Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2011 Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında

Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda

nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarının 9-cu bəndinin icrası ilə əlaqədar olaraq muxtar respublikada dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyət vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin normaları» təsdiq edilsin (1 nömrəli əlavə).
2. «Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)» təsdiq edilsin (2 nömrəli əlavə).

3. Rayon (şəhər) icra hakimiyyəti başçısı, onun müavinləri, şəhər üzrə nümayəndəsi, qəsəbə və kənd nümayəndəlikləri (əhalinin sayı 10 min nəfərdən artıq olan), rayon (şəhər) məhkəmələrinin hər biri üçün xidməti minik avtomobillərinin say həddi (limit) bir ədəd müəyyən edilsin.
4. Müəyyən edilsin ki:
4.1. dövlət orqanlarında xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin icarəyə götürülməsinə (beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin həyata keçirilməsi vaxtı istisna olmaqla) yol verilmir;
4.2. Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi rayonlarında rayon icra hakimiyyəti başçısına təhkim olunmuş xidməti minik avtomobili bu qərarın 4-cü bəndinin tələbləri gözlənilməklə, yüksəkkeçidli avtomobil kateqoriyasından ola bilər.
5. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, rayon (şəhər) icra hakimiyyətlərinin başçılarına və məhkəmə hakimiyyəti orqanlarının rəhbərlərinə (bu bəndin 5.3-cü və 5.4-cü yarımbəndlərinə münasibətdə) tövsiyyə edilsin ki:
5.1. rəhbərlik etdikləri orqanların strukturuna daxil olmayan, tabeliyində olan dövlət büdcəsindən maliyyələşən qurumlarda (idarə, müəssisə və təşkilatlarda) xidməti minik avtomobillərinin say həddinin (limitinin) müəyyən edilməsi barədə təkliflərini Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, 2 ay müddətində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;
5.2. rəhbərlik etdikləri dövlət orqanlarında və onların yerli bölmələrində, dövlət orqanlarının strukturuna daxil olmayan, tabeliyində olan dövlət büdcəsindən maliyyələşən qurumlarda (idarə, müəssisə və təşkilatlarda) bu qərarla müəyyən edilmiş normalara ciddi riayət olunması üzərində nəzarəti təmin etsinlər;
5.3. xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılması sahəsində nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar;
5.4. 2 ay müddətində bu qərarın 2-ci və 3-cü bəndlərinin tətbiq edilməsi ilə əlaqədar müəyyən olunmuş say həddindən (limitdən) artıq olan xidməti minik avtomobillərinin mövcud qanunvericiliyə uyğun olaraq satılması üçün zəruri olan sənədləri Naxçıvan Muxtar Respublikasının Iqtisadi Inkişaf Nazirliyinə təqdim etsinlər.
6. «Ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının ştat və xidməti minik avtomobillərinin sayının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 14 yanvar tarixli 12 nömrəli qərarı barədə» Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1994-cü il 24 fevral tarixli 43 nömrəli qərarı» qüvvədən düşmüş hesab edilsin.
7. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                    Ə.Baxşıyev


25  avqust  2011-ci il
№  82

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2011-ci il 25

avqust tarixli 82 nömrəli qərarı ilə

təsdiq edilmişdir

1 nömrəli əlavə

 

Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi

qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin

NORMALARI

1. Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi aşağıdakı kimi müəyyən edilir:

Sıra

№-si

Avtomobilin növü

Aylıq yürüş

həddi (km)

1

Xidməti minik avtomobilləri

2000

2

Yük avtomobilləri

1500

3

Avtobuslar

1500

4

Xüsusi təyinatlı avtonəqliyyat vasitələri (təcili tibbi yardım və yanğınsöndürən avtomobillərindən başqa)

1500

5

Motosiklet və motorollerlər

500

6

Qonaqlara xidmət edən minik avtomobilləri

1000

2. Bu Normalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı üçün nəzərdə tutulur.

3. Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatların (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin sayı mövcud sürücü ştatlarının sayından çox olduqda, avtonəqliyyat vasitələri onun təhkim olunduğu vəzifəli şəxs tərəfindən müvafiq qaydada idarə oluna bilər. Bu zaman həmin avtonəqliyyat vasitəsinə yanacaq xərci ayrılmış vəsaitlər dairəsində bu normalara uyğun olaraq ödənilir.

4. İşin xüsusiyyətləri nəzərə alınmaqla, yürüşün aylıq norması Naxçıvan Muxtar Respublikasının I-VI kateqoriyalı dövlət orqanlarının rəhbərlərinə və rayon (şəhər) icra hakimiyyəti başçılarına xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılır.

Fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən edilir.

5. Avtomobillərin bir ədədi üçün 100 km yürüşə görə yanacaq sərfi norması həmin avtomobillərin texniki göstəricilərinə əsasən hər 100 km məsafəyə görə istifadə olunan yanacağın miqdarına uyğun olaraq müəyyən edilir.

6. Yanacaq sərfinin xətt normaları (hər 100 km yürüşə görə yanacaq sərfi) aşağıdakı hallarda

6.1. artırılır:

a) qış vaxtında işlədiyi vaxt:                            - 5 faizə qədər

b) kondisioner istifadə olunduğu hallarda yanacaq sərfi nəqliyyat vasitəsinin texniki göstəricilərinə əsasən müəyyən edilir;

c) dəniz səviyyəsinə görə yüksəklikdə işlədiyi vaxt:

1000-dən 1500 metrə qədər                            - 5 faiz

1501-dən 2000 metrə qədər                            - 10 faiz

2001-dən yuxarı                                               - 15 faiz

ç) yüklərin daşınması üçün avtomobilin aşağı sürətlə hərəkəti tələb olunduğu şəraitdə - 10 faizə qədər

d) əsaslı təmirdən çıxmış və təzə avtomobillərin istismarı zamanı birinci 1000 km yürüşə görə - 5 faizə qədər

e) meşə materiallarının daşınması üçün meşə sahələrindən əsas magistrala qədər hərəkət zamanı - 20 faizə qədər

ə) tez-tez dayanmaq tələb olunan şəhər ərazisində işlədiyi   şəraitdə (ümumi gediş üzrə orta hesabla 1 km yola 1 dayanacaqdan artıq olduqda) - 10 faizə qədər.

