"Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il

2 sentyabr tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "Naxçıvan

Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan,

lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma

sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq

edilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 dekabr tarixli 410 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 sentyabr tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları"nın 2.10-cu bəndində "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində" sözləri "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında" sözləri ilə əvəz edilsin.


Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

«18» yanvar 2016-cı il

№ 5

Joomla 1.5