Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında

Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında ictimai əsaslarla Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2012-ci il 05 yanvar tarixli 1/01 nömrəli məktubunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında ictimai əsaslarla Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın yeni tərkibi təsdiq edilsin (əlavə olunur).

2. “Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında ictimai əsaslarla Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 06 iyul tarixli 44 nömrəli qərarının 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri: Ə.Baxşıyev

 

«10» yanvar 2012-ci il

№ 02

 

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il «10» yanvar tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında ictimai əsaslarla Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə

Komissiyanın tərkibi

Komissiyanın sədri

Seyidova Ramilə Mirabbas qızı     –     Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

 

Komissiyanın üzvləri

Əliyev Yulət Yavər oğlu             –         Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru

 

Məhərrəmov Ayaz Bulud oğlu    –         Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qanunvericilik şöbəsinin rəisi

 

Canməmmədov Canməmməd

Ramiz oğlu                            –         Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri

 

Babayeva Gülbuta Fərəməz qızı –          Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri

 

Əliyeva Kəmalə Nəriman qızı      –        Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ictimai verilişlər redaksiyasının redaktoru

 

Xudiyev Rəşad Xəlil oğlu            –       Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri

 

Ağayev İbrahim Bəhram oğlu      –       Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi, pediatr

 

Baxşıyev Əfqan Qəzənfər oğlu    –       Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməyin mühafizəsi və əmək münasibətləri

sektorunun müdiri

Joomla 1.5