“Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

 

Q Ə R A R I

 

 

Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli qərarından irəli gələn vəzifələri təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”  təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasında müvəqqəti idxal (ixrac) edilən malların gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə və ya qismən azad edilməsi Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 1998-ci il tarixli 160 saylı qərarı barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 dekabr tarixli 250 nömrəli qərarı ləğv edilsin.

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri: Ə.Baxşıyev

 

«17» sentyabr 2013-cü il

 

№ 97

Joomla 1.5