"Naxçıvan Muxtar Respublikasında süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

"Naxçıvan Muxtar Respublikasında süni mayalanma

yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi

Qaydası"nın təsdiq edilməsi haqqında

"Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Naxçıvan Muxtar Respublikasında süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası" təsdiq edilsin                       (əlavə оlunur).

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«26» yanvar 2016-cı il

№ 6

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2016-cı il "26"

yanvar tarixli 6 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasında süni mayalanma yolu ilə

alınmış hər buzova görə subsidiyanın verilməsi

Q A Y D A S I

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda yüksək məhsuldar genetik potensialı olan heyvanların (bundan sonra - heyvan) süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi prosedurlarını müəyyən edir.

1.2. Dövlət büdcəsinin vəsaiti hesabına heyvan sahiblərinə subsidiyanın verilməsində əsas meyar heyvanların süni yolla mayalandırılması nəticəsində buzovların əldə olunmasıdır.

 

2. Əsas anlayışlar

2.1. Bu qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. süni mayalanma – reproduksiya (heyvanların çoxaldılması) məqsədi ilə heyvanların damazlıq törədici heyvanların toxumu ilə süni yolla mayalandırılması;

2.1.2. heyvan toxumu – damazlıq heyvanlardan götürüləcək xüsusi texnologiya əsasında hazırlanmış damazlıq materialı;

2.1.3. süni mayalanma mütəxəssisi – müvafiq qanunvericiliyə uyğun əlavə təhsil müəssisəsi tərəfindən verilən sertifikat və ya diploma malik olan, baytarlıq və zootexnik ixtisasları üzrə ali və ya orta ixtisas təhsilli şəxs;

2.1.4. süni mayalandırılmış heyvan – süni yolla mayalandırılan inək və ya düyə;

2.1.5. birka – heyvanların qulaqlarında yerləşdirilən ardıcıl nömrələnmiş unikal identikləşdirilmə vasitəsi.

3. Heyvanların süni mayalandırılması üzrə mütəxəssislərin

seçilməsi, heyvan toxumlarının əldə edilməsi və istifadəsi

3.1. Heyvanların süni mayalandırılması ilə məşğul olmaq üçün mütəxəssislər (bundan sonra - mütəxəssis) qanunvericiliyin tələbləri nəzərə alınmaqla, ixtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vuran dinləyicilərin (baytarların və ya zootexniklərin) sırasından seçilir.

3.2. İxtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vuran dinləyiciyə (baytara və ya zootexnikə) əlavə təhsili həyata keçirən təhsil müəssisəsinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti (bundan sonra - Xidmət) tərəfindən müvafiq olaraq sertifikat və ya diplom verilir.

3.3. Heyvanların süni mayalandırılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər nəzərə alınmaqla mütəxəssislər muxtar respublika laboratoriyası tərəfindən alınmış heyvan toxumunu rayon (şəhər) baytarlıq laboratoriyaları (bundan sonra - laboratoriya) vasitəsilə, habelə muxtar respublikaya idxal olunmuş heyvan toxumunu idxalçılardan birbaşa əldə edə bilərlər.

3.4. Süni mayalandırmaya görə xidmət haqqı mütəxəssis və heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.

3.5. Süni yolla mayalandırılmış heyvanda döllənmə baş tutmadıqda, təkrar aparılmış süni mayalandırmaya görə heyvan sahibi tərəfindən mütəxəssisə yalnız heyvan toxumunun dəyəri ödənilir.

3.6. Heyvan toxumunun satış qiyməti Xidmətin internet informasiya resurslarında yerləşdirilir.

 

4. Süni mayalandırmanın aparılması və yeni

doğulmuş buzovun uçotu

4.1. Heyvanların süni mayalandırılması bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq seçilmiş mütəxəssis tərəfindən həyata keçirilir.

