Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2011 Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

«Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli və 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarlarından irəli gələn vəzifələrin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanların istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə kateqoriyalar üzrə bölgüsünün Qaydası», «Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması Qaydası», «Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydası», «Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası», «Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası», «Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı» və «Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Nəzərə alınsın ki, «Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği «Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə tənzimlənir.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının 
Baş naziri:         Ə.Baxşıyev


07 fevral 2011-ci il
№ 23

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2011-ci il 07
fevral tarixli 23 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi

hallarından icbari sığorta üzrə sığorta ödənişinin

təyin edilməsi üçün sənədlərin

SIYAHISI

1. Bu Siyahı «Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin sığortaçı tərəfindən təyin edilməsi aşağıdakı sənədlər əsasında həyata keçirilir:

1.1. aylıq və ya birdəfəlik sığorta ödənişləri üzrə:

1.1.1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi;

1.1.2. sığorta olunanın, sığorta hadisəsi nəticəsində onun öldüyü və ya fiziki və (və ya) əqli imkanlarını tam itirdiyi halda isə digər faydalanan şəxsin imzaladığı sığorta tələbi;

1.1.3. qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında aktın, yaxud sığorta olunanla bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarının surəti;

1.1.4. sığorta hadisəsi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətıni itirməsi halında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən, istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən şəhadətnamənin surəti;

1.1.5. sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda, onun ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

1.1.6. sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda, onun himayəsində olmuş ailə üzvləri haqqında arayış, habelə əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən valideynlərdən birinin ­arvadının (ərinin) və ya digər ailə üzvünün sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb müəssisələrinin rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etmələri barədə arayış;

1.1.7. sığorta hadisəsi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi halında, onun öldüyü halda isə digər faydalanan şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

1.2. Əlavə sığorta ödənişinin təyin edildiyi halda, bu Siyahının 1.1-ci bəndində müəyyən edilmiş müvafıq sənədlərlə yanaşı, sığorta olunanın həmin ödənişə aid yardım və qulluq növlərinə möhtac olması və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmaması ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasının qərarının surəti də tələb olunur.

1.3. Annuitet müqaviləsi üzrə sığorta ödənişlərinin təyin edilməsi həmin müqavilə əsasında həyata keçirilir.

2. Sığorta hadisəsinin baş verməsi barədə məlumat almış sığortaçı bu Siyahının 1.1.2-ci bəndində nəzərdə tutulmuş sığorta tələbinin təqdim edilməsi üçün faydalanan şəxsi sığorta tələbi üzrə sorğu vərəqəsi ilə təmin etməli və lazım olduqda, həmin vərəqənin doldurulması üçün ona kömək etməlidir.

3. Bu Siyahının 1.1.2-ci, 1.1.5-ci və 1.1.7-ci bəndlərində müəyyən edilmiş sənədləri faydalanan şəxs sığortaçıya təqdim etməlidir və digər sənədlərin faydalanan şəxs tərəfındən təqdim edilmədiyi halda, həmin sənədlər sığorta tələbinin daxil olduğu tarixdən 3 iş günü müddətində edilən rəsmi sorğu (sorğular) əsasında sığortaçı tərəfındən əldə olunmalıdır.

 

Mq-07

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il           «_____» fevral tarixli _______ nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması

QAYDALARI

1.Ümumi müddəa

Bu Qaydalar «lstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və sığorta ödənişlərinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması qaydalarını tənzimləyir.

2. Istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunana sığorta ödənişinin təyin edilməsi

2.1. Sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin Tibbi Sosial Ekspert Komissiyası (bundan sonra - TSEK) tərəfindən müəyyən edildiyi, habelə sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafıq sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş günündən gec olmayaraq, bu Qaydaların 2.1.3-cü bəndi nəzərə alınmaqla, sığortaçının müvafıq qərarı ilə təyin edilir və müvafiq olaraq aşağıdakı müddətlərdə ödənilməlidir:

2.1.1. aylıq sığorta ödənişləri - sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq. Sığorta ödənişi verilməyə başlandığı ilk aydan əvvəlki hər hansı ayın müvafiq tarixindən hesablanmalı olduğu halda, sığorta ödənişinin verildiyi ilk ay üçün nəzərdə tutulan ödəniş məbləğində əvvəlki aya (aylara) aid olan ödəniş məbləğləri də əlavə olunur;

2.1.2. birdəfəlik sığorta ödənişi - sığorta ödənişinin təyin edildiyi tarixdən 3 iş günü müddətində;

2.1.3. əlavə sığorta ödənişi - TSEK-in müvafıq qərarı ilə təyin edildiyi tarixdən həmin qərarla müəyyən edilmiş müddətdə.

