Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2011 Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin 2012-ci il üçün əmək miqrasiyası kvotasının təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin 2012-ci il üçün əmək miqrasiyası kvotasının təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası ərazisində  haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin 2012-ci il üçün əmək miqrasiyası kvotasının təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 avqust tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş «Naxçıvan Muxtar Respublikası ərazisində əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası»nın 1.2-ci bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 2011-ci il 12 avqust tarixli 1/298 nömrəli və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci il 22 avqust tarixli 04/490 nömrəli məktubları nəzərə alınsın.

2. Naxçıvan Muxtar Respublikası ərazisində iqtisadi fəaliyyət sahələri üzrə 2012-ci il üçün müəyyən edilmiş əmək miqrasiyası kvotası təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar 01 yanvar 2012-ci ildən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                         Ə.Baxşıyev

02  sentyabr 2011-ci il

№  84

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2011-ci il 02

sentyabr tarixli 84 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikası ərazisində iqtisadi fəaliyyət sahələri üzrə 2012-ci il üçün müəyyən edilmiş əmək miqrasiyası kvotası

Iqtisadi fəaliyyət sahələri

Işçilərin sayı (nəfər)

1

Mədənçıxarma sənayesi

50

2

Tikinti sektoru

500

3

Emal sənayesi

200

4

Elektrik enerjisi, qaz və suyun istehsalı

35

5

Topdan və pərakəndə satış, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri

40

6

Nəqliyyat, anbar təsərrüfatı və rabitə

20

7

Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı

10

8

Maliyyə və sığorta

15

9

Mehmanxana və restoran xidməti

30

10

Təhsil

40

11

Səhiyyə və sosial xidmət

20

12

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi

10

13

Digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi

25

14

Balıqçılıq və balıqyetişdirmə

5

 

Cəmi

1000

Joomla 1.5