Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2011 «Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə

«Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə

«Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 24 nömrəli qərarından irəli gələn vəzifələrin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları təsdiq edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                         Ə.Baxşıyev

 

10 fevral  2011-ci il

№  27

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2011-ci il 10

fevral tarixli 27 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 10.2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət    metroloji nəzarətinin şamil edildiyi sahələrdə istismar edilən ölçmə vasitələrinin dövlət reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2. Ölçmə vasitələrinin dövlət reyestri (bundan sonra - Reyestr) Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra -   Komitə) tərəfindən tipi təsdiq edilmiş ölçmə vasitələrinin      qeydiyyatı üçün nəzərdə tutulmuşdur və ölçmə vasitələrinin  sınaqları və tipinin təsdiqi üzrə aparılan işlərin nəticələri     haqqındakı rəsmi məlumat mənbəyidir.

1.3. Reyestr aşağıdakı məqsədlər üçün yaradılır;

- Naxçıvan Muxtar Respublikası ərazisində tətbiqinə icazə verilən ölçmə vasitələrinin təsdiq edilmiş tipinin dövlət uçotunun təmin edilməsi;

- dövlət orqanlarının, hüquqi şəxslərin və fərdi sahibkarların ölçmə vasitələrinin tipləri (modifikasiyaları, icraları) haqqında informasiya təminatı;

- mərkəzləşdirilmiş məlumat-axtarış verilənlər bazasının yaradılması.

1.4. Reyestrin aparılmasına ölçmə vasitələrinin tipinin   Reyestrə daxil edilməsi, Reyestrdən çıxarılması və Reyestrdə dəyişikliklərin edilməsi daxildir.

1.5. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

- ölçmə vasitəsinin adı və tipi, modifikasiyaları və icraları, təyinatı və tətbiq sahəsi, əsas texniki xarakteristikaları;

- ölçmə vasitəsinin qeydiyyat nömrəsi;

- beynəlxalq sazişlərə və dövlətlərarası standartlaşdırma qaydalarına uyğun olaraq, sınaqların nəticələrinin tanınması və tipin təsdiqi zamanı digər dövlətin ölçmə vasitələrinin dövlət reyestrindəki qeydiyyat nömrəsi;

- ölçmə vasitəsinin Reyestrə daxil edilmə tarixi;

- ölçmə vasitəsinin istehsalçısının adı və olduğu yer;

- ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında Sertifikatın qeydiyyat nömrəsi və qüvvədə olma müddəti;

- əsasında ölçmə vasitəsinin tipi hazırlanan normativ sənədin, yoxlama metodikasının adı və yoxlamalararası intervalın müddəti;

- ölçmə vasitəsinin tipinin Reyestrə daxil edilməsi və ya oradan çıxarılması, onun Reyestrdə qalma müddətinin  dəyişdirilməsi və Reyestr sənədində dəyişikliklər edilməsi haqqında Komitənin qəbul etdiyi qərarın nömrəsi və tarixi (ölçmə vasitələrinin dövlət reyestri kitabının forması əlavə olunur).

2. Ölçmə vasitələrinin tipinin Reyestrə

daxil edilməsinin əsasları

2.1. Ölçmə vasitələrinin tipi Komitənin qərarı ilə təsdiq edilir və Reyestrə daxil edilir.

Aşağıdakı hallardan biri ölçmə vasitələrinin tipinin təsdiq edilməsi və Reyestrə daxil edilməsi üçün əsas hesab edilir:

- ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə aparılan dövlət sınaqlarının müsbət nəticələri;

- beynəlxalq sazişlərə və dövlətlərarası standartlaşdırma qaydalarına uyğun olaraq, ölçmə vasitələrinin digər dövlətlərdə aparılmış dövlət sınaqlarının nəticələrinin tanınması və tipinin təsdiqi məqsədi ilə dövlət sınaqları materiallarının ekspertizası.

2.2. Ölçmə vasitələrinin tipinin Reyestrə daxil edilməsi Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında Sertifikatla təsdiq   edilir.

2.3. Dövlət qeydiyyatı Komitənin müvafıq struktur bölməsinə tipin təsdiqi barədə qərarın daxil olduğu gündən başlayaraq, 5 gün müddətində aparılır.

2.4. Ölçmə vasitələrinin tipi Reyestrə 5 (beş) il müddətinə daxil edilir.

Ölçmə vasitələrinin tipinin Reyestrdə qalma müddəti      Komitənin qərarına əsasən onların Reyestrə daxil edilməsi üçün müəyyən edilmiş qaydada uzadıla bilər.

2.5. Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında Sertifıkatın verilməsinə və tipin Reyestrə daxil edilməsinə görə  dövlət rüsumu «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

 

3. Reyestrdə dəyişikliklər

edilməsi qaydası

3.1. Reyestrdə dəyişikliklər edilməsi aşağıdakı məqsədlərlə həyata keçirilir:

- ölçmə vasitələrinin tipinin Reyestrdə qalma müddətinin uzadılması;

- ölçmə vasitələrini istehsal edən hüquqi şəxsın adının və olduğu yerin dəyişməsi;

- ölçmə vasitələrinin əsas xarakteristikalarının təyinatının və tətbiq sahəsinin dəqiqləşdirilməsi;

-ölçmə vasitələrinin yoxlamalararası intervalının artırılması (azaldılması).

