Vəsaitlərin (fondların) söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"da dəyişikliklər edilməsi haqqında

Vəsaitlərin (fondların) söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"da dəyişikliklər edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il

8 oktyabr tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət müəssisə, idarə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus, həmçinin oğurlanmış, naməlum şəraitdə itmiş və yararsız hala düşmüş əsas vəsaitlərin (fondların) silinməsi, habelə yararsız hala düşmüş vəsaitlərin (fondların) söküntüsündən

əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"da

dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"da dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 134 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il              8 oktyabr tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət müəssisə, idarə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus, həmçinin oğurlanmış, naməlum şəraitdə itmiş və yararsız hala düşmüş əsas vəsaitlərin (fondların) silinməsi, habelə yararsız hala düşmüş vəsaitlərin (fondların) söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"da aşağıdakı dəyişikliklər edilsin:

1. 2.6-cı bənddə "rəy alındıqdan sonra" sözlərindən sonra "(qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla)" sözləri əlavə edilsin.

2. 2.7-ci bənddə "bütün hallarda" sözləri "qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla," sözləri ilə əvəz edilsin.

3. 2.11-ci bənddə "Xüsusi" sözü "Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, xüsusi" sözləri ilə əvəz edilsin.

4. 2.14-cü bənddə "rəyi əsasında" sözlərindən sonra "(qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla)" sözləri əlavə edilsin.

5. Həmin Qaydalara 2 nömrəli əlavənin "Qeyd" hissəsinin ikinci abzasından "bütün hallarda" sözləri çıxarılsın və həmin abzasda "rəyi əsasında" sözlərindən sonra "(qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla)" sözləri əlavə edilsin.

6. Həmin Qaydalara 3 nömrəli əlavənin "Qeyd" hissəsinin ikinci abzasından "bütün hallarda" sözləri çıxarılsın və həmin abzasda "rəyi" sözündən sonra "(qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla)" sözləri əlavə edilsin.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«19» aprel 2016-cı il

№ 41

Joomla 1.5