Nəzarətli göndəriş metodundan istifadə etməklə muxtar respublikanın gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü hallar və bunun QAYDASI

Nəzarətli göndəriş metodundan istifadə etməklə muxtar respublikanın gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü hallar və bunun QAYDASI

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il «12» sentyabr tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmişdir

Nəzarətli göndəriş metodundan istifadə etməklə muxtar respublikanın gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü hallar və bunun

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 217-ci maddəsinə əsasən hazırlanmışdır və nəzarətli göndəriş metodundan istifadə etməklə muxtar respublikanın gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü halları və götürülmə qaydasını müəyyən edir.

1.2. Nəzarətli göndəriş qanunsuz dövriyyəyə daxil edilmiş ayrı-ayrı malların xarici dövlətlərin gömrük və digər səlahiyyətli orqanları ilə razılaşmalara və ya beynəlxalq müqavilələrə uyğun olaraq, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin nəzarəti altında gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və ya tranzitlə keçirilməsi üzrə əməliyyat-axtarış tədbiridir.

1.3. Nəzarətli göndəriş metodundan istifadə etməklə muxtar respublikanın gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış mallar (bundan sonra - mallar) barədə Naxçıvan Sərhəd Diviziyası əvvəlcədən məlumatlandırılır.

2. Nəzarətli göndərişin məqsədləri

2.1. Gömrük sərhədindən keçirilən malların qanunsuz beynəlxalq dövriyyəsi ilə bağlı törədilən və ya hazırlanan cinayətlərin qarşısının alınması, açılması və dövriyyədə iştirak edən şəxslərin aşkar edilməsi nəzarətli göndərişin həyata keçirilməsinin məqsədləridir.

3. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən malların götürülməsi halları

3.1. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mallar aşağıdakı hallarda götürülür:

3.1.1. malların nəzarət altında təyinat yerinə çatdırılması üçün kifayət qədər qüvvə, vəsait və təminat olmadıqda;

3.1.2. nəzarətli göndəriş metodundan istifadə edilməsinə zərurət aradan qalxdıqda;

3.1.3. nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mallar insanların həyat və sağlamlığına, habelə ətraf mühitə təhlükə yaratdıqda.

4. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən malların götürülməsi qaydası

4.1. Gömrük sərhədindən keçirilən malların götürülməsi (tam və ya qismən götürülməsi və ya əvəz edilməsi) hər bir halda nəzarətli göndərişin həyata keçirilməsində iştirak edən xarici ölkələrin gömrük və ya digər səlahiyyətli orqanları ilə razılaşma əsasında həyata keçirilir.

4.2. Gömrük sərhədindən keçirilən malların götürülməsini Naxçıvan  Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarının və əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin nümayəndələrindən ibarət yaradılan komissiya həyata keçirir. Malların götürülməsi komissiyanın bu Qaydanın əlavəsində göstərilən aktı ilə rəsmiləşdirilir.

4.3. Gömrük sərhədindən keçirilən malların götürülməsi gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirildiyi zaman komissiyanın tərkibinə müvafiq sərhəd nəzarət‑buraxılış məntəqəsinin əməkdaşları da daxil edilirlər.

4.4. Komissiyanın aktında aşağıdakılar göstərilir:

4.4.1. aktın tərtib edilmə tarixi və yeri;

4.4.2. malların götürülməsində iştirak etmiş şəxslərin soyadları, adları, atalarının adı, iş yerləri, vəzifələri, imzaları;

4.4.3. malların götürülməsi üçün əsas;

4.4.4. keçirilmə üsulu, saxlandığı tara, qablaşdırılma üsulu və digər zəruri məlumatlar göstərilməklə, götürülən malların adı və miqdarı;

4.4.5. malların götürülməsi üsulu (tam və ya qismən götürülməsi və ya əvəz edilməsi);

4.4.6. götürülmüş mallar barədə qəbul edilmiş qərar.

4.5. Malların götürülməsi zamanı foto və video çəkilişlərdən, yaxud digər texniki vasitələrdən istifadə edildikdə, həmin məlumat daşıyıcıları akta əlavə edilir.

4.6. Aktın surəti komissiyanın işində iştirak etmiş orqanların nümayəndələrinə verilir.

4.7. Gömrük sərhədindən keçirilən malların götürülməsi ilə müşayiət edilən nəzarətli göndərişin həyata keçirilməsinin ekspert-kriminalistik və operativ-texniki təminatı Naxçıvan  Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ilə əməliyyat‑axtarış fəaliyyətinin digər subyektləri arasındakı razılaşmalar əsasında həyata keçirilir.

4.8. Götürülən mallar barədə qərar qəbul edilənədək, onlar gömrük orqanlarında saxlanılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Nəzarətli göndəriş metodundan istifadə etməklə muxtar respublikanın gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü hallar və bunun Qaydası”na

əlavə

 

Malların götürülməsi haqqında

AKT

 

Tarix “___”__________20____il                             Yer ________________

 

İştirak etmiş şəxslər:

 

Sıra №-si

Soyadı, adı, atasının adı

İş yeri və vəzifəsi

İmza

 

 

 

 

 

 

 

 

 

 

 

Malların götürülməsi üçün əsas ____________________________________

______________________________________________________________________________________________________________________________

 

Götürülən malların adı və miqdarı (keçirilmə üsulu, saxlandığı tara və ya qablaşdırılma üsulu, digər zəruri məlumatlar göstərilməklə) ______________

_____________________________________________________________________________________________________________________________

 

Malların götürülməsi üsulu (tam və ya qismən götürülməsi və ya əvəz edilməsi, qısa təsviri)_____________________________________________________

______________________________________________________________________________________________________________________________

Mallar barədə qəbul edilmiş qərar (rekvizitləri, qısa məzmunu) ___________

_______________________________________________________________

_______________________________________________________________

Gömrük sərhədindən keçirilən malların götürülməsi zamanı foto və video çəkilişdən, yaxud digər texniki vasitələrdən istifadə haqqında qeyd_________

_______________________________________________________________

_______________________________________________________________

Qeyd________________________________________________________

_____________________________________________________________

 

 

M.Y.

 

 

Joomla 1.5