"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 08 dek

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 08 dek

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

 

Q Ə R A R I

 

 

 

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 08 dekabr tarixli              103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 iyul tarixli 266 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il            08 dekabr tarixli 103 nömrəli qərarı (Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 20 dekabr tarixli 108 nömrəli və 2013-cü il 04 iyul tarixli 68 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"na aşağıdakı məzmunda 27.19-cu və 34.4-34.6-cı  bəndlər əlavə edilsin:

 

27.19.

Mülkiyyətçinin arzusu ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaka dair texniki sənədlərin (pasportun və plan ölçüsünün) tərtib edilməsi üçün müraciətin və sənədlərin qəbulu

34.3.

Başa çatdırılmamış tikililər kimi özəlləşdirilən obyektlərin hərracda  satışına dair sifarişlərin qəbulu

34.4.

Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş istifadədə olmayan  qeyri-yaşayış sahələrinin hərracda satışına dair sifarişlərin qəbulu

34.5.

Kiçik müəssisələrin (obyektlərin) hərracda satışına dair  sifarişlərin qəbulu

34.6.

Orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan   səhmdar cəmiyyətlərinin səhmlərinin pul hərraclarında satışına dair sifarişlərin qəbulu



 

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                            Ə.Baxşıyev

 

«03» sentyabr 2014-cü il

 

№ 79

Joomla 1.5