3.2. Reyestrdə dəyişiklik edilməsi Komitənin qərarı əsasında həyata keçirilir.

4. Ölçmə vasitələrinin tipinin Reyestrdən

çıxarılması qaydası

4.1. Aşağıdakı hallarda ölçmə vasitələrinin tipi Reyestrdən çıxarılmalıdır:

- ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında Sertifıkatın qüvvədə olma müddəti qurtardıqda;

- ölçmə vasitələri onlara şamil edilən texniki normativ hüquqi aktların tələblərinə və onlar haqqında Reyestrə daxil edilmiş məlumatlara uyğun gəlmədikdə;

- 5 (beş) ildən artıq müddətdə seriyalı istehsal mənimsənilmədikdə.

4.2. Ölçmə vasitələrinin tipinin Reyestrdən çıxarılması Komitənin qərarı əsasında həyata keçirilir.

4.3. Tipi Reyestrdən çıxarılmış ölçmə vasitələrinin istehsalı, idxalı, satışı və istismarı qadağandır.

Tipi Reyestrdən çıxarılmış ölçmə vasitələrinin yalnız müqayisəli yoxlamadan və ya kalibrləmədən keçdikdən sonra istifadəsinə yol verilir.

4.4. Reyestrdən çıxarılmış ölçmə vasitələrinin tipinin qeydiyyat nömrəsi ölçmə vasitələrinin yeni təsdiq edilmiş tipinə verilmir.

5. Reyestrin məlumatları üzrə

informasiya xidməti

5.1 Ölçmə vasitələrinin Reyestri həm kağız, həm də elektron daşıyıcılarda aparılır.

5.2. Reyestrdə olan məlumatlar bazasında maraqlı hüquqi və fiziki şəxslərə, o cümlədən xarici ölkələrə elektron qeydiyyat jurnalı əsasında müəyyən edilmiş qaydada informasiya xidməti həyata keçirilir.

5.3. Reyestrin məlumatı Komitənin dövri nəşrlərində və xüsusi informasiya məcmuələrində (göstəricilərində, məlumat kitabçalarında, kataloqlarda) çap olunur və Komitənin saytında yerləşdirilir.

5.4. Komitənin müvafiq struktur bölməsi ölçmə vasitələri haqqında məlumatları hazırlayır və rübdə bir dəfədən az    olmayaraq, bu məlumatların mətbuatda dərc edilməsini təşkil edir.

5.5. Komitənin müvafıq struktur bölməsi Reyestrlə bağlı malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın Komitənin saytında yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir.

5.6. Komitənin müvafiq struktur bölməsi Reyestrdəki dəyişikliklər haqqında məlumatların bir aydan gec olmayaraq mətbuatda rəsmi dərc olunmasını təşkil edir.

5.7. Reyestrdən istifadə edən fiziki və hüquqi şəxslərin müraciətlərinə 5 (beş) gün müddətində baxılır.

6. Sənədlərin saxlanması qaydası

6.1. Ölçmə vasitələrinin tipinin Reyestrdən çıxarılması barədə sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin müəyyən  etdiyi müddət ərzində Reyestrin arxivində saxlanılmalıdır.

6.2. Reyestrin sənədlərinin saxlanması Komitə tərəfındən aparılan sənədlərin saxlanmasının müəyyən edilmiş şəraitinə riayət etməklə və informasiyaya girişin məhdudluğu tələblərini          təmin etməklə, arxivin ayrı­-ayrı anbarında həyata keçirilir.

 

«Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları»na əlavə

Ölçmə vasitələrinin dövlət reyestri kitabının forması

Sıra

№-si

Ölçmə vasitə­sinin adı və tipi, modifi-kasiya-ları

və icraları,

təyinatı və

tətbiq  sahəsi,

əsas texniki xarak-

teristi­kaları

Ölçmə

vasitə­-­­­ sinın qey-diyyat nömrəsi

Beynəl­xalq

Sazişlə­-rə və

dövlət­lərarası stan­dartlaş-dırma qayda-

­larına uyğun olaraq,

sınaq­-ların nəticə-

­lərinin tanın­-ması

və tipin təsdiqi zamanı

digər dövlətin ölçmə

vasitə­lərinin dövlət

reyes­trindəki

qeydiy­-yat nömrəsi

Ölçmə

vasitə­sinin

Reyes­-trə daxil

edilmə

tarixi

Ölçmə

vasitə­sinin

isteh­salçısı­nın adı və olduğu yer

Ölçmə

vasitə­lərinin tipinin təsdiq

edilmə-si haq­qın­da Sertifi-ka-

tın

qeydiy­yat nöm­rə­si və

qüvvə­də olma müddəti

Əsasın­da ölçmə vasitə-sinin

tipi

hazırla-nan

norma-tiv sənə­din,

yoxla-ma

metodi-kasının adı və

yoxla-malar-

arası interva-lın müddəti

Ölçmə vasitə­­­ -sinin tipinin Reyes-

­trə

daxil edilmə­-

­si və ya oradan çıxarıl-

ması, onun

Reyes­trdə

qalma müddə­tinin

dəyiş­dirilmə­­­­­-

­­­­­­si və

Reyes­tr sənə­­-dinə

dəyişik­liklər

edilmə­-

­si

haqqın­-da Komitə-nin

qəbul etdiyi qərarın nömrəsi və tarixi

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Joomla 1.5