6.2. azaldılır:

şəhərdənkənar təkmilləşdirilmiş örtüklü yollarda işləyən zaman - 15 faizə qədər.

7. Xüsusi təyinatlı avtomobillərin işlədiyi vaxt yanacaq sərfinin xətt norması nəzərdə tutulmuş hər ton çəkinin artması müqabilində aşağıdakı miqdarda artırılır:

benzin - 2,0 litr

sıxılmış qaz - 2,5 litr

dizel yanacağı - 1,3 litr.

8. Yerinə yetirdiyi işləri ton/km-lə hesablanan avtomobillər və avtoqatarlar üçün hər 100 km-ə əlavə yanacaq aşağıdakı miqdarda artırılır:

benzin - 2,0 litr

sıxılmış qaz - 2,5 litr

dizel yanacağı - 1,3 litr.

Avtomobillərin qoşqularla işlədiyi vaxt yanacaq sərfinin xətt norması qoşquların xüsusi çəkisinin hər 1 tonuna görə aşağıdakı miqdarda artırılır:

benzin  - 2,0 litr

sıxılmış qaz  - 2,5 litr

dizel yanacağı - 1,3 litr.

9. Yükünü özüboşaldan avtomobillər və özüboşaldan, gövdəsi olan avtokarlar üçün əlavə yanacaq sərfi hər bir yüklü gedişə görə 0,25 litr miqdarında müəyyən edilir.

Avtomobil özüboşaldıcı qoşqularla işlədiyi vaxt yanacaq sərfinin xətt norması qoşqu-hərəkət heyətinin ümumi çəkisinin hər tonuna görə aşağıdakı kimi artırılır (onun 50 faiz sərfəli           yüklənməsinə):

benzin  - 2,0 litr

sıxılmış qaz - 2,5 litr

dizel yanacağı  - 1,3 litr.

10. Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə təşkilatların balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər biri üçün hər il dövlət büdcəsində vəsaitlər aşağıdakı qaydada nəzərdə tutulur:

10.1. avtonəqliyyat vasitələrinə yanacaq xərcləri - hər bir avtonəqliyyat vasitəsinə bu Normaların tələblərinə uyğun olaraq hesablanmış yanacaq tələbatının dəyəri həcmində;

10.2. sürtgü materiallarının (mühərrik yağı, əyləc mayesi, soyuducu və digər mayelər) alınması xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən nəzərdə tutulmuş yanacaq xərcinin 10 faizi məbləğində;

10.3. avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində.

11. Nəqliyyat vasitələrinin əsaslı təmiri təqdim olunan sənədlər əsasında (əsaslı təmirə dayanmanın səbəbləri haqqında arayış, nöqsan aktı, təmir işlərini aparmalı olan təmir müəssisəsindən müvafiq sənəd və s.) dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2011-ci il 25

avqust tarixli 82 nömrəli qərarı ilə

təsdiq edilmişdir

2 nömrəli əlavə

 

Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları,

rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli  bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti

orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün

xidməti minik avtomobillərinin say həddi (limiti)

(ədədlə)

 

 

Orqanın adı

 

 

Avtomobillərin say həddi (limiti)

cəmi

o cümlədən

aparat üzrə

yanın-da olan orqan-lar üzrə

ərazi və yerli bölmələr üzrə

1

2

3

4

5

6

Azərbaycan Respublikası Xarici Işlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı Idarəsi

2

2

 

 

Naxçıvan Muxtar Respublikasının Iqtisadi Inkişaf Nazirliyi

4

4

 

 

Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzi

1

1

 

 

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi

10

2

 

8

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi

11

3

 

8

1

2

3

4

5

6

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi

2

2

 

 

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2

2

 

 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti

2

2

 

 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti

1

1

 

 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti

7

1

 

6

Naxçıvan Muxtar Respublikasının Gənclər və Idman  Nazirliyi

2

2

 

 

Naxçıvan Muxtar Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyi

3

3

 

 

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi

9

2

 

7

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

 

4

2

 

2

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

3

3

 

 

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2

2

 

 

Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi

5

5

 

 

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə Idarəsi

1

1

 

 

1

2

3

4

5

6

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi

2

2

 

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

 

4

4

 

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

10

3

 

7

Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla Iş üzrə Idarəsi

1

1

 

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2

2

 

 

Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi

 

1

1

 

 

Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

3

3

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

1

1

 

 

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

1

1

 

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti

 

2

2

 

 

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi

 

2

2

 

 

Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası

2

2

 

 

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası

1

1

 

 

1

2

3

4

5

6

Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı  Komitəsi

3

3

 

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsi

7

7

 

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv Idarəsi

1

1

 

 

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

2

2

 

 

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi

1

1

 

 

Naxçıvan Muxtar Respublikasının Inzibati-Iqtisadi Məhkəməsi

1

1

 

 

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi

1

1

 

 

CƏMI

119

81

38

Joomla 1.5