2.2. Sığorta müqaviləsi əsasında sığorta olunanın istehsalatda baş verən bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirməsi hallarında ona sığorta ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinə görə müvafıq sığortaçı öhdəlik daşıyır.

3. Aylıq sığorta ödənişlərinin verilməsinin

dayandırılması və bərpası

3.1. Aylıq sığorta ödənişlərinin verilməsi aşağıdakı hallarda dayandırılır:

3.1.1. bu Qaydaların 3.2-ci bəndi nəzərə alınmaqla, sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan öldükdə;

3.1.2. sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunanın peşə əmək qabiliyyətinin bərpa edilməsi TSEK tərəfındən müəyyən edildikdə;

3.1.3 sığorta olunan peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi məqsədi ilə təkrar müayinə olunmaqdan imtina etdikdə.

3.2. Sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin səbəb olduğu haldan öldükdə, aşağıdakı əsaslardan ən azı birinin mövcud olması şərtilə, həmin əsaslarda nəzərdə tutulmuş faydalanan şəxslərə qanunvericiliyə uyğun qaydada hesablanmış birdəfəlik sığorta ödənişi verilir:

3.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər müəyyən edildikdə;

3.2.2. sığorta olunanın ölümündən sonra uşağı doğulduqda;

3.2.3. sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü müəyyən edildikdə;

3.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər müəyyən edildikdə.

3.3. Bu Qaydaların 3.1.3-cü bəndində nəzərdə tutulmuş əsas aradan qalxdığı tarixdən aylıq sığorta ödənişinin verilməsi bərpa edilir.

 

Mq-07

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il

«_____» fevral tarixli _______ nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi

hallarından icbari sığorta olunanların istehsalatda

yerinə yetirilən əmək funksiyalarının xarakterinə

görə kateqoriyalar üzrə bölgüsünün

QAYDASI

1. Ümumi müddəa

Bu Qayda «Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanların istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə kateqoriyalar üzrə bölgüsü qaydasını tənzimləyir.

 

2. Sığorta olunanların kateqoriyaları

2.1. Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanlar istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə aşağıdakı kateqoriyalara bölünürlər:

2.1.1. fəhlələr - məhsulun (əmtəənin) istehsalı, xidmətin həyata keçirilməsi ilə, həmçinin təmir, yüklərin daşınması, təmizlik, saxlama, mühafizə və digər belə işlərlə birbaşa məşğul olan işçilər;

2.1.2. qulluqçular -müvafiq olaraq rəhbərlərə, mütəxəssis və texniki icraçılara aid işlərin və ya xidmətlərin yerinə yetirilməsi ilə məşğul olan işçilər:

2.1.2.1. rəhbərlər - müəssisə, idarə və təşkilatın və ya onun hər hansı struktur bölməsinin rəhbəri və onun müavinləri, eləcə də baş mütəxəssislər;

2.1.2.2. mütəxəssislər - mühəndis-texnik,  iqtisadçı, hüquqşünas, sosioloq və digər bu kimi vəzifələr üzrə əmək funksiyaları yerinə yetirən işçilər; dövlət qulluğunda inzibati vəzifə tutan dövlət qulluqçuları;

2.1.2.3. texniki icraçılar - sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirən kargüzarlar, katibələr, tabelçilər, surətçıxaranlar, arxiv işçiləri, agentlər və digər belə işçilər; dövlət qulluğunda yardımçı vəzifə tutan dövlət qulluqçuları.

