Cəlil Məmmədquluzadənin Cəlilkənd kəndində Xatirə Muzeyinin yaradılması haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Cəlil Məmmədquluzadənin Cəlilkənd kəndində

Xatirə Muzeyinin yaradılması haqqında


Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin   2013-cü il 10 yanvar tarixli 1/01 nömrəli və Maliyyə Nazirliyinin 2013-cü il  13 fevral tarixli 02-36/06 nömrəli məktublarını nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti  qərara alır:

1. Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin Cəlilkənd filialının bazasında Cəlil Məmmədquluzadənin Cəlilkənd kəndində Xatirə Muzeyi yaradılsın.

2.   Xatirə Muzeyinin ştat strukturu təsdiq edilsin (əlavə olunur).

3.   Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

4.    Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri: Ə.Baxşıyev

 

«15» fevral 2013-cü il

 

№ 26

Joomla 1.5