci il 1 fevral tarixdən sudan istifadə və tullantı sularının axıdılmasının xidmətləri üzrə yeni tariflərin (qiymətlərin) təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2011-ci il 31 yanvar tarixli 01 nömrəli qərarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsdilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Naxçıvan Muxtar Respublikası ərazisində sudan istifadə və tullantı sularının axıdılması xidmətlərinin tarifləri (qiymətləri) bu qərarın əlavəsinə uyğun təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Iqtisadi Inkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsinlər.
3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 8 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə üzrə tariflər» və «Tullantı suların axıdılması xidməti üzrə tariflər» qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar 2011-ci il fevralın 1-dən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının
Baş naziri:         Ə.Baxşıyev


05 fevral 2011-ci il
№ 20

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2011-ci il 05
fevral tarixli 20 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikası ərazisində sudan istifadə 
və tullantı sularının axıdılması xidmətlərinin tarifləri
(qiymətləri)

Xidmətin növü

Istehlakçı qrup

Ölçü vahidi

Tariflər

(ƏDV ilə, manatla)

I

 

Su təchizatı

 

1. əhali

1 m3

0,25

2. digər sahələr

1 m3

1,0

3. sudan xammal kimi istifadə edənlər

1 m3

12,0

II

Tullantı sularının axıdılması

1. əhali

1 m3

0,06

2. digər sahələr

1 m3

0,30

Qeyd. Sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5m3 müəyyən edilsin.

Joomla 1.5