 

Mq-10

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il

«_____» fevral tarixli _______ nömrəli qərarı ilətəsdiq edilmişdir

 

 

Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması

QAYDASI

1.Ümumi müddəalar

1.1. Bu Qayda «Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və sığorta haqqının müəyyən edilməsi üçün xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması qaydasını müəyyən edir.

1.2. Bu Qayda mülki-hüquqi müqavilə əsasında əmək funksiyasını yerinə yetirən şəxslərin əmək funksiyasının yerinə yetirilməsinə görə əldə etdikləri muzda da tətbiq edilir.

 

2. Bir illik əmək haqqı fondunun hesablanması

2.1. Sığorta haqqının müəyyən edilməsi üçün tətbiq edilən xeyrinə icbari sığorta müqaviləsi bağlanan şəxsin bir illik əmək haqqı fondu onun əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqının (mülki hüquqi müqavilədə nəzərdə tutulan əmək funksiyasının yerinə yetirilməsinə görə muzdun bir aya düşən hissəsinin) on iki mislinə bərabərdir.

 

2.2. Istehsalat təcrübəsi (təlimi) keçən sığorta olunanın bir illik əmək haqqı fondunun hesablanması zamanı onun əmək müqaviləsi üzrə vəzifə maaşı öyrəndiyi (işlədiyi) peşə (vəzifə) üzrə tarif (vəzifə) maaşından az olduqda, onun bir illik əmək haqqı fondu həmin peşənin (vəzifənin) tarif (vəzifə) maaşı əsasında hesablanır.

 

Mq-10

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il

«_____» fevral tarixli _______ nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin

müəyyən edilməsi məqsədləri üçün orta

aylıq əmək haqqı miqdarının hesablanması

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda «Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi üçün orta aylıq əmək haqqı miqdarının hesablanması qaydasını tənzimləyir.

1.2. Bu Qayda mülki-hüquqi müqavilə əsasında əmək funksiyasını yerinə yetirən şəxslərin əmək funksiyasının yerinə yetirilməsinə görə əldə etdikləri orta aylıq muzda da tətbiq edilir.

 

2. Orta aylıq əmək haqqının hesablanması

2.1. Orta aylıq əmək haqqı sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəlki tam on iki ay (əmək müqaviləsinin və ya mülki-hüquqi müqavilənin həmin tarixdən əvvəlki daha az müddətdə qüvvədə olduğu halda faktiki tam aylar) ərzində əmək müqaviləsi üzrə əməyinin ödənilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il                      25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş «Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı» üzrə nəzərə alınan ödənişlərin məbləğinin və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyasını yerinə yetirilməsinə görə ödənilən muzdun məbləğinin cəminin on ikiyə (əmək müqaviləsinin və ya mülki-hüquqı müqavilənin həmin tarixdən əvvəlki daha az müddətdə qüvvədə olduğu halda isə tam ayların sayına) bölünməsi yolu ilə hesablanır.

2.2. Orta aylıq əməkhaqqının hesablanması zamanı sığorta olunanın tam işləmədiyi aylar faydalanan şəxsin arzusuna uyğun olaraq, tam işlənilmiş əvvəlki aylarla əvəz edilir, belə əvəzetmə mümkün olmadıqda isə bölünən ayların sayı azaldılmaqla hesabdan çıxarılır.

2.3. Əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki bir aydan az müddətdə qüvvədə olduğu halda, həmin müqavilə üzrə əməyin ödənilməsi üçün nəzərdə tutulan məbləğin bir günə düşən hissəsinin həmin aydakı iş günlərinin sayına vurulması yolu ilə alınan məbləğ sığorta olunanın orta aylıq əməkhaqqı və ya orta aylıq muzd kimi nəzərə alınır.

2.4. Istehsalat təcrübəsi (təlimi) keçən sığorta olunan faktiki əmək haqqı öyrəndiyi (işlədiyi) peşə (vəzifə) üzrə tarif (vəzifə) maaşından az olarsa, onun orta aylıq əmək haqqı həmin peşənin (vəzifənin) tarif (vəzifə) maaşı əsasında hesablanır.

