Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2011 Naxçıvan Muxtar Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında

Naxçıvan Muxtar Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Naxçıvan Muxtar Respublikasının yanacaqdoldurma
məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi
haqqında

«Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 iyul tarixli 111 nömrəli qərarından irəli gələn vəzifələrin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Naxçıvan Muxtar Respublikası ərazisindəki yanacaqdoldurma məntəqələrində xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilən, nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası tərəfindən Dövlət reyestrinə daxil edilən, o cümlədən çek vermədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən nəzarət-kassa aparatlarının quraşdırılması təmin edilsin.
2. Müəyyən edilsin ki, bu qərar qüvvəyə minənədək yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatları 2012-ci il yanvarın 1-dək onların istehlakçıları tərəfindən Dövlət reyestrinə daxil edilmiş yeni nəzarət-kassa aparatları ilə əvəz olunmalıdır.
3. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi bu qərarın 1-ci bəndinin tələblərini nəzərə alaraq muxtar respublika ərazisindəki yanacaqdoldurma məntəqələrində Dövlət reyestrinə daxil edilmiş nəzarət-kassa aparatlarının tətbiqini və qərardan irəli gələn digər məsələləri həll etsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                    Ə.Baxşıyev


15  iyul  2011-ci il
№ 70

Joomla 1.5