"Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə lisenziya verən icra hakimiyyəti оrqanlarının siyahısı"nın təsdiq edilməsi haqqında

"Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə lisenziya verən icra hakimiyyəti оrqanlarının siyahısı"nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I

"Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə

lisenziya verən icra hakimiyyəti оrqanlarının

siyahısı"nın təsdiq edilməsi haqqında

"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə lisenziya verən icra hakimiyyəti оrqanlarının siyahısı" təsdiq edilsin (əlavə оlunur).

2. "Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verən icra hakimiyyəti оrqanlarının siyahısının təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 oktyabr tarixli 90 nömrəli qərarı ləğv edilsin.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev


«11» yanvar 2016-cı il

№ 1

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2016-cı il "11"

yanvar tarixli 1 nömrəli qərarı ilə

təsdiq edilmişdir


Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə

lisenziya verən icra hakimiyyəti orqanlarının

S İ Y A H I S I

S/№

Fəaliyyət növünün adı

Lisenziya verən icra hakimiyyəti оrqanı

1

2

3

1.

Özəl tibb fəaliyyəti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi

2.

Əczaçılıq fəaliyyəti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi

3.

Rabitə xidmətləri:

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi

3.1.

telefon (məftilli)

3.2.

sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)

3.3.

radiotrank və simsiz telefon

3.4.

İP-telefoniya (internet telefoniya)

3.5.

məlumatların ötürülməsi (data)

3.6.

sürətli poçt xidməti

4.

Təhsil fəaliyyəti:

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi

4.1.

məktəbəqədər təhsil müəssisələri

4.2.

ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla)

4.3.

ilk peşə - ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri)

4.4.

orta ixtisas təhsili müəssisələri

4.5.

ali təhsil müəssisələri

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti

4.6.

əlavə təhsil müəssisələri

4.7.

dini orta ixtisas təhsil müəssisələri

Naxçıvan Muxtar Respublikası  Dini Qurumlarla İş üzrə İdarəsi

4.8.

ali dini təhsil müəssisələri

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti

5.

Müxtəlif növ möhürlərin və ştampların hazırlanması

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi

1

2

3

6.

Teleradio yayımı (televiziya və radio yayımı, əlavə informasiya yayımı, kabel şəbəkəsi yayımı, peyk vasitəsilə yayım, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğu-larla həyata keçirilməsini təmin edən fəaliyyət)

Naxçıvan Muxtar Respublikası  Televiziya və Radio Şurası

7.

Yabanı dərman bitkiləri xammalının yığılması

Naxçıvan Muxtar Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyi

8.

Prekursorların istehsalı, idxalı, ixracı və tranzit nəql edilməsi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi

9.

Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi

10.

Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi

11.

Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi

12.

Liftlərin quraşdırılması və təmiri fəaliyyəti

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi

13.

Attraksionların istismarı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi

14.

Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi

15.

Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi

16.

Yanğından mühafizə fəaliyyəti:

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi

16.1.

yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi

16.2.

yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri

16.3.

yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası

17.

Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi

1

2

3

18.

Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi

Naxçıvan Muxtar Respublikası  Dövlət Şəhərsalma və Arxitektura Kоmitəsi

19.

Tikintisinə  icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi

20.

Özəl baytarlıq təbabəti fəaliyyəti

Naxçıvan Muxtar Respublikası  Dövlət Baytarlıq Xidməti

21.

Baytarlıq preparatlarının:

Naxçıvan Muxtar Respublikası  Dövlət Baytarlıq Xidməti

21.1.

istehsalı

21.2.

satışı

22.

Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi

Joomla 1.5