Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 aprel tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarında dəyişikliklər edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il

21 aprel tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət

mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış

qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və

mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez

xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində

sərəncam verilməsi Qaydaları"nda dəyişikliklər

edilməsi haqqında

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyul tarixli 268 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il           21 aprel tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"5.1. Tez xarab olan mallar barəsində bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə uyğun olaraq sərəncam verilir.".

 

2. Aşağıdakı məzmunda 5.4-cü bənd əlavə edilsin:

"5.4. Tez xarab olan mallar barəsində sərəncam verilməsi saxlanc müddəti bitdiyi vaxtdan 24 (iyirmi dörd) saat ərzində həyata keçirilir .".

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«1» avqust 2016-cı il

№ 76

 

Joomla 1.5