Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2011 Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın forması və qüvvədə olma müddətinin müəyyən edilməsi barədə

Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın forması və qüvvədə olma müddətinin müəyyən edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında

sertifikatın forması və qüvvədə olma müddətinin

müəyyən edilməsi barədə

«Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında   sertifikatın forması və qüvvədə olma müddətinin müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 25 nömrəli qərarından irəli gələn vəzifələrin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın forması təsdiq edilsin (əlavə olunur).

2. Sertifikatın qüvvədə olma müddəti verildiyi tarixdən etibarən 5 il müəyyən edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                         Ə.Baxşıyev

10 fevral 2011-ci il

№  28

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2011-ci il 10

fevral tarixli 28 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma,

Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında

S E R T I F I K A T

SERTIFIKATIN NÖMRƏSI ______________

ETIBARLIDIR: «___»_______20_____ilədək

 

Bu Sertifikat təsdiq edir ki, sınaqların müsbət nəticələri əsasında

____________________________________________________

(istehsalçı)

____________________________________________________

(ölçmə vasitəsinin adı)

tipi təsdiq edilmiş, ölçmə vasitələrinin dövlət reyestrində _______ nömrə ilə qeydiyyata alınmış və Naxçıvan Muxtar      Respublikasında tətbiq edilməsinə icazə verilmişdir.

 

Sertifikat ___________________________ şamil edilir.

(____ ədəd partiyaya/tək nümunəyə)

 

Ölçmə vasitəsinin tipinin təsviri bu Sertifikatın əlavəsində göstərilmişdir.

 

 

Metrologiya şöbəsinin müdiri________  __________________

(imza)                     (soyadı, adı, atasının adı)

M.Y.                                                «____»_____________ 20____ il

Joomla 1.5