“Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilməsi barədə

“Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

 

Q Ə R A R I

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 08 dekabr tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2011-ci il 24 noyabr  tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 noyabr tarixli 332 nömrəli qərarından irəli gələn vəzifələrin təmin edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 08 dekabr tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişiklik edilsin:

1.  13.4-cü bənddən “üçün müraciətin və sənədlərin qəbulu” sözləri çıxarılsın.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri: Ə.Baxşıyev

 

«17» dekabr 2013-cü il

 

№ 127

Joomla 1.5