4.2. Heyvan süni mayalandırıldıqdan sonra dərhal, buzov isə doğulduqdan 10 (on) gün sonra, lakin 15 (on beş) gündən gec olmayaraq mütəxəssis tərəfindən birka vasitəsilə identikləşdirilir və uçota alınır.

4.3. Birkalar müəyyən edilmiş qaydada Xidmətin təsərrüfat fəaliyyətindən əldə olunan gəlirləri hesabına satın alınır və laboratoriyalar vasitəsilə mütəxəssislərə satılır.

4.4. İdentikləşdirməyə görə xidmət haqqı mütəxəssis və heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Birkanın qiyməti Xidmətin internet informasiya resurslarında yerləşdirilir.

4.5. Heyvan sahibi buzov doğulduğu gün onun sağlamlıq vəziyyəti barədə mütəxəssisi telefon, elektron poçt və digər vasitələrlə məlumatlandırmalıdır. Mütəxəssis heyvan sahibi tərəfindən verilən məlumatları bu Qaydaya 2 nömrəli əlavədə göstərilmiş jurnalda qeyd edir.

4.6. Süni mayalandırma yolu ilə doğulan buzovların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və bu sahədə vaxtında baytarlıq tədbirlərinin görülməsi məqsədi ilə Xidmətin müvafiq rayon (şəhər) idarəsinin mütəxəssisləri tərəfindən rübdə bir dəfə monitorinq keçirilir və nəticələr ümumiləşdirilərək Xidmətə təqdim olunur.

 

5. Rayon komissiyasının fəaliyyətinin təşkili

5.1. Süni mayalanma yolu ilə buzov əldə etmiş heyvan sahiblərinin müəyyənləşdirilməsi və alınmış hər baş buzova görə subsidiyanın verilməsinin təşkil edilməsi üçün rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə aşağıdakı tərkibdə rayon (şəhər) komissiyası yaradılır:

Rayon (şəhər) komissiyasının sədri

- rayon (şəhər) icra hakimiyyəti başçısının müavini

Rayon (şəhər) komissiyasının üzvləri:

- Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rayon (şəhər) baytarlıq idarəsinin rəisi;

- Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə şöbəsinin səlahiyyətli nümayəndəsi;

- Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin rayon (şəhər) üzrə statistika idarəsinin səlahiyyətli nümayəndəsi.

5.2. Rayon (şəhər) komissiyası yerli kütləvi informasiya vasitələrində maarifləndirmə tədbirlərini həyata keçirir.

5.3. Mütəxəssislər tərəfindən verilmiş məlumatların dəqiqləşdirilməsi və hesabatların hazırlanması üçün rayon (şəhər) komissiyası sədrinin əmri ilə rayon (şəhər) baytarlıq idarəsinin nümayəndəsindən (və ya sahə baytarlıq məntəqəsinin mütəxəssisindən) və rayon icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsindən ibarət işçi qrupu yaradılır.

5.4. İşçi qrupu 5 (beş) gün müddətində heyvan sahibinin iştirakı ilə rayon (şəhər) komissiyasına təqdim edilmiş məlumatların düzgünlüyünü yoxlayır və bu Qaydaya 9 nömrəli əlavədə verilmiş nümunəyə uyğun iki nüsxədən ibarət akt tərtib edir. Aktın bir nüsxəsi rayon (şəhər) komissiyasına, digər nüsxəsi isə heyvan sahibinə verilir.

5.5. Rayon (şəhər) komissiyası işçi qruplarının təqdim etdiyi aktlara və məlumatlara əsasən kəndlər üzrə subsidiya veriləcək heyvan sahiblərinin siyahısını və doğulmuş buzovlar haqqında aylıq icmal məlumatları növbəti ayın 10-dək Naxçıvan Muxtar Respublikası komissiyasına təqdim edir.

5.6. Süni yolla mayalandırılmış heyvan əkiz və ya üçəm doğulduqda, hər bir buzov ayrı-ayrılıqda uçota alınır, birkalanır.

