Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tərkibi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tərkibi

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I


Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə

Komissiyanın tərkibi haqqında


"Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli 57-IV FR nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tərkibi təsdiq edilsin (əlavə olunur).

2. "Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 10 dekabr tarixli 103 nömrəli qərarı ləğv edilsin.

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

«4» fevral 2016-cı il

№ 12

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2016-cı il «4»

fevral tarixli 12 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə

Komissiyanın tərkibi

Komissiyanın sədri

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini

Komissiyanın sədr müavini

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Komissiyanın üzvləri:

Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri

Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavini

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri.

 

 

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə

Komissiyanın tərkibi haqqında

Joomla 1.5