«2011-2013-cü illər üzrə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixracının stimullaşdırılmasına dair Tədbirlər Planı»nın təsdiq edilməsi barədə
Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2011 «2011-2013-cü illər üzrə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixracının stimullaşdırılmasına dair Tədbirlər Planı»nın təsdiq edilməsi barədə

«2011-2013-cü illər üzrə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixracının stimullaşdırılmasına dair Tədbirlər Planı»nın təsdiq edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«2011-2013-cü illər üzrə Naxçıvan Muxtar Respublikasında
istehsal olunan məhsulların ixracının stimullaşdırılmasına
dair Tədbirlər Planı»nın təsdiq edilməsi barədə

«Naxçıvan Muxtar Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında» Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Qərarının tətbiq edilməsi barədə» Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 28 dekabr tarixli Fərmanının 5-ci bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «2011-2013-cü illər üzrə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixracının stimullaşdırılmasına dair Tədbirlər Planı» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərarın 1-ci bəndi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan müddəaların müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi üçün aidiyyəti icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində zəruri tədbirlər həyata keçirsinlər.
3. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Naxçıvan Muxtar Respublikasının Iqtisadi Inkişaf Nazirliyinə həvalə edilsin.
4. Aidiyyəti dövlət orqanları Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə yarımillik və illik məlumatları hesabat dövrü başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının Iqtisadi Inkişaf Nazirliyinə təqdim etsinlər.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                    Ə.Baxşıyev


23 fevral  2011-ci il
№  36

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2011-ci il 23
fevral tarixli 36 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

2011-2013-cü illər üzrə Naxçıvan Muxtar Respublikasında istehsal olunan

məhsulların ixracının stimullaşdırılmasına dair

T Ə D B I R L Ə R P L A N I

Tədbirin adı

Icraçılar

Icra müddəti

(illər üzrə)

1. Ixrac mallarının istehsalının stimullaşdırılması

1.1

Ixracyönümlü müəssisələrdə müasir standartlara uyğun şəraitin yaradılması və istehsal prosesinin qabaqcıl texnologiyalar əsasında təşkili məqsədilə sahibkarlıq subyektlərinin dəstəklənməsi

Iqtisadi Inkişaf Nazirliyi,

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Mütəmadi

1.2

Ixrac məqsədli məhsulların müasir standartlar səviyyəsində qablaşdırılmasının təmin edilməsi, keyfiyyət və rəqabət qabiliyyətinin artırılması üzrə layihələrin maliyyələşdirilməsinə dair təkliflərin hazırlanması

Iqtisadi Inkisaf Nazirliyi, Maliyyə Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası Idarəsi

2011

1.3

Məhsul və xidmətlərin ixracının sığortalanması mexanizminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması

Maliyyə Nazirliyi,

Iqtisadi Inkişaf Nazirliyi

2011

1.4

Muxtar respublikadan ixrac olunan xammal və yarımfabrikatların hazır məhsul istehsalınadək çatdırılmasının stimullaşdırılması

Iqtisadi Inkişaf Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi

Mütəmadi

2. Ixracın infrastruktur təminatının yaxşılaşdırılması

2.1.

Sənaye zonalarının (sənaye klasterlərinin) və azad zonaların (sərhədyanı ticarət zonaları  və s.) yaradılması

üzrə tədbirlərin həyata keçirilməsi

Iqtisadi Inkişaf Nazirliyi,

Dövlət Gömrük Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,

yerli icra hakimiyyəti orqanları

2011-2013

2.2

Ixrac olunan malların saxlanması, daşınması, yüklənməsi və boşaldılması xidmətlərinin rəqabət qabiliyyətinin yüksəldilməsinin dəstəklənməsi

Iqtisadi Inkişaf Nazirliyi

Mütəmadi

2.3

Potensial ixrac bazarı ölkələrində Naxçıvan ticarət evlərinin yaradılması üzrə tədbirlərin həyata keçiriIməsi

Iqtisadi Inkişaf Nazirliyi,

2011-2013

3. Keyfiyyətə nəzarət sisteminin təkmilləsdirilməsi

3.1.

Muxtar respublika iqtisadiyyatının prioritet sahələri üzrə regional standartların tətbiqi məqsədilə müvafiq tədbirlərin görülməsi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,

Iqtisadi Inkişaf Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi

2011-2013

3.2.

Əsas ixrac mallarının texniki və təhlükəsizlik normalarına uyğunluğunun yoxlanılması üçün mövcud laboratoriyaların təkmilləşdirilməsi və akkreditasiyadan keçirilməsi

Iqtisadi lnkişaf Nazirliyi, Standartlaşdırma,

Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2011-2012

3.3.

Sınaq və kalibrləmə laboratoriyalarının və sertifikatlaşdırma orqanlarının akkreditasiyası sisteminin potensialının artırılması

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,

Iqtisadi Inkişaf Nazirliyi

2011-2012

3.4.

Keyfiyyətin idarə olunması üzrə özəl şirkətlərin yaradılmasının və onların beynəlxalq akkreditasiyadan keçirilməsinin dəstəklənməsi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,

Iqtisadi Inkişaf Nazirliyi

2011-2012

4. Ixracın təşviqi və maarifndirmə

4.1

Ixracyönümlü məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədilə müvafiq beynəlxalq tədbirlərdə muxtar respublika ixracatçılarının iştirakının təmin edilməsi, ixrac üçün potensial və perspektiv sayılan ölkələrdə keçirilən sərgilərdə muxtar respublikada istehsal olunan məhsulların nümayişi və təşviqat tədbirlərinin həyata keçirilməsi

Iqtisadi Inkişaf Nazirliyi, Azərbaycan Respublikası

Xarici Işlər Nazirliyinin Naxçıvan Muxtar

Respublikasındakı Idarəsi

Mütəmadi

 

4.2

Ixracatçı sahibkarlıq subyektləri və onların istehsal etdiyi

məhsullar, mövcud və potensial xarici bazarlardakı vəziyyət, eləcə də həmin bazarlara giriş üçün müəyyən edilmiş tələblər (müvafiq ölkələr üzrə əmtəə və xidmətlər bazarının konyukturu, ticarət qanunvericiliyi, gömrük sistemi, mövcud idxal-ixrac güzəştləri, qadağaları və digər zəruri məlumatlar) barədə məlumatlandırma sisteminin yaradılması

Iqtisadi Inkişaf Nazirliyi,

Dövlət Gömrük Komitəsi

2011-2012

4.3

 

Əsas ixrac məhsulları və ixracyönümlü müəssisələr barədə məlumatların kataloqunun yaradılması, kütləvi informasiya vasitələrində və internetdə yayılması

Iqtisadi Inkişaf Nazirliyi

Mütəmadi

4.4

Ixrac fəaliyyətinin genişləndirilməsi və müəssisələrdə keyfiyyətin idarə olunması sahələri üzrə sahibkarların maarifləndirilməsi, həmçinin ixracyönümlü müəssisələrin kadr potensialının yüksəldilməsi məqsədilə təhsil-treninq proqramlarının təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsi

Iqtisadi Inkişaf Nazirliyi

Mütəmadi

Joomla 1.5