Mq-10

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il

«_____» fevral tarixli _______ nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi

hallarından icbari sığorta üzrə birdəfəlik sığorta

ödənişi məbləğinin hesablanması

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda «Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» (bundan sonra - Qanun) Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli  289 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. sığorta olunanın illik əmək haqqı fondu - istehsalatda bədbəxt hadisələr va peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından bu qərarın «Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması» Qaydası ilə müəyyən olunmuş qaydada hesablanan müvafiq məbləğ;

1.2.2. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi - sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsi.

 

2. Birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması

2.1. Birdəfəlik sığorta ödənişi qanunla müəyyən olunmuş hallarda aşağıdakı kimi hesablanır:

2.1.1 sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildiyi halda, birdəfəlik sığorta ödənişinin məbləği göstərilən düsturla hesablanır:

Burada: 

BSÖ - birdəfəlik sığorta ödənişinin məbləği;

P - sığorta olunanın illik əmək haqqı fondu;

W - sığorta olunanın peşə əmək qabiliyyətini itirmə dərəcəsi (faizlə ifadə olunur);

A - bu Qayda ilə müəyyən edilmiş 3 nömrəli cədvəlin «Müddət müəyyən edilmədikdə» adlı sütununda nəzərdə tutulan, sığorta olunanın yaşına uyğun hesablama əmsalıdır.

2.1.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda:

2.1.2.1. hər hansı bir faydalanan şəxs üçün birdəfəlik sığorta ödənişinin məbləği aşağıdakı düsturla hesablanır:

Burada: 

BSÖi - faydalanan şəxsə verilən birdəfəlik sığorta ödənişi;

I- faydalanan şəxsin say indeksi;

N-sığorta olunanın himayəsində olmuş şəxslərin (ölumündən sonra doğulması gözlənilən uşağı nəzərə alınmaqla) sayıdır;

P - sığorta olunanın illik əmək haqqı fondu;

Ai -bu Qaydanın 2.1.3-cü bəndi ilə müəyyən edilmiş müvafiq cədvəldə nəzərdə tutulan, hər hansı bir faydalanan şəxsin, Qanunun 5.0.2.3-cü maddəsində nəzərdə tutulmuş halda isə qulluq edilənlərin ən kiçiyinin yaşına uyğun hesablama əmsalıdır.

2.1.2.2. faydalanan şəxs (şəxslər) üçün bu Qaydanın 2.1.2.1-ci bəndinə uyğun olaraq hesablanan sığorta ödənişinin (sığorta ödənişlərinin cəminin) məbləği sığorta olunanın peşə əmək qabiliyyətini itirmə dərəcəsinin 100 faiz olduğu hal üçün bu Qaydanın 2.1.1-ci bəndinə uyğun hesablanan məbləğindən çox olarsa, sığorta ödənişi (ödənişləri) sonuncu məbləğ 2.1.2.1-ci bəndinə uyğun hesablanan məbləğə (məbləğlərə) mütənasib şəkildə bölüşdürülməklə faydalanan şəxsə (şəxslərə) verilməlidir;

2.1.3. bu Qaydada nəzərdə tutulan hesablama əmsalı müvafiq şəxsin yaşından asılı olaraq aşağıdakı kimi müəyyən edilir;

2.1.3.1. Qanunun 5.0.2.1-ci və 5.0.2.2-ci maddələrində nəzərdə tutulmuş 23 yaşına çatmamış faydalanan şəxslərə verilən sığorta ödənişinə münasibətdə - 2 nömrəli cədvələ uyğun;

2.1.3.2. Qanunun 5.0.2.3-cü maddəsində nəzərdə tutulmuş və 14 yaşına çatmamış şəxslərə qulluq etməklə məşğul olan faydalanan şəxslərə verilən sığorta ödənişinə münasibətdə - 1 nömrəli cədvələ uyğun;

2.1.3.3. Qanunun 5.0.2.3-cü maddəsində nəzərdə tutulmuş 14 yaşına çatmış şəxslərə qulluq etməklə məşğul olan faydalanan şəxslərə verilən sığorta ödənişinə münasibətdə - qulluq edilən şəxsin sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar növbəti müayinə üçün müəyyən edilən müddətdən asılı olaraq 3 nömrəli cədvəlin müvafiq sütununa uyğun;

