"Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında

"Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

 

Q Ə R A R I

 

"Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və

onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında

 

"Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 304 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları" təsdiq edilsin (əlavə olunur).

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                            Ə.Baxşıyev

 

«16» oktyabr 2014-cü il

 

№ 97

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il “16” oktyabr     tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları

1. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda - həmin tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.

2. Tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhatə dairəsində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin onların dayanıqlılığı və möhkəmliyi, fiziki-mexaniki və fiziki-kimyəvi baxımdan həmin tikinti işlərinin mənfi təsiri müəyyən edildiyi hallarda - abidələrin qorunması üçün  əsaslandırılmış əlavə tədbirlərin həyata keçirilməsi.

Joomla 1.5