Naxçıvan Muxtar Respublikasında uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikasında uşaqların

məktəbəhazırlığının təşkili məsələləri haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" 2016-cı il 11 iyul tarixli      271 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikasının dövlət ümumtəhsil məktəblərində dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları açılsın və bununla bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi hər il dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin.

2. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi:

2.1. 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinin təşkilində məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, mövcud təhsil və digər sosial-mədəni obyektlərin infrastrukturundan, dövlət ümumtəhsil məktəblərinin pedaqoji kadr potensialından istifadə etsin;

2.2. əlavə olunmuş cədvələ əsasən 2016-2017-ci dərs ilindən başlayaraq, ayrılmış büdcə vəsaiti çərçivəsində 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatə olunması səviyyəsinin mərhələlərlə 90 faizə çatdırılmasının təmin edilməsi üçün aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə zəruri təşkilati-pedaqoji tədbirləri həyata keçirsin.

3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi muxtar respublikanın dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq təhsilinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etsinlər.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«3» avqust 2016-cı il

№ 78

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2016-cı il

"3" avqust tarixli 78 nömrəli qərarına

əlavə

Naxçıvan Muxtar Respublikasında 2016/2017 - 2019/2020-ci tədris

illərində uşaqların məktəbəhazırlığa cəlb edilməsi üzrə

P R O Q N O Z

S/№

Şəhər (rayon)

2011-ci ildə doğulan uşaqlar

Onlardan

2012-ci ildə doğulan uşaqlar

Onlardan

2013-cü ildə doğulan uşaqlar

Onlardan

2014-cü ildə doğulan uşaqlar

Onlardan

2011 -

2014-cü illərdə doğulan uşaqların

cəmi sayı

Onlardan

2016 - 2017-ci

dərs ilində məktəbəhazırlığa cəlb ediləcək uşaqlar

2017 - 2018-ci

dərs ilində məktəbəhazırlığa cəlb ediləcək uşaqlar

2018 - 2019-cı

dərs ilində məktəbəhazırlığa cəlb ediləcək uşaqlar

2019 - 2020-ci

dərs ilində məktəbəhazırlığa cəlb ediləcək uşaqlar

4 il ərzində məktəbəhazırlığa cəlb ediləcək uşaqlar

sayı

faizi

sayı

faizi

sayı

faizi

sayı

faizi

sayı

faizi

1.

Naxçıvan şəhəri

1383

1037

75

1181

1063

90

1157

1041

90

1151

1036

90

4872

4177

85.7

2.

Şərur rayonu

1018

764

75

1152

1037

90

1148

1033

90

1084

976

90

4402

3810

86.5

3.

Babək rayonu

932

699

75

984

886

90

942

848

90

974

877

90

3832

3310

86.4

4.

Ordubad rayonu

533

400

75

483

435

90

487

438

90

521

469

90

2024

1742

86.0

5.

Culfa rayonu

463

347

74.9

529

476

90

542

488

90

555

500

90.1

2089

1811

86.7

6.

Şahbuz rayonu

187

140

74.9

223

201

90

227

204

90

221

199

90

858

744

86.7

7.

Kəngərli rayonu

434

326

75.1

354

319

90

390

351

90

447

402

89.9

1625

1398

86.0

8.

Sədərək rayonu

138

104

75.4

141

127

90

134

121

90.3

152

137

90.1

565

489

86.5

Cəmi

5088

3817

75

5047

4544

90

5027

4524

90

5105

4596

90

20267

17481

86.2

Joomla 1.5