5.7. Dövlət büdcəsinin vəsaiti hesabına yalnız hər bir sağlam buzova görə subsidiya ödənilir.

 

6. Naxçıvan Muxtar Respublikası komissiyasının fəaliyyətinin

təşkili və subsidiyanın ödənilməsi

6.1. Xidmətin əmri ilə aşağıdakı tərkibdə Naxçıvan Muxtar Respublikası komissiyası yaradılır:

Naxçıvan Muxtar Respublikası komissiyasının sədri

- Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi

Naxçıvan Muxtar Respublikası komissiyasının üzvləri:

- Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi;

- Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi;

- Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi;

- Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin nümayəndəsi;

- Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Laboratoriyasının nümayəndəsi.

6.2. Naxçıvan Muxtar Respublikası komissiyası rayon (şəhər) komissiyalarından daxil olan icmal siyahılara 5 (beş) gün müddətində baxır və subsidiyanın verilməsi barədə qərar qəbul edir.

6.3. Süni mayalandırma yolu ilə alınmış buzovlara görə subsidiyanın verilməsi barədə Naxçıvan Muxtar Respublikası komissiyasının qərarı qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə göndərilir və bu barədə rayon (şəhər) komissiyaları məlumatlandırılır.

6.4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə heyvan sahiblərinə ödəniləcək vəsaitin onların hesabına köçürülməsini təmin edir.

6.5. Bank hesablarının açılması, plastik kartların hazırlanması və digər tədbirlər heyvan sahibinin vəsaiti hesabına həyata keçirilir.

6.6. Subsidiya verilmiş heyvan sahiblərinin rayonlar və kəndlər üzrə siyahısı Xidmətin rəsmi internet saytında yerləşdirilir.

6.7. Rayon (şəhər) komissiyası subsidiyanın ödənilməsi barədə rayonun (şəhərin) kütləvi informasiya vasitələri ilə məlumat yayır və subsidiyanın heyvan sahiblərinə verilməsini nəzarətdə saxlayır.

7. Uçot və hesabat işlərinin təşkili

7.1. Heyvan toxumunun idxalı, satışı, eləcə də süni yolla mayalandırılmış heyvan və doğulmuş buzovlar haqqında məlumatların çarpaz formada izlənilməsinin uçotu və hesabatı aşağıdakı formada təşkil edilir:

7.1.1. mütəxəssis heyvanı süni yolla mayalandırdıqdan sonra bu Qaydaya 1 nömrəli əlavədə göstərilmiş məlumat vərəqində müvafiq qeydlər apararaq vərəqin sürətini heyvan sahibinə təqdim edir, əslini (kötüyünü) isə özündə saxlayır, habelə 2 nömrəli əlavədə göstərilmiş qeydiyyat jurnalında da müvafiq qeydiyyat aparır;

7.1.2. mütəxəssis süni yolla mayalandırdığı heyvanlar haqqında bu Qaydaya 3 nömrəli əlavədə göstərilmiş formada, alınmış buzovlar haqqında isə 4 nömrəli əlavəyə uyğun formada aylıq hesabatları tərtib edərək, rayon komissiyasına və laboratoriyaya göndərir;

7.1.3. laboratoriya bu Qaydaya 5 nömrəli əlavəyə uyğun aparılmış süni mayalandırma tədbirləri haqqında aylıq icmal hesabatı elektron poçt vasitəsi ilə Xidmətə göndərir;

7.1.4. muxtar respublikaya idxal olunmuş və mütəxəssislərə satılmış heyvan toxumları haqqında idxalçılar tərəfindən bu Qaydaya 8 nömrəli əlavədə göstərilmiş formada hazırlanmış hesabatlar ayda bir dəfə elektron poçt vasitəsi ilə Xidmətə təqdim edilir;

7.1.5. laboratoriyaya daxil olan heyvan toxumunun uçotu bu qaydaya   6 nömrəli əlavəyə, mütəxəssislərə satılan heyvan toxumunun miqdarının uçotu bu qaydaya 7 nömrəli əlavəyə uyğun aparılır və bu barədə hesabat məlumatları elektron poçt vasitəsilə Xidmətə göndərilir;

7.1.6. idxalçılar tərəfindən idxal olunan və satılan, laboratoriya tərəfindən alınan və mütəxəssislərə satılan heyvan toxumu, mütəxəssislər tərəfindən alınan və istifadə olunan heyvan toxumu, habelə süni mayalandırma yolu ilə doğulan buzovlar barədə məlumatlar əsasında Xidmətdə müqayisəli təhlil aparılır.