2.1.3.4. Qanunun 5.0.2.4-cü maddəsində nəzərdə tutulmuş faydalanan şəxslərə verilən sığorta ödənişinə münasibətdə faydalanan şəxsin əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar növbəti müayinə üçün müəyyən edilən müddətdən asılı olaraq     3 nömrəli cədvəlin müvafiq sütununa uyğun;

2.1.3.5. Qanunun 5.0.2.1-ci və 5.0.2.4-cü maddəsində nəzərdə tutulmuş faydalanan şəxslərin əmək qabiliyyətinin növbəti müayinə müddəti müəyyən edilmədən itirilmiş hesab edildiyi, həmçinin faydalanan şəxsin müəyyən yaşa çatması ilə əlaqədar qanunvericiliklə əmək qabiliyyəti olmayan hesab edildiyi hallarda sığorta ödənişinə münasibətdə - 3 nömrəli cədvəlin «Müddət müəyyən edilmədikdə» adlı sütununa uyğun;

2.1.3.6. Qanunun 5.0.2.3-cü maddəsində nəzərdə tutulmuş qulluq edilən şəxsin sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar növbəti müayinə üçün müddət müəyyən edilmədən müəyyənləşdirildiyi hallarda sığorta ödənişinə münasibətdə -                 3 nömrəli cədvəlin «Müddət müəyyən edilmədikdə'' adlı sütununa uyğun.

1 nömrəli cədvəl

Yaş

Hesablama əmsalı

Yaş

Hesablama əmsalı

0

9,2172

7

5,9677

1

8,9635

8

5,3002

2

8,5942

9

4,5788

3

8,1597

10

3,7988

4

7,6776

11

2,9564

5

7,1532

12

2,0459

6

6,5841

13

1,0625

2 nömrəli cədvəl

Yaş

Hesablama əmsalı

Yaş

Hesablama əmsalı

0

11,9745

12

8,4598

1

11,9521

13

7,9517

2

11,8040

14

7,4032

3

11,5968

15

6,8105

4

11,3556

16

6,1706

5

11,0903

17

5,4795

6

10,8000

18

4,7329

7

10,4842

19

3,9271

8

10,l403

20

3,0569

9

9,7684

21

2,1165

10

9,3654

22

1,0995

11

8,9306

-

 

