Avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması haqqında

Avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikasının ərazisində istifadəyə buraxılan (yalnız  idxal  və Azərbaycan  Respublikasında  istehsal  edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə

dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması haqqında

 

Naxçıvan Muxtar Respublikasının ərazisində istifadəyə buraxılan  avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avro-2 standartlarına uyğunlaşdırılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikasının ərazisində istifadəyə buraxılan (yalnız idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin bu məqsəd üçün müəyyən edilmiş standartın tələblərinə uyğunluğunu təmin etmək məqsədilə buraxılış ilindən asılı olaraq  avtonəqliyyat vasitələrinin muxtar respublikaya idxalına aşağıdakı qaydada  məhdudiyyətlər tətbiq edilsin:

 

xarici ölkələrdən (markasından asılı olmayan)

idxal olunan  avtonəqliyyatlar üçün     -        buraxılış ili 5 ildən yuxarı;

 

MDB ölkələrindən idxal

olunan avtonəqliyyatlar üçün                -        buraxılış ili 2 ildən yuxarı.

 

2.  Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu qərarın 1-ci bəndi ilə təsdiq edilmiş məhdudiyyətləri həyata keçirsinlər.

3. Bu qərar 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri: Ə.Baxşıyev

 

«13» yanvar 2012-ci il

№ 07

Joomla 1.5