7.2. İşçi qrupları ilkin məlumatların dəqiqləşdirilməsinə dair aktların əsasında kəndlər üzrə bu Qaydaya 10 nömrəli əlavəyə uyğun icmal siyahı tərtib edirlər.

7.3. Rayon (şəhər) komissiyası işçi qruplarının təqdim etdikləri aktların əsasında bu Qaydaya 11 nömrəli əlavəyə uyğun icmal siyahı tərtib edir və həmin siyahı heyvanların uçotunun aparılması məqsədilə rayon (şəhər) baytarlıq idarəsinə təqdim olunur.

7.4. Muxtar respublika komissiyası Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi üçün  bu Qaydaya 12 nömrəli əlavədə göstərilmiş formada muxtar respublika üzrə icmal hesabat hazırlayır.

 

"Naxçıvan Muxtar Respublikasında süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası"na

1 nömrəli əlavə

 

Süni mayalandırma haqqında məlumat vərəqi

№ 000001

 

Heyvan sahibinin adı ___________________________________________

 

Heyvan sahibinin ünvanı__________________Tel.____________________

 

Heyvanın ləqəbi ______ İdentifikasiya nömrəsi______Cinsi_____________

 

Faktiki  süni mayalanma  ­­­–    □ 1-ci dəfə       □ 2-ci dəfə          □ 3-cü dəfə

 

Törədicinin ləqəbi_____ İdentikləşdirmə  nömrəsi_____Cinsi___________

 

Süni mayalandırma mütəxəssisinin adı, soyadı________________________

 

Süni mayalandırma mütəxəssisinin telefon nömrəsi ___________________

 

Heyvan sahibinin imzası _____________  Tarix______________________

 

Qeydlər ______________________________________________________

______________________________________________________

______________________________________________________

 

"Naxçıvan Muxtar Respublikasında

süni mayalanma yolu ilə alınmış hər

buzova görə subsidiyanın verilməsi

Qaydası"na

2 nömrəli əlavə

Heyvanların süni mayalandırılmasının qeydiyyatı

JURNALI

№ 00000

Süni mayalandırma mütəxəssisi _________________________________ 

(soyadı, adı, atasının adı)

İlk  qeydiyyat tarixi  ____________________________________________

Son qeydiyyat tarixi ____________________________________________

Sıra №-si

Süni mayalandırmanın

tarixi

Heyvan sahibinin adı, soyadı

Ünvan

Süni mayalandırılan heyvanın

Törədicinin

Doğulmuş balanın

Heyvan sahibinin

cinsi

ləqəbi

identikləşdirmə

nömrəsi

ləqəbi və identikləşdirmə

nömrəsi

cinsi

doğum tarixi

cinsiyyəti

identifikasiya

nömrəsi

imzası

telefon nömrəsi








































QEYDLƏR____________________________________________________________

____________________________________________________________________

____________________________________________________________________

__________________________________________


"Naxçıvan Muxtar Respublikasında
süni mayalanma yolu ilə alınmış hər
buzova görə subsidiyanın verilməsi
Qaydası"na

3 nömrəli əlavə

______ ilin _______ ayı üzrə süni mayalandırma mütəxəssisi ____________ ________

rayonunun (şəhərinin) ______ kəndində süni yolla mayalandırdığı qaramal haqqında

H E S A B A T


 

Sıra №-si

Süni mayalandırmanın tarixi (gün, ay, il)

