Mülki məsuliyyətinin icbari sığortası” və “Sərnişinlərin icbari fərdi qəza sığortası”nın aparılması haqqında

Mülki məsuliyyətinin icbari sığortası” və “Sərnişinlərin icbari fərdi qəza sığortası”nın aparılması haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin

icbari sığortası” və “Sərnişinlərin icbari fərdi qəza

sığortası”nın aparılması haqqında

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2011-ci il 30 noyabr tarixdə keçirilmiş müşavirənin 7 nömrəli Protokolu ilə təsdiq edilmiş “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə verilmiş Tapşırıqlar”ın 18-ci bəndinin icrasını təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikası ərazisində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”nın və “Sərnişinlərin icbari fərdi qəza sığortası”nın həyata keçirilməsi səlahiyyətləri Naxçıvan Muxtar Respublikasının Dövlət Baş Sığorta Agentliyinə həvalə edilsin.

2. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Dövlət Baş Sığorta Agentliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:  Ə.Baxşıyev

«02» fevral 2012-ci il

№ 14

Joomla 1.5