3 nömrəli cədvəl

Yaş

qrupu

Növbəti müayinə üçün müəyyən edilən

müddətdən asılı olaraq hesablama əmsalı

1 il

müddət

2 il

müddət

3 il

müddət

4 il

müddət

5 il

müddət

müddət

müəyyən

edilmədikdə

0-4

1,0628

2,0464

2,9568

3,7997

4,5793

14,1331

5-8

1,0627

2,0463

2,9567

3,7996

4,5791

14,1085

9-12

1,0626

2,0461

2,9564

3,7990

4,5788

14,0546

13-16

1,0625

2,0458

2,9558

3,7979

4,5770

13,9718

17-20

1,0623

2,0450

2,9540

3,7948

4,5725

13,8686

21-24

1,0622

2,0447

2,9534

3,7938

4,5712

13,7562

25-28

1,0621

2,0444

2,9528

3,7929

4,5698

13,6112

29-32

1,0621

2,0441

2,9521

3,7916

4,5677

13,4216

33-36

1,0620

2,0436

2,9510

3,7895

4,5642

13,1740

37-40

1,0616

2,0422

2,9477

3,7838

4,5556

12,8546

41-44

1,0612

2,0405

2,9441

3,7775

4,5457

12,4653

45-48

1,0605

2,0375

2,9366

3,7628

4,5208

11,9834

49-52

1,0602

2,0275

2,9172

3,7345

4,4862

11,4389

53-56

1,0599

2,0201

2,9119

3,7188

4,4566

10,8382

57-60

1,0558

2,0183

2,8943

3,6903

4,4125

10,0194

61-64

1,0525

2,0048

2,8648

3,6399

4,3365

9,1894

65-68

1,0482

1,9866

2,8227

3,5648

4,2209

8,3029

69-72

1,0403

1,9570

2,7629

3,4675

4,0808

7,4226

73-76

1,0338

1,9306

2,7053

3,3721

3,9442

6,5952

77-80

1,0274

1,9042

2,6474

3,2723

3,7916

5,7222

81-84

1,0116

1,8412

2,5116

3,0444

3,4602

4,6563

85-88

0,9838

1,7341

2,2926

2,6973

2,9815

3,5976

89-92

0,9408

1,5753

1,9861

2,2397

2,3882

2,6515

92-dən

yuxarı

0,8743

1,3462

1,5825

1,6909

1,7357

1,8475

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il

«_____» fevral tarixli _______ nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi

hallarından icbari sığorta üzrə əlavə sığorta

ödənişi məbləğinin hesablanması

QAYDASI

  1. 1. Ümumi müddəa

Bu Qayda «Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının 18-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsı hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması qaydasını müəyyən edir.

2. Əlavə sığorta ödənişi məbləğinin hesablanması

2.1. Əlavə sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinə, digər peşəyə hazırlanmasına ehtiyacı olduğu və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığı hallarda, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 yanvar tarixli 12 nömrəli qərarı ilə Əsasnaməsi təsdiq edilmiş Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - TSEK) qərarı əsasında təyin edilməklə, aşağıdakı qaydada hesablanır:

2.1.1. sığorta olunanın əlavə qidalanmaya ehtiyacı olduğu halda, müvafiq tibb müəssisəsi tərəfindən təyin edilən əlavə qida rasionuna daxil olan məhsulların rayon (şəhər) statistika orqanlarının sənədlərində əks olunan bazar qiymətlərinə uyğun olaraq;

2.1.2. sığorta olunanın dərman təminatına ehtiyacı olduğu halda, dərman preparatlarının dəyəri müvafiq aptekin ona verildiyi qaimə-faktura əsasında sığortaçı tərəfındən ödənilir. Sığorta olunanın dərman təminatı ilə bağlı xərclər, siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfındən təsdiq edilmiş, müalicə-profilaktika müəssisələrinin həmin nazirliyin müəyyən etdiyi formaya uyğun tərtib etdikləri pulsuz dərman reseptlərinə əsasən müəyyən olunur.

Hər bir pulsuz dərman preparatı üçün ayrıca dərman resepti yazılır və pulsuz dərman resepti xəstənin ambulator kartında göstərilən müalicə kursuna uyğun verilir;

2.1.3. sığorta olunanın protezləşdirməyə, xüsusi nəqliyyat vasitəsinə, o cümlədən əlil kreslo-veloarabalarına və digər reabilitasiya vasitələrinə ehtiyacı olduğu halda, belə vəsaitlərin əldə edilməsi üçün xidməti və (və ya) satışı həyata keçirən müəssisənin müvafiq hesab-fakturasında nəzərdə tutulmuş ödəniş məbləğinə uyğun olaraq;

2.1.4. sığorta olunanın başqasının qulluğuna ehtiyacı olduğu halda, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin sosial işçisinin aylıq vəzifə maaşının 50 faizdən aşağı olmayan, həmin şəxsin sığorta olunana göstərdiyi xidmətə görə aylıq xərc məbləğində;

2.1.5. sığorta olunanın sanatoriya-kurort müalicəsinə  ehtiyacı olduğu halda, TSEK tərəfındən təyin edilən müvafiq sanatoriya-kurort yollayışının qiyməti, həmçinin sığorta olunanın müşayiətçiyə ehtiyacı olması ilə bağlı müvafiq tibb müəssisəsinin rəsmi qeydi olduğu halda, müşayiətçinin də müvafiq sanatoriya-kurort müəssisəsinə göndərilməsi ilə bağlı nəqliyyat, yaşayış və qidalanma xərcləri həcmində.

2.2. Sığorta olunana birdəfəlik və ya aylıq sığorta ödənişinin verilməsi ilə yanaşı, təyin edilən əlavə sığorta ödənişi TSEK-in müvafiq qərarı ilə müəyyən olunmuş tarixdən və müddət ərzində verilir.

Joomla 1.5