Süni mayalandırılan heyvanın

Törədicinin

Süni mayalandırmanın ardıcıllığı

Heyvan sahibinin adı, soyadı

cinsi

ləqəbi

identikləşdirmə

nömrəsi

cinsi

ləqəbi

identikləşdirmə

nömrəsi

1-ci dəfə

2-ci dəfə

3-cü dəfə

Gözlənilən doğuş tarixi (gün, ay, il)

Məlumat vərəqinin nömrəsi

Heyvan sahibinin telefon

nömrəsi

 

Süni mayalandırma mütəxəssisi    ___________________     _________

(adı, soyadı)                     (imza)


"Naxçıvan Muxtar Respublikasında

süni mayalanma yolu ilə alınmış hər

buzova görə subsidiyanın verilməsi

Qaydası"na

4 nömrəli əlavə

____ ilin ______________ ayı üzrə_________ rayonunun (şəhərinin) ________ kəndində  süni mayalandırma mütəxəssisi_________süni

yolla mayalandırdığı qaramaldan doğulmuş buzovlar haqqında

 

HESABAT

Sıra №-si

Heyvan

sahibinin

adı, soyadı

Doğulmuş balanın

Buzovun anasının

Törədicinin

Məlumat vərəqinin nömrəsi

Heyvan sahibinin telefon nömrəsi

doğum tarixi

cinsiyyəti

identikləşdirmə nömrəsi

ləqəbi

identikləşdirmə nömrəsi

cinsi

ləqəbi

identikləşdirmə nömrəsi

cinsi




































 

 

 

 

 

 

 

 

 

 

Kənd üzrə cəmi ________ baş buzov

Süni mayalandırma mütəxəssisi     _______________     ____________

(adı, soyadı)                 (imza)


"Naxçıvan Muxtar Respublikasında

süni mayalanma yolu ilə alınmış hər

buzova görə subsidiyanın verilməsi

Qaydası"na

5 nömrəli əlavə

________ ilin ___________ ayı ərzində ______________Rayon (Şəhər) Baytarlıq Laboratoriyasının əhatə etdiyi rayonda aparılmış süni mayalandırma tədbirləri haqqında


İCMAL HESABAT

 



Rayon (şəhər) baytarlıq laboratoriyasının direktoru ________     ______

(adı, soyadı)    (imza)

 

"Naxçıvan Muxtar Respublikasında

süni mayalanma yolu ilə alınmış hər

buzova görə subsidiyanın verilməsi

Qaydası"na

6 nömrəli əlavə

_____ ilin _________ayı ərzində________ Rayon (Şəhər) Baytarlıq Laboratoriyasına daxil olan heyvan toxumu haqqında

MƏLUMAT

Rayon (şəhər) baytarlıq laboratoriyasının direktoru ________     ______

(adı, soyadı)       (imza)

 

"Naxçıvan Muxtar Respublikasında

süni mayalanma yolu ilə alınmış hər

buzova görə subsidiyanın verilməsi

Qaydası"na

7 nömrəli əlavə

_____ilin _________ ayı ərzində  _________ Rayon (Şəhər)

Baytarlıq Laboratoriyası vasitəsilə süni mayalandırma

mütəxəssislərinə satılmış heyvan toxumu haqqında

MƏLUMAT

 

 

 

 

Rayon (şəhər) baytarlıq laboratoriyasının direktoru ________     ______

(adı, soyadı)     (imza)


"Naxçıvan Muxtar Respublikasında

süni mayalanma yolu ilə alınmış hər

buzova görə subsidiyanın verilməsi

Qaydası"na

8 nömrəli əlavə

____ ilin ____ayı ərzində __________________  tərəfindən

(hüquqi və ya fiziki şəxsin adı)

süni mayalama mütəxəssislərinə satılmış heyvan toxumu haqqında

MƏLUMAT

Heyvan toxumunun idxal edildiyi tarix_________________________

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin idxal haqqında icazə sənədi _________________

(sənədin nömrəsi, tarixi)

Hüquqi və ya fiziki şəxs_____­­­­­­­­­­____________   _________________

(adı, soyadı)                            (imza)

"Naxçıvan Muxtar Respublikasında

süni mayalanma yolu ilə alınmış hər

buzova görə subsidiyanın verilməsi

Qaydası"na

9 nömrəli əlavə

(nümunə)

Yeni doğulmuş buzov və onun anasının yoxlanılmasına dair

A K T

_______rayonu,_________ kəndi                                                                "___" ________ 20_ il.

Biz akt tərtib edənlər _____ rayon (şəhər) komissiyasının _____ nömrəli _______ tarixli əmri ilə yaradılmış işçi qrupunun üzvləri:

1. rayon (şəhər) baytarlıq idarəsinin əməkdaşı______________

2. rayon (şəhər) baytarlıq idarəsinin kənd üzrə nümayəndəsi (sahə baytarlıq

məntəqəsinin müdiri)_________________________

3. rayon icra hakimiyyətinin kənd üzrə nümayəndəsi____________

Bu aktı tərtib edirik ondan ötrü ki, _______rayonunun (şəhərinin) _______ kənd sakini Həsənov Kamil Əli oğluna məxsus,______________ identikləşdirmə nömrəli, süni mayalandırma mütəxəssisi Məmmədov Sahib Əhməd oğlu tərəfindən süni yolla mayalandırılaraq, _______ ildə doğmuş inəyə, yeni doğulmuş _____________ identikləşdirmə nömrəli buzova və tərtib edilmiş qeydiyyat sənədlərinə baxış keçirərkən aşağıdakıları müəyyən etdik:

Akta əlavə olunan sənədlər:

- heyvan sahibinin şəxsiyyət vəsiqəsinin surəti;

- süni mayalama haqqında qeydiyyat vərəqinin surəti.

Aktı imzalarımızla təsdiq edirik:


1.       _______________         _______________

2.       _______________         _______________

3.       _______________         _______________

 

"Naxçıvan Muxtar Respublikasında

süni mayalanma yolu ilə alınmış hər

buzova görə subsidiyanın verilməsi

Qaydası"na

10 nömrəli əlavə

_______ rayonunun (şəhərinin) _______ kəndi üzrə______ ilin

______ayı ərzində süni mayalanma yolu ilə alınmış

buzovlar haqqında  

MƏLUMAT

 


 

Ay üzrə doğulmuş buzovlar, cəmi ____ baş

O cümlədən, erkək ____ baş, dişi ___ baş

İşçi qrupunun rəhbəri ______       ______________

(imza)         (soyadı, adı, atasının adı)

İşçi qrupunun üzvləri: ______      ______________

(imza)        (soyadı, adı, atasının adı)


______      ______________

(imza)        (soyadı, adı, atasının adı)

 

 

 

Komissiyanın üzvləri:  ________     ___________________

(imza)         (soyadı, adı, atasının adı)


________     ___________________

(imza)        (soyadı, adı, atasının adı)


________     ___________________

(imza)          (soyadı, adı, atasının adı)

 

"Naxçıvan Muxtar Respublikasında süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası"na

2 nömrəli əlavə

Heyvanların süni mayalandırılmasının qeydiyyatı

JURNALI

№ 00000

Süni mayalandırma mütəxəssisi ___________________________________

(soyadı, adı, atasının adı)

İlk qeydiyyat tarixi ____________________________________________

Son qeydiyyat tarixi ____________________________________________

Sıra №-si

Süni mayalandırmanın

tarixi

Heyvan sahibinin adı, soyadı

Ünvan

Süni mayalandırılan heyvanın

Törədicinin

Doğulmuş balanın

Heyvan sahibinin

cinsi

ləqəbi

identikləşdirmə

nömrəsi

ləqəbi və identikləşdirmə

nömrəsi

cinsi

doğum tarixi

cinsiyyəti

identifikasiya

nömrəsi

imzası

telefon nömrəsi








































QEYDLƏR______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Joomla 1.5